1. Maliyyə nəzarətinin mahiyyəti


Maliyyə menecmentinin mahiyyəti



Yüklə 35,66 Kb.
səhifə5/9
tarix02.01.2022
ölçüsü35,66 Kb.
#46952
1   2   3   4   5   6   7   8   9
referat 3668 (3)

6.Maliyyə menecmentinin mahiyyəti
Maliyyə müasir cəmiyyətin inkişafının mühüm elementlərindən biridir. Soruşulan hər yüz nəfərin doxsan doqquzu «Maliyyə nədir?» sualına «Puldur» deyə cavab verəcəkdir. Doğrudan da maliyyənin tarixi adı pul münasibətlərini ifadə edir. Bu anlayış qədim latın sözü olan “financia”sözündən götürülüb, hərfi mənası pul tədiyyəsi deməkdir. Maliyyə ilk dəfə olaraq pul tədiyyəsi anlayışı kimi XIII-XV əsrlərdə İtaliyada tətbiq olunmağa başlanmışdır. Sonralar bu istifadə olunmağa başlamış və beynəlxalq status almışdır. Maliyyə anlayışı pul münsibətlərini əhatə etmir. Pul münasibətləri maliyyə münasibətlərinə nisbətən daha geniş anlayışdır. Hazırkı şəraitdə hər bir cəmiyyətdə bir sıra pul münasibətləri fəaliyyət göstərir. Bunlara aiddir: dövlətlə müəssisələr, dövlətlə əhali, ayrı-ayrı müəssisələr, müəssisələrlə əhali arasında olan münasibətlər. Maliyyə münasibətlərini fərqləndirən bir sıra xüsusi elementlər vardır:

1. Maliyyə münasibətləri bölgü xarakteri daşıyır, yəni ÜMM və milli gəlirin bölgüsü və yenidən bölgüsü ilə əlaqədardır.

2. Maliyyə münasibətləri bilavasitə dövlətlə əlaqədardır.

3. Maliyyə münasibətləri pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədardır. Onlar bu və ya digər səviyyələrdə (dövlət, müəssə, təşkilat) pul fondlarının yaradılması iqtisadi münasibətlər sistemini ifadə edir. Bu münasibətlərin hər üçünə uyğun olan pul münasibətləri maliyyə münasibətlərinə aiddir. Yuxarıdakı təhlil göstərir ki, maliyyə iqtisadi münasibətləri ifadə edir və deməli, iqtisadi bazisin tərkibinə daxildir. Bazis dedikdə üst qurumun əsasında duran istehsal münasibətlərinin məcmusu başa düşülür. Maliyyə iqtisadi bazisin elementidir və iqtisadi kateqoriya kimi çıxış edir. Çünki hər şeydən əvvəl o, istehsal münasibətlərinin müəyyən tərəflərini universal və mücərrəd formada ifadə edir, tarixi səciyyə daşıyır. Maliyyənin mahiyyətinin müəyyən olunması zamanı da iqtisadçılar arasında böyük fikir ayrılığı yaranır. Onlardan bəziləri maliyyənin bölgü kateqoriyası, digərləri istehsal kateqoriyası, üçüncü qrup isə geniş təkrar istehsal kateqoriyası kimi qiymətləndirirlər. Məlum olduğu kimi geniş təkrar istehsal 4 mərhələdən ibarətdir: istehsal – bölgü – mübadilə – istehlak. Beləliklə maliyyəyə belə tərif vermək olar: Maliyyə pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədar olan pul-bölgü münasibətlərinin məcmusuna deyilir.

Ümumiyyətlə, mаliyyə bir еlmi аnlаyış кimi аdətən еlə prоsеslərin məcmusudur кi, ictimаi həyаtdа müхtəlif fоrmаlаrdа təzаhür еtsə də höкmən pul vəsаitlərinin hərəкəti ilə müşаyiət оlunur. Müəssisələrdə təsərrüfаt dахili təyinаtа mаliк оlаn fоndlаrın yаrаdılmаsı üçün mənfəətin bölüşdürülməsi, vеrgilərin dövlət büdcəsinə ödənilməsi, büdcədən кənаr fоndlаrа və хеyriyyə fоndlаrınа vəsаit кöçürülməsi zаmаnı höкmən pul vəsаitinin hərəкəti müşаhidə оlunur. Nə qədər nəzərə çаrpаn оlsа dа, pul vəsаitinin hərəкəti özlüyündə mаliyyənin mаhiyyətini аçа bilmir.

Yüklə 35,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin