Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının


 Təhsil müəssisələrinin ĠKT avadanlığı ilə təminatı



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə6/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   2   3   4   5   6   7   8   9   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

2.4. Təhsil müəssisələrinin ĠKT avadanlığı ilə təminatı 
Təhsil müəssisəsinin İKT avadanlığı ilə təminatı dedikdə, təkcə İKT avadanlığının tədris 
müəssisələrinə yerləşdirilməsi deyil, onun bu prosesə inteqrasiyası və vahid təhsil-informasiya 
sisteminin yaradılması başa düşülür. Bu prosesin pərakəndə halda aparılması yolverilməzdir.
Təhsil müəssisələrinin İKT avadanlığı ilə təmin olunması və onun istifadəsi prosesində 
aşağıdakı əsas prinsiplər nəzərə alınmalıdır: 

İKT avadanlığından kompleks istifadənin effektivliyinə nail olunması;

Avadanlığın parametrlərinin daimi müasirləşdirilməsi;

Təhsil müəssisələrinin İKT-dən səmərəli istifadə imkanlarının müxtəlif səviyyədə olması.



Təhsil müəssisələrinin İKT avadanlığı ilə təminolunma prosesi aşağıdakıları nəzərdə 
tutur: 

təhsil müəssisəsinin İKT avadanlığını qəbul etməyə hazır olması; 

kompüter sinifləri (müəllim və şagird yerləri nəzərə alınmaqla); 

İKT avadanlığı (printer, skaner, rəqəmsal kamera, proyektor və s.) və effektivliyin 
artırılmasına xidmət edən digər texniki vasitələr; 

təhsilin idarə edilməsi prosesinin avtomatlaşdırılması üçün avadanlıq, şəbəkə avadanlığı, 
resurs mərkəzlərinin komplektləşdirilməsi üçün lazım olan avadanlıq və proqram 
təminatı; 

İKT üçün nəzərdə tutulan mebel; 

təhsil sahəsinin bütün istiqamətləri üzrə proqram-metodiki təminat; 

rəqəmsal fənn laboratoriyalarının yaradılması; 

müvafiq lisenziya və sertifikatları olan proqram məhsulları ilə təminat; 

mövcud avadanlığa proqram-texniki xidmət infrastrukturunun qurulması; 

təhsil müəssisəsindəki bütün kompüterlərin şəbəkəyə qoşulması (şəbəkəyə qoşulmamış 
ayrıca kompüterlərin mövcudluğu məqsədəuyğun hesab olunmur); 

məktəblərdəki istifadə müddəti başa çatmış, fiziki olaraq yararsız olan avadanlığın 
müntəzəm olaraq yeniləşdirilməsi; 

kompüter siniflərinin sayca artırılması. 
Müxtəlif fənlərin tədrisi məqsədilə nəzərdə tutulan kompüter sinifləri müəssisənin əsas 
informasiya özəyinə çevrilməlidir. Odur ki, təhsil müəssisələrinin lazımi sayda kompüter 
sinifləri və bu siniflərin İKT avadanlığı ilə təchizatına ciddi fikir verilməlidir. Kompüter 
siniflərindən bütün gün ərzində maksimum istifadə üçün şərait yaradılmalı, dərsdənkənar
vaxtlarda kompüter sinfinin imkanlarından səmərəli istifadə mexanizmi hazırlanmalıdır. 
Effektivliyin yüksəldilməsi üçün müəssisənin İKT avadanlığı və orada yaradılmış infrastruktur 
yalnız öyrənənlərin tədrisi üçün deyil, həm də tədris prosesinin bütün iştirakçılarına, 
valideynlərə, hətta məktəbə yaxın sakinlərə də İKT savadlılığının artırılması üçün şərait 
yaradılmalıdır. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin