“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri”
IV respublika konfransı, 14 dekabr 2018-ci il
75
Proqram təminatının təhlükəsizliyinin təmin
olunmasının bəzi üsulları haqqında
Şəfəqət Mahmudova
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
shafagat_57@mail.ru
Xülasə— Bu
işdə proqram təminatının təhlükəsizliyi və s.
haqqında
məlumat
verilmişdir.
Proqram
təminatının
təhlükəsizliyinin
təmin
olunmasının
analiz
metodları
öyrənilmişdir. Proqram təminatının qorunması üçün vacib olan
problemlər müəyyənləşdirilmişdir. Proqram layihələri üçün
risklər, onların idarəolunması, təyin olunması, kateqoriyaları və
s. araşdırılmışdır.
Açar sözlər—proqram təminatı, təhlükəsizlik, analiz metodları,
risklər
I. GİRİŞ
Müasir dövrdə informasiya cəmiyyəti inkişaf edərək
getdikcə daha böyük vüsət alır. Kompüterlər cəmiyyətdəki
bütün
proseslərə, o cümlədən elmi
tədqiqat işlərinə,
iqtisadiyyata təsir göstərərək, ümumilikdə insanın fəaliyyət
formasını dəyişdirir və yeni sahələrin yaranmasına səbəb olur.
İnsanların yeni texnologiyaları
öyrənməsi və onu müxtəlif
sahələrə tətbiq etməsi yeni sistemlərin və proqram təminatının
(PT) yaranmasına və inkişafına səbəb olur.
Müasir dövrdə terrorizm və cinayətkarlara qarşı mübarizə
kəskin surətdə artmışdır. Bütün dünyanı bürümüş terror
aktlarının dalğası aşkarlayıcı və önləyici təhlükəsizlik
sistemlərinin və proqram təminatının təkmilləşdirilməsi
ehtiyacını yaratmışdır.
Əksər dövlətlərdə qarşıda duran
əsas məsələlərdən biri
qaçaqmalçılıq, terror aktlarının qarşısının alınması və müxtəlif
sistemlərin yaradılması üçün yeni yanaşmaların, yeni
prinsiplərin təşkilinə imkan vermək və milli təhlükəsizlik,
beynəlxalq
səviyyədə
inteqrasiyalar
və
s. üzrə PT
mərkəzlərinin yaradılmasıdır.
Axtarışın, aşkar etmənin və şəxsiyyətə, cəmiyyətə və
dövlətə qarşı cinayətlərin təşəbbüskarlarının
identifikasiyasi
sisteminin təkmilləşdirilməsi, bütovlükdə, xüsusi əhəmiyyət
kəsb edir. Belə məsələlərin həlli qlobal miqyasda yeni
yanaşmalar və ən müasir texnologiyaların tətbiqini tələb edir.
Araşdırma və ya operativ-axtarış
fəaliyyəti çərçivəsində
alınmış istənilən dəlil real vaxt müddətində effektiv istifadə
edilməlidır [1].
Milli
zəmində
hüquq-mühafizə
sistemi,
dövlət
təhlükəsizliyi sisteminin və ölkənin müdafiə təminatı
orqanlarının qarşısında duran məsələlərin geniş spektrini həll
etməyə imkan verir:
Potensial olaraq qeyri-qanuni işlər və təhlükəli
əməllərin (vətəndaşların həyatı, dövlət qurumları və s.)
həyata keçirilməsində şübhəli bilinənlərin və ya
günahkarların axtarışı;
Hadisələrin iştirakçılarının tapılması
və aşkar edilməsi
hüquq-mühafizə, dövlət təhlükəsizliyi və ölkənin
müdafiəsinin təminatı sistemlərinin əsas məsələlərindən
biridir;
Dövlət səviyyəsində bu məsələlərin uğurla həlli artıq
müasir proqram təminatlarından istifadə etməklə
mümkündür;
Multimedia məlumatlarının (şəkillər, videoyazılar və s.)
yığımı və saxlanması üçün paylanmış sistemin
yaradılması mühüm əhəmiyyət kəsb edir;
İstintaq fəaliyyəti və operativ-axtarış
tədbirləri
prosesində yığılmış məlumatlar əsasında yaradılmış
bazalarda şübhəli şəxslərin interaktiv axtarışının həyata
keçirilməsi vacibdir və s.
Proqram təminatının hazırlanması prosesi (ing. Software
development process)
—ilk növbədə proqram təminatının
hazırlanması üçün razılaşdırılmış strukturun işlənməsidir [2].
Proqram təminatının yaradılması zamanı alqoritmin
effektiv işlənilməsi və verilənlərin strukturunun düzgün
müəyyən edilməsi əsas rol oynayır. Məsələnin alqoritmi və
verilənlərin strukturu effektivliyə təsir edən əsas aspektlərdir.
Beləki, sonradan verilənlərin strukturunu
dəyişmək alqoritmi
dəyişməkdən daha çətindir.
Böyük paylanmış sistemlərin tərtibində əksər hallarda bir
neçə proqramlaşdırma dillərindən istifadə olunur ki, bu da
müəyyən çətinliklərin əmələ gəlməsinə səbəb olur. Yəni belə
hallarda təhlükəsizlik təmin olunmur [3].
Proqram
təminatının
təhlükəsizliyi
dedikdə
onun
müdafiəsinə yönəldilmiş tədbirlər kompleksi başa düşülür.
Bu baxımdan proqram təminatının
təhlükəsliyinin təmin
olunması üsullarının araşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Proqram təminatının istismarında da təhlükəsizliyin təmin
olunması vacib məsələlərdən biridir.
II. PROQRAM TƏMINATININ QORUNMASININ
PROBLEMLƏRİ
Proqram təminatının təhlükəsizliyi dedikdə müxtəlif
problemlər (xətalar, səhvlər və s.) meydana çıxmadan onun
işləmək
xüsusiyyəti başa düşülür. PT-nin qorunması
DOI: 10.25045/NCInfoSec.2018.15