Bilik anlayıĢı.
Bilik kəlməsi proqramlaşdırmada məlum olan verilənlə bağlıdır.
Biliklər məlumatlara əsaslanır, lakin insanın əqli fəaliyyət nəticəlini ümumiləşdirir,
müəyyən əlamətlər üzrə sintezləşdirir, sistemləşdirir, təkrarlamanı aradan qaldırır.
Məlumatlar – predmet sahəsində obyektləri, prosesləri, hadisələri, həmçinin onların əlaqə
və xassələrini əks etdirən ayrı-ayrı informasiya elementləridir.
Məlumatlar kompüterdə emal edilərkən şərti olaraq aşağıdakı mərhələləri keçərək
transformasiya olunur: ölçü və müşahidə nəticələri; elektron informasiya daşıyıcılarında
diaqram, qrafik, funksiya və mətnlər; cədvəllər və soraqçalar; kompüterdə təsvir dili; məlumat
bazaları və s.
Biliklər– müəyyən predmet sahəsində məsələlərin həllini təmin edən faktlar, prinsiplər,
metodlar, qanunlardır və s.
Biliklər məlumatlar kimi kompüterdə mərhələlərlə transformasiya olunur: insan təfəkkürü
kimi sistemləşdirilmiş formada; maddi daşıyıcılar (dərslik, metodiki vəsait, elmi və istehsalat
xarakterli əsərlər) formasında; biliklərin təqdimedilmə dilində (semantik şəbəkələr, freymlər və
s.); bilik bazaları.
Biliklər – optimal strukturlaşdırılmış, sistemləşdirilmiş məlumatlardır (metaməlumat),
verilənlər barədə verilənlərdir.
Məlumat bazaları məlumatları mühafizə etmək üçün yaradılır. Burada informasiyanın
böyük həcmi və nisbətən az dəyəri xarakterikdir. Biliklər isə bilik bazalarında mühafizə olunur.
Burada isə informasiya kütləsi az və mənəvi dəyərlidir. Bilik bazası istənilən tip intellektual
təlim sistemləriin əsasıdır.
Bilikləri səciyyələndirən xüsusiyyətlər.
Biliklər, demək olar ki, getdikcə strukturu mürəkkəbləşən verilənlərin müəyyən dərəcədə
inkişafından alınır. Proqramlaşdırmanın ilkin mərhələlərində ölçü vahidi maşın sözləri olan
verilənlər, sərbəst sayda komponentlər vektoru, sərbəst ölçülü matrislər, müxtəlif strukturlu
cədvəllər, çətin təşkil olunmuş fayl sistemləri və siyahı sturukturları, abstrakt tipli verilənlərin
meydana çıxması ilə mürəkkəbləşməyə başladı. Digər dəyişikliklərin də baş verməsilə ənənəvi
təşkil olunmuş verilənlərdə yeni keyfiyyət xarakterli cəhətlər yarandı.
Bilikləri səciyyələndirən xüsusiyyətlər :
1. Daxili interperetasiya
2. Strukturlaşma
3. Bağlılıq
4. Aktivlik
|