Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının


Təhsilin informasiyalaĢdırılması üĢün tədris-metodiki bazanın yaradılması



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə4/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   2   3   4   5   6   7   8   9   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

2.2. Təhsilin informasiyalaĢdırılması üĢün tədris-metodiki bazanın yaradılması 
Təhsilin informasiyalaşdırılması üşün tədris-metodiki baza dedikdə əsasən elektron tədris 
materialları və elektron metodiki vəsaitləri özündə saxlayan elektron baza başa düşülür. Bu 
vəsaitlərin hazırlanmasında baza təhsil planlarının tələbləri ciddi nəzərə alınmalı yeni 
texnologiyaların üstünlüklərindən, müəllimlərin, proqramçı-dizaynerlərin, psixoloqların bu 
prosesdə iştirakına nail olunmalıdır. Hazırlanmış bütün elektron tədris vəsaitləri bu məqsədlə 
xüsusi yaradılmış və müasir maddi-texniki baza ilə təchiz olunmuş təcrübə mərkəzlərində 
yoxlanılmalı və sertifikatlaşdırılmalıdır.
Setrifikatlaşma əsasən tədris resurslarının texniki, məzmun və dizayn-erqonomika istiqamətlərini 
dərindən bilən, təhsildə İKT-nin tətbiqi üzrə beynəlxalq və qabaqcıl təcrübəyə yiyələnmiş 
ekspert rəyləri əsasında aparılmalı, materialların keyfiyyəti xüsusi hazırlanmış metodika üzrə 
qiymətləndirilməlidir. Təhsil müəssisələrində Elektron kitabxana və elektron kataloqların, 
mediatekaların yaradılması və virtual kitabxana texnologiyalarının tətbiqinə nail olunmalıdır. 
Elektron dərs vəsaitlərindən düzgün və səmərəli istifadənin təşkili məqsədi ilə metodiki 
tövsiyələrin və elektron metodiki-tədris materiallarının hazırlanıb tədris müəssisələrinin 
istifadəsinə verilməsinə nail olunmalıdır. 
Bunlardan əlavə təhsilin informasiyalaşdırılması məqsədilə tədris-metodiki bazanın yaradılması 
və ondan səmərəli istifadənin təşkili məsələləri müəssisənin elektron məlumat bazasının (veb 
portal) yaradılmasını da tələb edir. Təhsil portalı cəzbedici olmaqla bərabər elektron dərsliklər, 
metodiki vəsaitlər, məlumat-sorğu sistemləri, inkişafetdirici oyunlar, elektron testlər və başqa 
təhsil yönümlü materiallarla zənginləşdirilməlidir. Portalda fənnlər üzrə metodiki dəstəklə bağlı 
bölmələr yaradıla bilər, orada nümunəvi dərslərin video nümunələrinə geniş yer verilməlidir. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin