2.4. Təhsil Standartları Sistemi (TSS) Təhsil sistemlərinin ən əsas problemlərindən biri təhsil standartları məsələsidir. Təhsil
standartlarının minimumu, təlim/tədrisin mövzu əhatəliyini təyin etməklə, təhsil pillələri arasında
keçid təmin edən meyar ölçüsüdür. Bu standartların müəyyən olunması, operativ olaraq
dəyişdirilməsi və s. ƏTS-in ən böyük problemlərindəndir. ATS-TSS bu tip problemləri həll
etmək üçün yaradılır. Qeyd etdiyimiz kimi Təhsil Standartları milli xarakter daşıyır, ölkədə
təhsilin keyfiyyət ölçüsüdür. Bu isə öz növbəsində ATS-TSS-dən istifadəni zəruri edir.
ATS-də “Təhsil Standartları Sistemi” kompleks alt-sistemi aşağıdakı mürəkkəb məsələləri həll
edəcək:
-
Ənənəvi və Avtomatlaşdırılmış dərsliklərinin (DM) hazırlanması standartlarını müəyyən
etmək;
-
Təhsilin ixtiyari pilləsində təlim/tədris olunan fənnin mənimsənilmə minimumularını
(ATS-TYQKS vasitəsilə) müəyyən etmək;
-
Təhsili idarəedən sübyektlərin fəaliyyətinin ekspertizası, pedaqoqların attestasiyası, DM
elektron dərsliklərinin sertifikatlaşdırılması, təhsil müəssisələrinin lisenziyalaşdırılması
və digər bu kimi problemləri həll etmək üçün nəzərdə tutulmuşdur.
2.5. Təhsilin AvtomatlaĢdırılmıĢ Ġdarəetmə Sistemi (TAĠS) Təhsilə cəlb olunmuş maddi, elmi, pedaqoji və s. resursların Avtomatlaşıdırlmış İdarəetmə
Sistemidir. ATS-in və ümumilikdə bütün təhsil sisteminin idarəolunma və nəzarət
mexanizmlərini özündə birləşdirməklə, müxtəlif səviyyələrdə prioritetlər əsasında təhsil
sisteminin optimal və effektiv üsullarla idarə olunmasına yardım məqsədilə yaradılır. TAİS,
təhsilin şaquli idarəolunma, üfiqü və şaquli nəzarət mexanizmlərinə(alt-sistemlərə) malik olur.
4. Kompleks Alt Sistemlərin yaradılması mərhələləri. İKT sahəsində yaradılan bütün sistemlər müəyyən zəruri texnoloji mərhələlərdən keçməlidirlər.
Bu mərhələlri keçməyən və ya qismən keçən sistemlər adətən qüsurlu olur və istismar zamanı
gözlənilməz, neqativ problemlərin əmələ gəlməsinə səbəb olurlar.
Bu baxımdan bütün kompleks alt sistemlərin yaradılması aşağıdakı ciddi texnoloji mərhələlər nəzərə alınmaqla həyata keçirilməlidir.
1. “Texniki məsələ” mərhələsi: ATS-nə keçid haqqında qərar əsasında reallaşır.