Ġntellektual sistemlərdə biliyin təsviri. İntellektual sistemlərin yaradılması üçün əsas problemlərdən biri biliyin təsviri və ondan
istifadə olunmasıdır. Baza biliklərinin yaradılması üçün bir-biri ilə əlaqədar aşağıdakı
problemləri həll etmək lazımdır:
Birincisi, müvafiq sahəyə lazım tətbiqi biliyi formalaşdırmaq lazımdır. Bunun üçün
mütəxəssis-tətbiqçi və riyaziyyatçılar birgə işləməlidir. Problemi formalaşdırmaq üçün modelin
konseptual sxeminin seçilməsi və ya qurulması tələb olunur.
İkincisi, biliyin təsviri problemidir.
Üçüncüsü, biliyin istifadə olunması problemidir.
Dördüncüsü, texnologiya problemidir. Bu modellərin proqram təminatıdır, yəni bilik
bazası və onu idarə edən sistemin yaradılmasıdır.
Biliklərin təsnifatı. Bilikləri üç əsas sistemə ayırırlar:
1. Tam faktiki biliklər (insana məxsus qanunlar və faktorların toplusu)
2. Aktual biliklər (dünyaya məxsus sistemin universal və xüsusi metodlar toplusu)
3. Praqmatik biliklər (axtarış istiqamətini müəyyən edən və alternativ yolların
seçilməsini təmin edən)
Başqa bir təsnifata görə biliklərin belə təsnifatı da mümkündür:
1.
Predmet sahəsnə aid olan biliklər: konkret obyektlərin, gerçəkliyin və bunlara
aid elementlərin kəmiyyət və keyfiyyət xarakterli bilikləri;
2.
Prosedur biliklər: sistem tərəfindən həyata keçirilən müxtəlif əməliyyatlar,
metodlar, alqoritmlər və proqramlar;
3.
Konseptual biliklər:
4.
Struktur biliklər
Ümumi şəkildə, biliyin təsviri modelini şərti olaraq konseptual və empirik modelə
bölmək olar. Bəzi problemləri həll etmək üçün konseptual model evristik metodun köməyilə
verilir. Çünki, konseptual yazılış bütün paktik hallar üçün tətbiqə qarant verə bilməz. Konseptual
model problemi tanımaq imkanı verir və onun analizinə sərf olunan vaxtı qısaldır. Təcrübədə çox
vaxt konseptual model empirik modelə çevrilir və bir qayda olaraq yazılı xarakterə malik olur.
Çox hallarda biliyi deklarativ və prosedur biliyə bölürlər. Prosedur bilik fəaliyyətin
ardıcıllığı ilə yazılır və onlardan məsələnin həlli üçün istifadə edilir. Bu EHM üçün proqram,
alqoritmlərin sözlə yazılması, müəyyən məhsulun yığılması üçün təlimat və s. ola bilər.
Deklarativ bilik – prosedur olmayan bütün biliklərdir. Məs, ensiklopediya və ya izahlı lüğət,
məqalə, fizika, kimya və başqa elmlərdə qanunların formaları və s.