Elmi biliklərin alınmasının, əldə edilməsinin bir sıra meyarları müəyyənləşdirilmişdir:
daxili uyğunluğu və ziddiyyətli olmaması;
sistemlilik;
obyektivlik;
tarixilik.
Bu meyarların hər birinin öz xarakteristikası, mahiyyəti və xüsusiyyətləri vardır.
Biliyin aĢkarlanmasının problemləri.
İntellektual informasiya texnologiyalarının mərkəzi problemi mütəxəssislərin əlaqədar
predmet sahəsində biliklərin alınması və kompüter yaddaşında mühafizə edilməsidir. Aktual və
səmərəli biliklərin kompüter yaddaşında formallaşdırılmış əksini təmin edən metod, vasitə və
texnologiyaları araşdıran nisbi-müstəqil elm sahəsi kimi
bilik mühəndisliyi keçən əsrin 80-ci
illərindən yaranmış və inkişaf etmişdir. Bilik mühəndisliyi
biliyin əldə edilməsi, təhlili və
intellektual təlim sistemlərilərdə reallaşdırılması problemlərini öyrənir.
Hazırda biliyin əldə edilməsinin 3 istiqaməti daha geniş yayılmışdır:
1) avtomatlaşdırılmış üsullar əsasında ekspertlə xüsusi proqramın dialoqu nəticəsində
bilik bazasının yaradılması. Bu üsulda biliyin strukturu əvvəlcə proqramda təsvir edilir, lakin
biliyin formallaşdırılmış strukturunu əvvəlcədən işləmək tələb olunur. Üsul biliyin alınması və
ya aşkarlanması adlanır;
2) bilik mühəndisinin bilik mənbəyi ilə canlı əlaqəsi nəticəsində biliyin əldə edilməsi və
bilik bazasına proqramlaşdırılmış üsullarla daxil edilməsi. Bu üsul biliyin seçilməsi adlandırılır;
3) biliyin əldə edilməsi, aşkarlanması
üçün məlumat təhlilinin model, metod və
alqoritminin işlənməsi. Bu üsul biliyin formalaşdırılması adlanır. Üsul ənənəvi olaraq bilik
bazası sahəsində araşdırmaların ən perspektiv və fəal surətdə inkişaf etdirilən istiqaməti hesab
edilir.
Beləliklə, üç əsas strategiya müəyyənləşdirmək olar: biliyin alınması (aşkarlanması),
biliyin seçılməsi və biliyin formalaşdırılması.
ES-lərinin işlənməsi sahəsində təcrübələr göstərir ki, biliyin seçılməsi strategiyası MBD
ölkələri üçün daha realdır, çünki digər iki strategiyanı reallaşdırmaq üçün proqram vasitələri və
onların tətbiq təcrübələri bizə məlum deyil.
Biliyin seçilməsi nisbətən çox vaxt və əmək tələb edən prosesdir. Bu strategiya bilik
mühəndisindən koqnitiv psixologiyanı, sistem təhlili metodlarını, riyazi məntiqi və
proqramlaşdırmanı yaxşı bilməyi tələb edir. Çünki predmet sahəsinin
elə əlverişli modelini
qurmaq lazımdır ki, qərar qəbul etmək üçün ondan asan və rahat istifadə edilsin.
ES-lər sahəsində təcrübəsi nisbətən az olan bilik mühəndisləri bəzən bilikləri seçməyi və
formalaşdırmağı ekspertlərin öhdəsinə verirlər. Bu, ES-lərin işlənməsində ən yararsız
strategiyadır. Çünki, təfəkkür məhsulları ancaq canlı dialoq nəticəsində aşkarlana, seçilə və
sistemləşdirilə bilər, digər tərəfdən ekspertlərin əksəriyyəti bilik mühəndisliyini səif bildiyindən
əlaqədar predmet sahəsinin model strukturunu qura bilmirlər. Buna görə də biliyin seçilməsində
bilik mühəndisi ilə ekspertin canlı dialoqu vacib şərtdir.
Biliyin seçilməsi prosedurunun üç cəhəti fərqləndirilir: psixoloji, linqvistik və qnesiliji
cəhətlər.
Psixoloji cəhət biliyin alınmaında, seçilməsində əsasdır. Çünki bilik mühəndisi ilə
mütəxəssis – ekspert arasında qarşılıqlı əlaqənin müvəffəqiyyəti
və səmərəliliyi psixoloji
amillərin istifadə dərəcəsindən çox asılıdır. Bundan başqa dialoq prosesində əvvəllər ehtimal
edilməyən yeni biliklər də aşkarlana bilər. Müəyyən edilmişdir ki, canlı ünsiyyətdə də
informasiya itirilməsi həddi çoxdur və mərhələlərlə müəyyən edilərək informativlik əmsalı
belədir:
ekspertin müəyyən məsələyə dair daxili fikir əmsalı – 100%;
həmin fikrin söz formasını alması həddi– 90%;
fikrin sözlə ifadəsi əmsalı – 80%;
fikrin dinlənilmə əmsalı – 70%;
fikrin başa düşülmə əmsalı – 60%;
deyilən fikrin bilik mühəndisinin hafizəsində qalma əmsalı – 24%.
Hazırda psixoloji cəhətdən biliyin seçilməsinin üçdərəcəli struktur modeli müəyyən
edilir:
1) birbaşa əlaqə dərəcəsi;
2)
prosedur dərəcəsi;
3) koqnitivlik
1
dərəcəsi.
Birbaşa əlaqə dərəcəsi baxımından bilik mühəndisi aşağıdakı keyfiyyətlərə malik
olmalıdır:
xeyirxahlıq və insansevərlik;
yumor hissi;
yaxşı yaddaş və diqqət;
təsəvvür və həssaslıq;
intizamlılıq və inadkarlıq;
ünsiyyət qabiliyyəti;
geyim manerası;
özünə inam.
Prosedur dərəcəsi baxımından bilik mühəndisi predmet sahəsində müəyyən biliklərə
malik olmalıdır. Ekspertlə müsahibə apararkən hər seansa 20-25 dəqiqədən artıq vaxt ayırmaq
müəyyən yorğunluğa səbəb olur. Söhbətin əsas məzmunu qeyd edilməlidir.
Koqnitiv psixologiya mövqeyindən bilik mühəndisi üçün bir sıra
vacib xüsusiyyətlər
vardır:
özünə təbii görünən və aydın olan hər hansı modeli ekspertə məcburən qəbul
etdirməməli;
ekspertlə işləmək üçün müxtəlif metodlardan istifadə etməli;
predmet sahəsində əsas anlayışları və onların əlaqələrini müəyyənləşdirməyi təmin
edən baş məqsədi dəqiq müəyyən etməli;
bir sıra hallarda ekspertin mühakimə və fikirlərini aydın dərk edilən və yadda qalan
sxem formasında təsvir etməli.
Bilik mühəndisi ilə ekspetrin ünsiyyəti təbii ki dil zəminində baş verir.
Dil digər işarə sistemləri ilə yanaşı, təfəkkürün əsas şifahi ifadə vasitəsidir. Bilik
mühəndisinin və ekspertin danişdığı dil və düşüncə tərzi müxtəlif ola bilər.
Beləliklə, bilik mühəndisinin dili üç komponentdən ibarətdir:
a)
ekspertlə işləməyə hazırlıq dövründə əlaqədar ixtisas ədəbiyyatından əldə edilən
terminlər;
b)
ümumielmi terminlər;
1
Koqnitiv psixologiya (koqnition-idrak) insanın ətraf aləmi dərk etmək mexanizmini öyrənən elmdir.
c)
adi danışıq dili;
Ekspertin dilinin komponentləri bunlardır:
predmet sahəsində işlədilən termin və anlayışlar;
ümumielmi terminlər və adi danışıq dili;
neologizm, yəni ekspertin iş zamanı istifadə etdiyi peşəkar jarqonlar.
Bilik mühəndisinin və ekspertin danişdığı dil komponentlərindən ümumielmi terminlər və
adi danışıq dili təqribən eynidir. Onların qarşılıqlı əlaqələrini optimallaşdırmaq üçün ümumi dil
(kod) formallaşdırılmalıdır. Həmin dil sonralar semantik şəbəkəyə çevrilir və predmet sahəsinin
bilik modelini yaradır.
Biliyin seçilməsi prosesində bilik mühəndisinin ekspertlərin qeyri-ənənəvi,
yəni fərdi
bilik və təcrübələri daha çox maraqlandırır. Çünki, ES-lər üçün orijinal mühakimələr daha
qiymətli hesab edilir. Beləliklə, fəlsəfi cəhətdən ekspertin biliklərinin iki səviyyəsi fərqləndirilir:
empirik biliklər (müşahidələr, hadisələr); nəzəri biliklər (qanunlar, abstraksiyalar,
ümumiləşdirmələr).
Elmi biliklərin alınmasının, əldə edilməsinin daxili uyğunluq və ziddiyyətli olmaması,
sistemlilik, obyektivlik, tarixilik kimi meyarları da müəyyənləşdirilmişdir ki, bu meyarların hər
birinin öz xarakteristikası, mahiyyəti və xüsusiyyətləri vardır.
Bilik mühəndisi üçün idrakın metodoloji strukturu aşağıdakı mərhələlərdən ibarətdir:
- faktların təsviri və ümumiləşdirilməsi - faktlar toplanaraq sistemləsdirilir.
- əlaqə və qanunauyğunlyqların müəyyənləşdirilməsi - faktlar arasında məntiqi əlaqələr
qurulur.
- ideallaşdırılmış modelin qurulması - termin və anlayışlar sistemi, həmçinin riyazi və
məntiqi vasitələr istifadə edilməklə biliklərin qismən formallaşdırılmış struktur modelinin
yaradılmasıdır.
- modelin izahı və onun perspektivliyinin əsaslandırılması - ekspertin aşkarlanmamış
bilikləri
dolğun və obyektivdirsə, onların əsasında proqnoz vermək və əlaqədar predmet
sahəsində istənilən hsdisəni izah etməkdir.
Adətən, ES-lərin bilik bazalarına komponentlərin fraqmentliyi və modulluğu -
əlaqəsizliyi xas olduğundan bazada yeni qanunauyğunluqların əvvəlcədən formallaşdırılmasına
və onda açıq şəkildə olmayan hadisələrin izahına inkan vermir. Lakin burada yeni ideyaların
generasiyasına yönəlmiş xüsusi məntiqi sistemin olması istisnalıq təşkil edir.
Dostları ilə paylaş: