Müxtəlif kateqoriyalı təhsil işçilərinin (məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş, ibtidai
sinif, fənn müəllimləri, müəssisə rəhbərliyi) İKT savadının artırılması üçün müvafiq
proqramlarlar hazırlanmalı və onların yerinə yetirilməsinə xüsusi fikir verilməlidir. Qarşıya
qoyulan vəzifə təkcə İKT avadanlıqlarının mənimsənilməsi ilə bitməməlidir. Müasir öyrədən
İKT-ni bilməklə yanaşı onun tədrisə tətbiqi imkanlarını və metodlarını da mənimsəməlidir.
Təhsil sistemi işçilərinin İKT sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün
idarəetmə və metodiki təminat sisteminin yaradılması. Müxtəlif kateqoriyalı təhsil işçilərinin
(ibtidai sinif müəllimləri, fənn müəllimləri, məktəb rəhbərliyi) İKT savadının artırılması üçün
müvafiq proqramların hazırlanması. Fənn müəllimlərinin təkmilləşdirilməsi yalnız İKT
avadanlığından istifadə edilməsinin öyrədilməsi ilə məhdudlaşmamalı, mövcud resursların tədris
prosesinə inteqrasiyası üçün praktiki vərdişlərin də aşılanmasına diqqət yetirilməlidir. Bu zaman
İKT üzrə lazımi hazırlıq səviyyəsinə malik informatika müəllimlərinin öz məktəblərində digər
fənn müəllimləri üçün müvafiq kompüter savadlılığı kursları keçirməsinin təşkili yaxşı
nəticələrin əldə olunmasına kömək edə bilər. Öz işində İKT-dən istifadə edən fənn
müəllimlərinin və informatika müəllimlərinin əməyinin yetərincə qiymətləndirilməsinə, onların
fəaliyyətinin stimullaşdırılmasına ciddi fikir verilməlidir. Bunlardan əlavə, aşağıda göstərilən
tədbirlərin də həyata keçirilməsi İKT-nin təhsilə tətbiqi sahəsində müəyyən nailiyyətlərin əldə
olunmasına yaxşı zəmin yarada bilər:
fənn müəllimləri arasında müxtəlif müsabiqə və yarışların keçirilərək nəticələrin
stimullaşdırma və motivasiya tədbirlərində nəzərə alınması;
informatika müəllimlərinin təkmilləşdirilməsi üçün daha çevik proqramların hazır-
lanması;
təkmilləşdirmə prosesini sürətləndirmək üçün təcrübə mərkəzlərinin və rəhbərlərinin,
eləcə də müvafiq proqramların hazırlanması;
regionlarda təhsil işçilərinin İKT biliklərinə və bacarıqlarına yiyələnmələri və
təkmilləşdirilməsi üçün müvafiq qurumların – informasiya-metodiki mərkəzlərinin yara-
dılması;
təhsil işçilərinin İKT sahəsində təkmilləşdirilməsi prosesində müntəzəmliyin və
sistemliliyin təmin olunması;
ali, orta ixtisas və texniki peşə təhsili sistemində təhsilin informasiyalaşdırılması ilə
bağlı yeni ixtisasların daxil edilməsi.
və s.
Dostları ilə paylaş: