Kommunikativ metodlar da passiv – qeyri-fəal və fəal metodlara bölünmüşdür. Passivlik
onu ifadə edir ki, həmin metodlar əsasında biliyin aşkarlanmasında aparıcı rol bilik mühəndisinə
deyil, ekspertə məxsusdur. Ekspertin müşahidələrinin nəticələri və mühazirələri buna misal ola
bilər. Fəal metodlarda isə bu proses əksinədir, yəni bilik mühəndisi əsas rol oynayır. Qrup
metodları bir neçə mütəxəssis-ekspertin biliklərinin kollektiv şəkildə aşkarlanmasında istifadə
edilir. Lakin müasir ETS-lərdə fərdi metodların tətbiqi daha geniş yayılmışdır.
Passiv metoda aid olan müşahidə zamanı bilik mühəndisi ekspertin icra etdiyi işi izahını,
hərəkətlərini, qeydlərini və s. işə müdaxilə etmədən yazır, və ya videolentə köçürür.
Müşahidənin nəticələri ekspertlə müzakirə edilməlidir.
Söhbətin protokollaşdırılması metodunda ekspert yalnız özünün
müəyyən iş fəaliyyətini
deyil, həm də onun bütün mərhələlərini izah edir. Bütün izahlar, mühakimələr,
hətta söhbət
zamanı edilən qısa fasilələr də protokollaşdırılır.
Mühazirələr – biliyin verilməsinin ənənəvi üsuludur. Mühazirənin yalnız hazırlanması və
oxunması deyil, dinlənilməsi, konspektləşdirilməsi və öyrənilməsi də əsas cəhətdir.
Fəal metodlar içərisində hazırda ETS-lər üçün əksər hallarda fərdi metodlardan istifadə
edilir. Anketləşdirmə, müsahibə, dialoq və ekspert oyunlarının senarisi və təşkili bilik mühəndisi
tərəfindən aparılır. Burada ekspert oyunları metodu digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir.
Anketləşdirmə - sosioloji və psixoloji tədqiqatlarda daha çox istifadə edilərək standart
xarakter daşıyan metoddur.
Müsahibənin keyfiyyətinə təsir edən üç əsas sual tipi vardır: 1) sualın stili (aydınlıq,
lakoniklik, terminologiya), 2) sualların məntiqi ardıcıllığı, 3) sualın etik cəhətləri.
Eyni vaxtda bir neçə ekspertin biliyinin aşkarlanması, müzakirələr və diskusiyalar zamanı
orijinal fakt və hadisələrin meydana çıxması ilə nəticələnən fəal qrup metodlarına beyin həmləsi,
dəyirmi masa, işçi oyunlar daxildir.
Beyin həmləsi – yaradıcı təfəkkürün sərbəstliyini və fəallağını artıran metod kimi geniş
yayılmışdır. 40 dəqiqəyə qədər müəyyən edilən bu prosesdə 10 nəfər iştirakçı müəyyən mövzuda
tənqid edilmədən zarafat, fantastik, hətta yanlış ideya söyləyə bilər. Maraqlı odur ki, ideyaların
miqdarı pik həddə çatdıqda iştirakçılar analitik təfəkkür prosesini gücləndirərək deyilməmiş
yeni ideyalar axtarmağa cəhd edirlər.
Biliyin seçilməsi prosesində ekspert oyunları metod kimi istifadə edilir. Ekspert oyunları
üç metodun müəyyən elementlərini özündə birləşdirir: 1) mütəxəssis hazırlığında və
modelləşdirmədə geniş istifadə
edilən işgüzar oyunlar; 2) diaqnostik oyunlar; 3) təlimdə daha
çox istifadə edilən kompüter oyunları.
İşgüzar oyunların məqsədi müəyyən qrup iştirakçılarının həh hansı
fəaliyyətinin real
mənzərəsini nümayiş etdirməkdir. Təlim, istehsalat və elmi-tədqiqat xarakterli oyunlar
fərqləndirilir.
Trenajor oyunları həqiqi təcrübi fəaliyyətə uyğun mənzərə yaratmağa və eksperti real
şəraitdə müşahidə etməyə imkan yaradır. Onlar təlim prosesində (məs: təyyarəçilərin, atom
stansiyası operatorlarının, kosmonavtların, hərbi qulluqçuların təlimi) daha geniş tətbiq olunur.
Kompüterlərdə yüzlərlə proqramlar işgüzar oyunlarda istifadə olunur:
1. mövqe oyunları (şahmat, dama və s);
2. dinamik oyunlar (hərəkər edən obyektə atəş açmaq, futbol və s.);
3. istifadəçinin süjetə müdaxiləsinə imkan verən dialoq oyunları;
4. təlim xarakterli oyunlar.
Mətnşünaslıq (tekstologiya) metodları sənəd-informasiya daşıyıcılarının
təhlilinə,
sintezinə əsaslanır. Mətndə məna etibarı ilə iki cəhəti ayırmaq olar: - müəllifin fikri, yəni onun
model aləmi, oxucunun, yəni bilik mühəndisinin mütaliə prosesində aldığı məna.
ETS-lərin deyilən mərhələləri təcrübi olaraq həyata keçirildikdən sonra təhsil sahəsində
seçilmiş biliklərin strukturlaşdırılması məsələləri həll edilməlidir. Strukturlaşdırma
predmet
saəsnin qismən formal təsvir prosesidir. Burada, predmet sahəsinin konseptual və funksional
strukturunun işlənməsinə, bilik bazasının formalaşdırılmasına və proqramla reallaşdırılmasına
diqqət verilir.
Təhsil
sahəsinin konseptual strukturu, yaxud modeli onun obyektlərinin və həmin
obyektlər arasında qarşılıqlı əlaqələrin təsviridir.
Funksional struktur – məsələni həll edən zaman ekspertin istifadə etdiyi mühakimələri və
qəbul etdiyi qərarları əks etdirən modellərdir.
Predmet sahəsində biliklərin konseptual və funksional strukturunu formallaşdırdıqdan
sonra bilik mühəndisi proqramçı ilə birlikdə bilik bazasında biliyin təqdimi üçün əlverişli
proqramlaşdırma vasitələri müəyyən etməlidir. Belə vasitələr isə ya translyatorlar, ya da örtüklər
ola bilər.