Sosial-iqtisadi proseslərin inkişaf etdikləri bir şəraitdə xalq təsərrufatinin idarə edilməsində,xüsəsən bazar iqt-ı şəraitində nəzarət etmək əsas məsələlərdən biridir.
Hazırda nəzarət resp qanunverici və icra orqanları,maliyyə orqanları,vergi idarələri,Milli Bankı,Nazirlik və idarələrin ixtisaslaşdırılmış inspeksiyaları,Dövlət Statistika komitəsi və digər dövlət idarəetmə orqanları tərəfindən həyata keçirilir.
Nəzarət sistemi içərisində əsas yeri maliyyə nəzarəti tutur.
Maliyyə nəzarətinin dövlətin maliyyə siyasətinin müvəffəqiyyətlə reallaşdırmaq,maliyyə ehtiyatlarından xalq təsərrufatının butun sahələrində effektli istifadə edilməsini təmin etmək prosesində əhəmiyyəti böyükdür.Bazar iqt-na keçid dövründə maliyyə nəz rolu daha da artır.
Maliyyənin nəzarət funksiyasının reallaşması forması maliyyə nəzarəti hesab edilir.O,maliyyə nəzaətinin məzmununu və təyinatını müəyyən edir.
Nəzarətin məzmunu,istiqaməti məhsuldar qüvvələrin inkişaf səviyyəsindən və cəmiyyətin istehsal münasibətlərindən asılı olaraq dəyişir.
Maliyyə nəzarəti - xüsusi forma və üsul tətbiq etməklə təsərrufat və idarəetmə obyektlərinin maliyyə fəaliyyətinin və onunla baglı əməliyyatların yoxlanılması məcmusundan ibarətdir.
M.n həyata keçirmək üçün yüksək ixtisaslı mütəxəssislərdən ibarət kompletləşdirilmiş xüsusi nəzarət təşkilatları və ya qrupları yaradılır.Onların hüquq və vəzifələri qüvvədə olan qanunlara uyğun olaraq müəyyən edilir.
Maliyyə nəzarəti-nəzarətin xüsusi sahəsi olub dəyər dərəcəsində istifadəsi ilə əlaqəli , məqsədəuyğun istiqamətdə müəyyən tətbiq sahəsinə malikdir.
İqtisadi və sosial inkişaf prosesləri oz-ozunə tənzimlənə bilməz. Bu