Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının


 Ümumi Ġnformasiya Bankı Alt Sistemi (ÜĠBS)



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə46/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   42   43   44   45   46   47   48   49   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

 
2.1. Ümumi Ġnformasiya Bankı Alt Sistemi (ÜĠBS) 
Bu alt sistem əsasən ATS-in digər alt sistemlərinin fəaliyyətini təmin etmək üçün nəzərdə 
tutulub, aşağıdakı məlumatları özündə cəmləyir: 

Dövlət və qeyri-dövlət informasiya mənbələrindən, təhsillə bağlı statik və dinamik 
informasiyaları, o cümlədən, qanunvericilik aktlarını, hüquqi sənədlərı, təhsil standartlarını və s.

Təhsillə bağlı beynəlxalq status daşıyan sənədləri;

Xarici ölkələrin təhsil sistemi ilə bağlı məlumatlari;

Təhsillə bağlı elektron kitabxana resurslarını(dərsliklər, metodik vəsaitlər, elmi əsərlər, 
analitik məqalələr və s.);

Yeni təhsil texnologiyaları haqqında informasiyaları;
Bu və digər məlumatlar toplanmış avtomatlaşdırılmış bazalar əsasən aşağıdakı funksional 
tələblərə cavab verməlidirlər: 

Məlumatların saxlanılması, arxivləşdirilməsi, bərpası;

Çeşidləmə və axtarış;

Analiz və sintez;

Kommunikasiya xətləri vasitəsilə ötürülmə.
ÜİBS ATS-in digər kompleks alt sistemlərinin hazırlanmasında və gələcək inkişafında önəmli 
yer tutduğu üçün birinci növbədə yaradılmalı və istismara buraxılmalıdır. ÜİBS-in “İstismar” 
mərhələsinə cəlb olunmuş mütəxəssislər təhsil məsələlərilə bu və ya digər şəkildə əlaqəsi olan 
dövlət qurumlarına ekspert xidmətləri göstərməklə yanaşı, ATS-lə dövlət qurumları arasındakı 
münasibətlərin tənzimlənməsi, birgə işin təşkil olunması istiqamətində müəyyən biliklərə malik 
olmalıdırlar. 
 
2.2. Təhsildə Yoxlama, qiymətləndirmə və keçid alt sistemi (TYQKS) 
Bütün tip təhsil sistemlərində təhsil pillələri arasında keçid, öyrənənin (şagirdin, tələbənin və s.) 
biliklərinin yoxlanılması və qiymətləndirilməsi ilə həyata keçirilir. Bu baxımdan ATS-in həmin 
sahəyə tətbiqi prinsipial xarakter daşıyır və təhsilin avtomatlaşdırılması zamanı prioritet mövqe 
tutur. ATS-in əsas funksional kompleks alt sisteminə aid edilən TYQKS-nin əsas üstünlükləri 
aşağıdakılardır: 
1. 
Təhsil pillələrinin sayına məhdudiyyət götürülür. Bununla təhsilin kəsilməzliyi təmin 
olunur.
2. 
Çoxballı sistemin tətbiqinə və beləliklə, biliklərin daha dəqiq qiymətləndirilməsi üçün 
yaxşı imkanlar açılır. 
3. 
Çoxcavablı, çox düzgün cavablı test tapşırıqlarının tətbiqinə imkan yaradır.


4. 
Test tapşırıqlarının özlərinin qiymətləndirilməsi alqoritmləri bir çox problemlərin 
operativ həll olunmasına şərait yaradır. Məsələn, keyfiyyətsiz və ya təhsil standartlarına uyğun 
gəlməyən tədris elementlərinin operativ şəkildə təhsil sistemindən çıxarılması və ya redaktə 
olunması.
5. 
TYQKS-nin tərkibində həm də, öyrənənlərin şəxsi qiymət kartlarının avtomatlaşdırılmış 
analizi alt-sisteminin olmasıATS-in digər kompleks alt sistemlərinin fəaliyyət göstərməsi üçün 
zəruri parametrləri müəyyən edir və aşağıdakı qlobal problemlərin həllinə yardım edir:

Təhsil standartları bazasının hazırlanması (TSS) və təhsil standartları minimumlarının 
operativ olaraq dəyişdirilməsi imkanlarının yaradılması:
Qeyd etmək lazımdır ki, “Əmək haqqlarının pedaqoji nəticələrə görə hesblanması”, “Təhsil 
müəssisələrinin maliyələşdirilməsi”, “Pedaqoji kadrların attestasiyası”, “Təhsil 
strukturlarının fəaliyyətlərinin analizi” və s. kimi funksiyaların avtomatlaşdırılması üçün 
nəzərdə tutulan bu alt-sistem tədrisin təşkilində və idarə olunmasında mühüm yer tutur. 

Ənənəvi və Avtomatlaşdırılmış dərsliklərdəki mövzuların operativ şəkildə korrektəsi və 
ya yenilənməsi. (TTTS)

Dövlət və qeyri-dövlət strukturlarında kadr probleminin effektiv həlli(TAİS).

Təhsil sistemində şəffaflığın təminatı.
və s.

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin