Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının


 Servis infrastrukturunun yaradılması



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə7/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   2   3   4   5   6   7   8   9   10   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

 
2.5. Servis infrastrukturunun yaradılması 
Təhsil müəssisələrində istifadədə olan İKT avadanlığına aparat, proqram və metodiki 
xidmətin təşkili mühüm əhəmiyyət kəsb edir. Texniki xidmət işi avadanlığın cari, əsaslı
təmirini və informasiya-metodiki köməyin göstərilməsini əhatə etməlidir. Bu isə aşağıda 
göstərilən kompleks tədbirlərin həyata keçirilməsini tələb edir: 

bütün ölkə üzrə servis mərkəzinin təşkilati strukturunun formalaşdırılması; 

texniki dəstək üzrə texniki-normativ və metodiki təminatın yaradılması; 

bütün səviyyələrdə servis mərkəzinin təşkili üçün kadrların hazırlanması;

servis mərkəzinin maddi-texniki bazasının yaradılması; 

servis mərkəzi üçün “qaynar xətt” sisteminin yaradılması.  


 
2.6. 
Təhsil müəssisələrinin 
geniĢzolaqlı Ġnternet bağlantısı ilə təmin olunması 
 

Tədris müəssisələrinin genişzolaqli İnternet/İntranet bağlantısının təşkili;

Hər bir müəssisənin elektron məlumat bazasının – təhsil portalının hazırlanması və bütün 
struktur bölmələrin fəaliyyətinin portalda işıqlandırılması; 

elektron tədris vəsaitlərinin şəbəkə variantlarının yaradılması və açıq istifadə üçün 
yerləşdirilməsi; 

və s.
 
2.7. Təhsilin informasiyalaĢdırılmasında informasiya təhlükəsizliyinin təmin olunması 
İKT-nin sürətli inkişafı yeni imkanlar açmaqla yanaşı, həm də bir sıra problemlər yaradır. Təhsil 
sistemində bu, daha çox öyrənənlərin informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. 
Yeni informasiya mənbələrinə daxil olan istifadəçilər daha çox aşağıdakı təsirlərə məruz 
qalırlar: 

Psixiki-bioloji – uşaqlara mənfi psixoloji və fiziki təsir göstərən;

Mədəni – uşaqların milli və mədəni özgürlüyünə təhdid yaradan;

Sosial-iqtisadi – keyfiyyətli təhsil almaq imkanının bərabərsizliyini artıran.

Ziyanlı məzmuna malik müxtəlif informasiyadan nəzarətsiz və başqasının intellektual 
mülkiyyətindən icazəsiz istifadənin (plagiatlıq) ziyanlı təsirləri nəzərə alınmalıdır.
Bütün bu təsirlərin aradan qaldırılması üçün aşağıdakılar gerçəkləşdirilməlidir: 

İnformasiya təhlükəsizliyi məsələləri bütün elmi-texniki proqramlarda və təhsilin 
informasiyalaşdırılma layihələrində və proqramlarında nəzərə alınmalıdır; 

İnformasiya təhlükəsizliyinin bütün istiqamətləri üzrə (təşkilati, normativ və texniki-
texnoloji ) zəruri sənədlər hazırlanmalıdır; 

İKT-dən istifadə ilə bağlı təhlükəsizlik məsələləri müəllimlərə, məktəblilərə, 
valideynlərə, təhsil sisteminin rəhbərlərinə və ictimaiyyətə çatdırılmalıdır; 

Uşaqlarda müəllif hüququna və özgəsinin intellektual mülkiyyətinə hörmət hissi 
aşılanmalıdır;

İnformasiya texnologiyalarının uşaqlara təsirləri ilə bağlı mövcud xarici təcrübə 
öyrənilməli və müvafiq tədqiqatlar aparılmalıdır. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin