Qaydalar modeli.
Qaydalar modeli – biliklərin aşağıdakı tip cümlələr formasında təqdimatını təmin edən
modellərdir;
Əgər (şərt),
onda (hərəkət, təsvir, nəticə). Burada şətr müəyyən tipik cümlələr
əsasında bilik bazasında axtarış, hərəkət isə müəyyən şərtin optimal cavabını ödəyən nəticədr.
Əksər hallarda şərt optimal hərəkətlə birbaşa bağlı olur, bəzən də hazır hərəkət (nəticə) şərti
təyin edir. Məs, tələbə dərsə gələrsə onda evə tapşırıq alır, yaxud dərsi öyrənir. Burada şərt
hərəkətlə birbaşa bağlıdır. Tələbə şöbəsində sənədlər komplektləşdirilir, sistemləşdirilir,
mühafizə və istifadə olunur cümləsində nəticə şərti (əgər texnikumdursa...) təyin edilir.
Qaydalar modeliin reallaşdırmaqçün bir sıra proqram vasitələri vardır.
Semantika simvol və işarələrin mənasını, mahiyyətini öyrənən dilçilik sahəsidir. B.
Bazaları baxımından semantik şəbəkəyə qrafik kimi baxılsa onun zirvəsi anlayışları, yan tilləri
isə həmin anlayışlar arasındakı münasibətləri ifadə edir. Adətən, anlayışlar mücərrəd və ya
konkret obyektləri mənalandırır, münasibətlər isə müxtəlif olur. Məs, “bu” “hissəsidir”,
“məxsusdur” və s.
Nümunə üçün aşağıdakı anlayışlar üzrə semantik şəbəkə quraq: səxs, Əlizadə, voleybol
komandası, Xəzər, idman növü, qol.
Dostları ilə paylaş: