Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının


Ekspertl təlim sistemlərinin iĢlənməsinin texnologiyaları



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə58/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   51   52   53   54   55   56   57   58   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

Ekspertl təlim sistemlərinin iĢlənməsinin texnologiyaları. 
Bütün təhsil ssistemi üçün ayrı-ayrı ETS-lərin işlənməsinin nümunəvi texnologiyası 
demək olar ki, eynidir. Hazırda mütəxəssislər ETS-lərin işlənməsini altı ardıcıl məntiqi 
mərhələyə bölürlər: 
1) Təhsil sahəsində məsələlərin müəyyən edilməsi; 
2) prototip sisteminin işlənməsi; 
3) ES-in işlənməsinin istismar səviyyəsinə çatdırılması; 
4) ekspert təlim sisteminin qiymətləndirilməsi; 
5) sistemin əlaqələndirilməsi
6) sistemin dəstəklənməsi. 
Problem sahəsinin və məsələlərin müəyyən edilməsi – ETS-in bütün mərhələləri üçün 
vacibdir. ETS-in rəhbəri, yəni bilik mühəndisi problemi müəyyən etməlidir. Əlverişsiz 
problem seçildiyi halda vaxt və vəsait itkisinə səbəb ola bilər. Problemin həlli üçün vacib 
olan biliklər də sabit, dəqiq və nisbətən daimi xarakter daşımalı və bütün əlaqədar məsələləri 
əhatə etməlidir. 


Prototip sisteminin işlənməsi ETS-in ümumiləşdirilmiş versiyasıdır. Prototip sistem 
ekspertin verdiyi faktların, mühakimə strategiyalarının, obyekt və proseslər arasında 
əlaqələrin düzgünlüyünü və kodlaşdırmanı yoxlamaq üçün xüsusi layihədir. Prototip layihə 
onlarca qaydalardan, freym və nümunələrdən ibarətdir.
Dördüncü mərhələdə ETS işlənildikdən sonra səmərəlilik baxımından qiymətləndirilir; 
ekspertlər işə cəlb edilir və sistem sınaq nümunələrində yoxlanılır, ilk növbədə proqramın 
dəqiq işlənməsi, faydalılığı, məhsuldarlığı qiymətləndirilir. 
Beşinci mərhələdə ETS-in mühitində işlədiyi digər proqram vasitələrilə 
əlaqələndirilməsi, həmçinin onun xidmətindən istifadə edəcək şəxslərin öyrədilməsi 
məsələləri həll edilir. 
ETS-in yaradılmasının sonuncu mərhələsi sistemin dəstəklənməsidir. 
Biliyin seçilməsinin (aĢkarlanmasının) təcrübi metodları. 
Ekspert sistemlərinin bilik bazalarını yaratmaq üçün biliyin metodoloji baxımdan 
seçilməsi (aşkarlanmasının) aşağıdakı sxemdə verilmişdir: 
Şəkildə adları çəkilən metodlardan biri, yaxud bir neçəsi konkret məsələdən və şəraitdən 
asılı olaraq tətbiq edilə bilər. Təsnifat bölgüsünün əsasında bilik mənbələrinin müxtəlifliyi durur. 
Kommunikativ metodlar canlı bilik mənbəyini, yəni ekspertlə əlaqənin bütün növlərini əhatə 
edir, tekstoloji metodlar isə biliyin müxtəlif sənədlərdən seçılməsində istifadə olunur. Bu bölgü 
nusbi xarakter daşıyır. Bilik mühəndisi çox zaman müxtəlif metodları iş prosesesində 
əlaqələndirməli olur. Məs. o, əvvəlcə ədəbiyyatı öyrənir, sonra ekspertlə işləyir, əksi də 
mümkündür. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin