İnterrasiya səviyyəsinə görə
hibrid (inteqral) sistemlər diqqəti cəlb edir. Onlar standart
tətbiqi proqram zərflərini (məs., riyazi statistika, xətti proqramlaşdırma və ya məlumat
bazalarının idarəetmə sistemləri) aqreqatlaşdırır (uyğunlaşdırır) və biliklərin manipulyasiyası
üçün vasitə olan proqram komplekslərindən ibarətdir. Hibrid sistemlər tətbiqi proqram zərfləri
üçün intellektual Üstlük (Надстройка), yaxud ekspert bilikləri ilə bağlı olan mürəkkəb
məsələlərin həllində vasitə ola bilər. Lakin avtonom ES-lərə nisbətən, hibrid sistemlərin
işlənməsi xeyli mürəkkəbdir. Çünki müxtəlif metodologiyası olan proqram zərflərini
əlaqələndirmək bir sıra nəzəri və tətbiqi problemlər yaradır.
ES-lərin işlənməsinin instrumental vasitələri də yaradılmışdır. Onları 4 qrupa bölmək olar:
Ənənəvi proqramlaşdırma dilləri (C, C+, Basic, Small Talk, Fortran və s.). Onıar əsasən
ədədi alqoritmlər üçün hesablanmışdır, simvol və məntiqi məlumatlarla işləmək imkanı az
olduğuna görə proqramçıdan çox işləmək tələb edir. Lakin bu dillər ənənəvi maşın
arxitekturasına yaxşı uyğunlaşdırılmışdır.
1)
Süni intellekt dilləri - ən geniş yayılanları
Lisp və
Proloqdur. Onların universallığı
ənənəvi proqramlaşdırma dillərindən aşağı səviyyədədir, lakin simvol və məntiqi
məlumatlarla işləmək üçün geniş imkanları vardır. Süni intellekt dilləri əsasında xüsusi
kompüterlər yaradılır (məs., Lisp - maşın). Bu dillər Ekspertl təlim sistemlərinin
işlənməsində tətbiq edilmir.
2)
Xüsusi proqram instrumentariləri - süni intellekt dillərinə nisbətən daha yüksək
səviyyədə ES-lərin işlənməsini təmin edir. Onlar əsasən Lisp dilinin proqramxanası və
üstlüyüdür. KEE (Knowledge Engineering Enviroument)? FRL (Frame Representation
Language), ARTS və s. bunlara misal ola bilər.
3)
Örtüklər (Оболочки, shells) – örtük dedikdə bilik bazası olmayan ES – in hazır versiyası
nəzərdə tutulur. Məs., EMYSYN (Entry MYSİN, Пустой MYSİN) real massivlə
yüklənməmiş ES – dir. Örtüklər ES – lərin yaradılmasında proqramlaşdırma proseslərini
aradan qaldırır. Belə halda yalnız real məlumatlarla bilik bazasını doldurmaq üçün
predmet sahəsində işləyən mütəxəssis (ekspert) tələb olunur. Kitabxana – informasiya
xarakterli bilik bazaları üçün örtükləri istifadə etmək çətindir. Çünki bir sıra prosesləri
modelləşdirmək çox mürəkkəbdir (məs., referatlaşdırma, biblioqrafik və analitik icmal
tərtibi və s.).
Dostları ilə paylaş: