Mövzu 7 İnformatika məşgələlərinin təşkilində təlim metodları. Yeni təlim metodlarının şərhi



Yüklə 39,64 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix26.12.2023
ölçüsü39,64 Kb.
#197458
növüDərs
  1   2   3   4
Movzu 7,9



Mövzu 7 
İnformatika məşgələlərinin təşkilində təlim metodları. Yeni təlim metodlarının şərhi 
 
İnformatika təliminin təşkilinin forma və metodları. Təlim prosesində onlardan istifadə 
metodikası 
Ümumtəhsil məktəblərində təlim-tərbiyə işinin təşkilinin əsas forması dərsdir. 
Məktəbdə dərs təlimin sinif- dərs siteminin əsasını təşkil edir və aşağıdakı əlamətləri ilə 
xarakterizə olunur: 
1. Dəyişməz tərkibli şagird tədris qrupunun olması; 
2. Hər bir sinifdə təlimin məzmununun ciddi müəyyən olunması; 
3. Tədris məşğələlərinin dəqiq təyin olunmuş cədvəlinin olması ; 
4. Şagirdlərlə işləməyin fərdi və kollektiv formaları 
5. Müəllimin aparıcı rolu 
6. Şagirdlərin biliklərinin sistematik yoxlanılması və qiymətləndirilməsi; 
Tədris prosesinin sinif-dərs sistemi üzrə təşkili böyük Çex pedaqoqu Y.A. Komenski tərəfindən 
təklif olunmuşdur.İnformatikanın tədrisində bütün didaktik prinsiplərə əməl etməklə , şagirdlər bu 
fənni sinif-dərs sistemində öyrənirlər, onlara ev tapşırıqları verilir, sinifdə və evdə müəyyən 
tapşırıqları lobarator formada yerinə yetirir , yoxlama yazı işləri keçirilir və s.
Y.A.Komenski zamanında indiyədək tədris prosesinin təşkili forması dəyişməz qalmışdır.Lakin 
müəyyən yeniliklər tədris prosesinin təşkilini zənginləşdirmişdir.Məktəblərdə hesablama 
texnikasının kabinetlərinin yaradılması tədris prosesinə təsir etmiş, informasiya və 
kommunikasiya texnologiyalarının tətbiqi ilə təlimin təşkilinin yeni effektiv formaları 
yaranmışdır. İKT-nin tətbiqi ilə məktəbdə dərsin xarakteri əsaslı şəkildə dəyişir və təlimin 
təşkilinin yeni formalarının tapılması daha aktuallıq kəsb edir .Bu isə təlim və tərbiyə prosesinin 
daha yüksək səviyyədə qurulmasında zəmin yaradır. 
Müxtəlif kriteriyalardan istifadə etməklə dərslərin tipinin modifikasiyasını vermək olar. Dərsin 
əsas əlaməti , müəllimin əldə etməli olduğu – didaktik məqsədləridir.Didaktikada dərslərin 
aşağıdakı növləri müəyyənləşdirilir: 
1. Yeni informasiyalar verən dərslər 
2. Bacarıq və vərdişlərin yoxlanılması dərsləri 
3. Bilik, bacarıq və vərdişlərin yoxlanılması dərsləri 
Müəllimlərin əksər hissəsi dərsdə yuxarıda göstərilən didaktik məqsədlərin birindən deyil, bir 
neşəsindən istifadə edirlər ki, belə dərslərə də praktikada kombinəedilmiş dərslər adlandırırlar.
Məktəbdə informatika kursunun hesablama texnikası kabinetində tədrisi şagirdlərin EHM-də 
sistematik işləməsini şərtləndirir. Bu mənada informatika dərsini EHM-dən istifadəsinin 
xarakterinə və həcminə görə klassifikasiya etmək olar.İnfomatika kursunun maşın variantı ilə 


tədrisi zamanı dərsin təşkilində nümayiş , frontal laboratoriya işləri və praktikumdan istifadə 
olunur. 
Nümayiş. Müəllim nümayiş ekranında istifadə etməklə kursun məzmununa daxil edilən 
elementləri göstərə bilər.Bu zaman müəllim FK-də işləyir, şagirdlər onu izləyir və müəyyən 
əməliyyatları özlərinin kompüterlərinin ekranında canlandırırlar.Bəzi hallarda müəllim xüsusi 
nümayiş proqramlarını şagird kompüterlərinə göndərir və şagirdlər müstəqil olaraq işləyir. 
Laboratoriya işi. Bu zaman bütün şagirdlər eyni vaxtda öz iş yerlərində müəllimin ötürdüyü 
informasiyalar əsasında proqram vasitələri ilə işləyirlər.Bu vasitələrin müxtəlif didaktiv 
məqsədləri ola bilər. 
1. Yeni tədris materialının mənimsənilməsi
2. Müəllimin izah etdiyi yeni materialın möhkəmləndirilməsi 
3. Alınmış biliklərin mənimsənilmə səviyyəsini və qazanılmış bacarıqların yoxlanılması
Frontal laboratoriya işləri zamanı müəllimin əsas rolu şagirdlərin işinə nəzarət etmək və onlara 
lazımi köməklikləri etməkdir. 
Praktikum . Şagirdlər müəllim tərəfindən müstəqil yerinə yetirilmək üçün fərdi tapşırıqlar alırlar. 
Onlar bu tapşırıqları 1-2 və ya çox dərsdə, dərsdənkənar vaxtda evdə yerinə yetirə bilərlər.Bu 
tapşırıqlar kursun müəyyən bölməsi üzrə şagirdlərin bilik və bacarıqlarını müəyyən etmək 
məqsədi daşıyır.Şagirdlər tapşırığı kompüterdən istifadə etməklə həll edir və dəftərlərində zəruri 
qeydlər aparırlar. 
Praktikum zamanı müəllim şagirdlərin fəaliyyətini izləyir və onlara müvəffəqiyyət qazanması 
üçün köməklik edir, zəruri hallarda müəyyən məsələləri birlikdə müzakirə edirlər. 
Dərsin təşkilinin ənənəvi forması şagirdlərin inkişafinda həmişə əhəmiyyətli rol oynamır.Çünki bu 
zaman :
· Eyni məqsəd üçün kollektivin səyi birləşdirilir. 
· Kollektivin üzvləri arasında qarşılıqlı məsuliyyət hissi yaranır 
· Kollektivin üzvləri bir-birinin fəaliyyətinə nəzəarət edir. 
Dərsin məqsədlərindən asılı olaraq şagirdlərin fəaliyyətini fərdi , kollektiv və ya qrup halında 
təşkil etmək olar. 
Şagirdlərin lokal kompüter şəbəkələrində işini təşkil etməklə onların hər birinə müəyyən 
tapşırıqlar vermək olar.Bu zaman hər bir şagird təklif olunan çalışma üzərində işləyir,nəticələr 
əldə edir ki , bunlar da onun idrak fəallığına , təfəkkürün inkişafına səbəb olur.Ona görə də müasir 
kompüter texnologiyalarından istifadə etməklə şagirdlərə seçilmiş lahiyələr üzərində 
işləməkdə tapşırıla bilər.İşin sonunda şagirdlər fəaliiyətlərinin nəticəsi olaraq təlim almış olurlar. 

Yüklə 39,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin