ATS-lərin tətbiqinə minimum sayda pilot təhsil müəssisələrində tədricən başlanılır
(ibtidai, natamam orta, orta-ixtisas, ali təhsil müəssisələrində) və bu zaman ortaya çıxan
problemlər aradan qaldırıldıqca sistemin seçilmiş müəssisələrdə daha geniş miqyasda tətbiqi
başlanılır. Sonrakı mərhələdə pilot təhsil müəssisələrinin sayı artırılması, ATS-in istismarı
regional və mərkəzi təhsili idarəetmə qurumları cəlb olunması ilə davam etdirilir. Bu
qurumların tərkibində ATS strukturlarının yaradılması həyata keçirilir.
Yalnız ATS-n pilot müəssisələrdə tətbiqindən gözlənilən nəticələr özünü doğrultduğu halda
onun müəssisələrdə tam tətbiqinə başlanması məqsədəuyğun sayıla bilər.
2.ATS-in kompleks alt sistemləri.
Avtomatlaşdırılmış Təhsil Sistemləri əsasən bir-birinə bağlanmış (ümumi interfeysə malik) 5
əsas kompleks alt sistemləri əhatə edir. Həmin alt sistemlərin birgə tətbiqi ATS-in tam
funksional fəaliyyət göstərməsinə imkan yaradır. Kompleks alt sistemlərə (mühümlük dərəcəsinə
görə sıralanmış) aşağıdakılar aid edilir:
Dostları ilə paylaş: