2.3. Təhsildə Təlim/Tədris Sistemi (TTTS) Məlumdur ki, İKT təlim/tədris prosessinin tam kompüterləşdirilməsinə imkan verir. İKT-dən
istifadə etməklə müxtəlif tip informasiyaların, o cümlədən, mətn, qrafik, audio, video
məlumatların tam emal etmək, avtomatlaşdırılmış animasiya sistemləriyaratmaq, sürətli
kommunikasiya xətlərindən istifadə etməklə təlim/tədris prosesinin effektivliyinin dəfələrlə
artırılmasına nail olmaq olar. TTTS-in bünövrəsini təlim/tədris prosesini tam əhatə edə biləcək,
Dərslik-Müəllim(DM) – elektron dərsliklər təşkil edir və onlar Ənənəvi TS-dəki dərsliklərdən
aşağıdakı üstün imkanlarına görə fərqlənirlər:
1. Dərsliklərin mövzuları tam emal oluna bilən mətn, qrafik, audio, video, animasiya
elementləri vasitəsilə hazırlanır.
2. DM elektron dərsliklərin istismarı həm fərdi kompüterdə (CD&DVD disklər), həm də
şəbəkə vasitəsilə (lokal və qlobal) aparıla bilər.
3. DM elektron dərsliklərin “kağız” variantı İKT vasitələri məhdud olan təhsi
müəssisələrində işlədilə bilər.
4. Belə dərsliklər TSS sistemindəki təhsil standartlarının minimal, orta, maksimum tələbləri
nəzərə alınaraq hazırlanır.
5. Eyni bir fənn üzrə alternativ dərsliklərin sayına məhdudiyyət qoyulmur. Öyrənən
dərsliyin seçilməsində müstəqil olur. Bu isə öz növbəsində təcrübəli pedaqoqların aktiv
pedoqoji fəaliyyətinə yardım edir (TAİS).
6. Bu dərslikdən lokal, qlobal, korporativ şəbəkələr vasitəsilə istifadə etmək imkanı ənənəvi
üsulla yanaşı, distant təhsilin inkişafına da yardım edir.
7. ATS-TYQKS ilə bağlılıq dərsliyin ayrı-ayrı mövzularının vaxtında, effektiv şəkildə
korrektəsinə imkan verir.
8. ATS-TSS sisteminin tələbləri əsasında yaradılmış konkret fənn üzrə hər bir DM-in
Dərslik Ssenarisi (DS) olur və DS alt-sistemi bütün təlim/tədris prosesi müddətində:
a. öyrənənin mənimsəmə əmsalına avtomatik nəzarəti təmin edir.
b. mənimsəmə qiymətindən asılı olaraq mövzular arasında keçidləri müəyyən edir.
c. təhsil pillələri arasında keçid üçün nəzərdə tutulmuş vaxt limiti aradan götürülür.
Öyrənənin dərs pillələri üzrə irəliləyişi fərdi xarakter alır.
9.
ATS-lərin çoxdilli interfeysə malik olması, DM elektron vəsaitlərinin ölkə xaricindən istismarına şərait yaradır və s.