Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə56/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   51   52   53   54   55   56   57   58   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

Freym modelləri. 
Freym (ing. – frame-karkas, çərçivə) bilik strukturu kimi məkan mənzərələrini qavramaq üçün 
vasitədir. Semantik şəbəkə kimi onun da dərin psixoloji əsasları mövcuddur. Freym dedikdə 
mücərrəd obraz, yaxud situasiya başa düşülür. Məs. texnikum dedikdə tələbə, müəllimlər, 
şöbələr, bina, texniki və kommunikasiya qurğuları, kitabxana və s.. Bu təsvirdən heç nəyi 
çıxarmaq olmaz. Məs. “tələbə” olmadıqda, bu artıq texnikum deyil. Eləcə də, “kitabxana” 
dedikdə fond, kataloqlar, bina, texniki və kommunikasiya qurğuları, kitabxana işçiləri, oxucular 
və s başa düşülür. Bu təsvirdə “kataloqlar” olmadıqda bu artıq kitabxana deyil, kitab anbarıdır. 
Lakin hər iki misalda pəncərə, tavan, döşəmə və s. atributlar da çoxdur. Freym nəzəriyyəsində 
belə tamelementli obrazlar freymlər adlanır. Freym həm də obrazı əks etdirən formallaşdırılmış 
modeldir. 
Qara zolaqlı 
Təyinatı 
Rəng 
Geyim forması 
sevir 
Voleybol 
komandas
ı 
bu 
Şəxs 
İdman növü 
Xəzər 
Əlizadə 
Ə
sa

h
issə
bu 
qol 


Freym modelləri dünyəvi bilikləri əhatə etmək baxımından kifayət qədər universallığa 
malikdir. Bunun üçün freym şəbəkələrində biliklərin təqdimatının xüsusi dilləri işlənmişdir. 
Hazırda FRL (Frame Represeation Language), ANALYST, MODIS adlı dillər geniş istifadə 
edilir. 
13. EKSPERT TƏLIM SISTEMLƏRININ ÜMUMILƏġDIRILMIġ STRUKTURU 
Ekspert Təlim Sistemi (ETS) – tədris-təlim sahəsində yüksək ixtisaslı mütəxəssislərin 
elmi biliklərini və təcrübələrini özündə toplayan, yayan və onlardan nisbətən az ixtisas biliyi 
olanların istifadəsinə imkan yaradan mürəkkəb proqram kompleksidir. 
ETS-lərin işlənməsində minimal səviyyədə 4 mütəxəssis iştirak edir: ekspert, bilik 
mühəndisi, proqramçı, istifadəçi. 
Bilik mühəndisi süni intellekt üzrə mütəxəssisdir. O, bilik bazası ilə ekspert arasında 
bufer rolunu oynayır. Bilik mühəndisi koqnitoloq, mühəndis-interpretatoranalitik də 
adlandırılır. 
ETS-in ümumiləĢdirilmiĢ strukturu aş-kı kimi göstərilə bilər: 
İstifadəçi interfeysi 
Məntiqi nəticə bloku 
Bilik bazasının 
intellektual redaktoru 
Bilik bazası 
İzahedici altsistem 
İstifadəçi interfeysi – sorğunun daxil edilməsi və cavabın alınması prosesində istifadəçi 
ilə ETS arasında dialoqu reallaşdıran proqram kompleksidir. 
Məntiqi nəticə bloku - bilik bazasında olan məlumatlar əsasında ekspertin fikirlərinin, 
düşüncələrinin gedişini modelləşdirən proqramdır. 


Bilik bazası – ES – in özəyi olub, predmet sahəsində biliklər məcmusunun ekspertə və 
istifadəçiyə aydın olan formada (təbii dilə yaxın dillərdə) maşın informasiya daşıyıcılarına 
yazılmış kompleksidir. Biliklərin təbii dilə yaxın dildə yazılması ilə yanaşı, maşındaxili təqdimat 
formaları da mövcud olur. 
İzahedici altsistem – istifadəçinin aşağıdakı tip suallarına cavab verən proqram 
kompleksidir: Bu və ya digər tövsiyyə necə alınmışdır? Nə üçün sistem belə qərar qəbul 
etmişdir? Deyilən birinci sualda bilik bazasının bütün əlaqədar fraqmentlərini göstərməklə fikrin 
alınmasının tam gedişi, ikinci sualda isə alınmış nəticədən əvvəldə duran mühakiməyə isnad 
verilir. 
Bilik bazasının intellektual redaktoru – bilik mühəndisinə dialoq rejimində bilik bazası 
yaratmağa imkan verən proqramdır. Buraya qurulmuş menyu sistemi, biliyin təqdimedilmə 
dilinin şablonu, “help” – rejim və baza ilə işləməyi asanlaşdıran digər servis vasitələri daxildir. 
ETS – in işlənməsinə bilik mühəndisi rəhbərlik edir. 
ETS-lər hazırda çoxlu müxtəlif məzmunda proqram kompleksini birləşdirir ki, onları da 
müxtəlif meyarlarla təsnifləşdirmək olar. Həmin təsnifatın ümumiləşdirilmiş modeli daha dolğun 
hesab edilir. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin