Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının


ĠKT-NĠN TƏHSĠLƏ TƏTBĠQĠNDƏ ƏSAS ĠSTĠQAMƏTLƏR



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə3/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   2   3   4   5   6   7   8   9   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

 
2. ĠKT-NĠN TƏHSĠLƏ TƏTBĠQĠNDƏ ƏSAS ĠSTĠQAMƏTLƏR 
Təhsil sisteminin informasiyalaşdırılması prosesi əsasən aşağıdakı istiqamətləri əhatə edir: 
 
2.1. Təhsil sisteminin informasiya infrastrukturunun yaradılması 
Təhsil sisteminin informasiya infrastrukturu (TSİİ) dedikdə daxilində idarəetmə, monitorinq, 
akkreditasiya, attestasiya, biliyin qiymətləndirilməsi, servis və s. kimi informasiya-texnoloji 
mərkəzlərdən təşkil olunmuş vahid informasiya sistemi (VİS) başa düşülür. 
VİS təhsildə istifadə olunan elektron avadanlıqlara, elektron tədris vəsaitlərinə və kadrlara 
tələbatın öyrənilməsini, təhsildə İKT layihələrinə nəzarət üzrə monitorinq və onun nəticələrinin 
təhlilini təmin edir.
Təhlillərdən şıxarılan nəticələrin, təhsillə bağlı normativ sənədlərin, qanunvericilik aktlarının, 
əmr və sərəncamların yerlərə operativ və təhrifsiz çatdırılmasının təmin olunması və təhsil 
fəaliyyətinə nəzarət mexanizminin təkmilləşdirilməsi məqsədilə müəssisələrarası elektron sənəd 


dövriyyəsi təşkil edilməli və təhsil resursları üzrə vahid informasiya bazasının imkanlarından 
geniş istifadə olunmalıdır. Vİİ-nin əsas vəzifəsi təhsil müəssisələri arasında rayondaxili, 
rayonlararası və beynəlxalq informasiya mübadiləsinin təşkilinə və təhsil müəssisələrinin 
dünyanın elektron informasiya-məlumat mənbələrinə çıxışını təmin etməkdir. 
Müəssisələrin idarəetmə və maliyyə fəaliyyətinin avtomatlaşdırılması, təhsil prosesi iştirakçıları 
arasında normal informasiya mübadiləsinin aparılması məqsədilə müəssisələrarası 
telekommunikasiya sistemlərinin yaradılması və bu məqsədlə təhsil müəssisələrinin genişzolaqlı 
internet xətləri ilə təmin olunması və internet resurslarından səmərəli istifadənin, məsafədən 
təhsil texnologiyalarının təşkili də informasiya infrastrukturunun vacib elementlərindəndir.

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin