Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə2/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   2   3   4   5   6   7   8   9   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

 
 
ĠKT-NĠN TƏHSĠLƏ TƏTBĠQĠNDƏ 
ƏSAS MƏQSƏD VƏ VƏZĠFƏLƏR 
Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsədi müasir informasiya 
mədəniyyətinə malik şəxsiyyətlər yetişdirmək, ölkədə vahid təhsil və informasiya mühitini 
formalaşdırmaqdır. Bu mühit yeni informasiya texnologiyalarından istifadə etməklə aşağıdakıları 
təmin edəcəkdir: 


Təhsilin keyfiyyətinin artırılması; 
Yeni informasiya mədəniyyətinin formalaşdırılması; 
Vətəndaşların bütün pillələrdə təhsil alma imkanlarının bərabərləşdirməsi; 
Təhsil sisteminin dünyanın informasiya, mədəniyyət və təhsil məkanına inteqrasiyasının təmin 
edilməsi. 
Göstərilən məqsədlərə nail olmaq üçün aşağıdakı mühüm vəzifələrin kompleks şəkildə həll 
olunması zəruridir:
Vahid təhsil-informasiya sisteminin yaradılması. Bu sistem bütün səviyyəli təhsil və 
informasiya sistemlərini, habelə təhsilin idarəetmə, servis, elmi-tədqiqat, metodiki-tədris və 
texnoloji mərkəzlərini birləşdirməlidir; 
İnformasiya texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi. Milli elektron 
dərsliklərin hazırlanması və onların tədris prosesində tətbiqi, ənənəvi dərs vəsaitləri ilə 
inteqrasiyası, habelə köməkçi metodiki vasitələrin hazırlanması. Keyfiyyətin təmin edilməsi, 
tədris məqsədli informasiya texnologiyaları vasitələrinin standartlaşdırılması və sertifikasiyası;
Təhsilin idarə edilməsi üzrə İKT-yə əsaslanan effektiv və şəffaf monitorinq sisteminin və resurs 
mərkəzinin yaradılması; 
Təhsil müəssisələri üçün pedaqoji və İKT kadrlarının hazırlanması sisteminin yaradılması. 
Onlara tədris prosesində ən yeni informasiya texnologiyalarından istifadə etmək bacarığının 
aşılanması. Tədris prosesinin bütün iştirakçıları üçün İKT bacarıqlarına yiyələnmək imkanının 
yaradılması; 
Təhsil müəssisələrinin müasir İKT avadanlığı və İnternet/İntranet şəbəkəsi ilə təmin olunması; 
İKT sahəsi üzrə terminologiyanın işlənib hazırlanması və onun vahid standart kimi tətbiq 
olunması; 
Təhsilin informasiyalaşdırılması prosesinin elmi təminatının və informasiya texnologiyalarına 
əsaslanan müasir təlim üsullarının hazırlanması;
Təhsil sahəsində dövlət idarəçiliyi və tənzimləmə sisteminin vahid informasiya infrastrukturunun 
yaradılması;
İnformasiya təhlükəsizliyinin təmin olunması və təhlükə doğuran halların aradan qaldırılması 
üçün kompleks tədbirlərin həyata keçirilməsi. Yalnız lisenziyali proqramlardan istifadə 
olunmasına keçid.

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin