Ekoloji monitorinqin texniki və texnoloji məsələləri



Yüklə 17,66 Kb.
səhifə1/2
tarix27.11.2022
ölçüsü17,66 Kb.
#70839
  1   2
leyla-sleep


Ekoloji monitorinqin texniki və texnoloji
məsələləri
Hal-hazırda xaricdə xüsusi və universal nəzarət-ölçmə və analitik texniki, nümunəvi vasitələrin, analizin aparılması texnologiyaları, nəzarət, qiymətləndirmə, informasiyanın emalının böyük parkı yaradılmışdır. Bu planda ekoloji monitorinqin texniki-texnoloji təminat məsələsi, müşahidə və nəzarət üçün ekoloji monitorinqin normativ bazası əsasında müxtəlif müəssisə və idarələr tərəfindən istehsal edilən kütləvi texniki vasitələrin optimal komplektinin seçilməsindən ibarət olur.
Ekoloji monitorinqin nəticələri ƏMM-nin (ətraf mühitin mühafizəsi) informasiya bazasını (məlumatlar bankı) təşkil edir ki, bu da EHM-lərindən informasiyanın toplanması, saxlanması, emalı və analizi üçün istifadə etməyə imkan verir. ƏMM-nin informasiya təminatı öz növbəsində, təbiəti mühafizə fəaliyyətinin idarə edilməsinin, ehtiyatların qorunma siyasətinin yerinə yetirilməsinin əsası sayılır. Monitorinqin informativliyi əhəmiyyətli dərəcədə texniki vasitələrin səviyyəsindən (xidmətin təchizat dərəcəsindən) asılıdır, ona görə də cihazlar parkının komplektləşdirilməsində nəzarətin bütün normativlər kompleksi göstərici kimi götürülməlidir – həcmi, periodikliyi, tələb edilən dəqiqlik və həqiqiliyi, tam dəyərliyi. Tələb edilən informativlik təminatının vacib şərti
EHM-dən və onun əsasında monitorinq vasitələrinin istifadə edilməsidir.
Ekoloji monitorinqin müəssisə xidməti ətraf mühitin çirklənməsinin bütün əsas parametrlərinə nəzarət etmək üçün lazım olan bütün texniki vasitələrin tam komplektinə malik olmalıdır. Adətən havanın, suyun, torpağın çirkləndiricilərinin tərkibi kifayət qədər dəqiqliklə proqnoz edilir (azot oksidlər, karbohidrogenlər və s.), ona görə də ekoloji nəzarət məsələsi
məlum çirkləndiricilərin konsentrasiyalarının miqdarca təyin edilməsindən ibarət olur. Bunun üçün ekoloji nəzarətin müəssisə xidmətlərini havanın, suyun, torpağın keyfiyyətinin analizi məqsədi ilə kompleks səyyar laboratoriyalarla təchiz etmək kifayətdir.
Ekoloji xidmətin təşkili, onun texniki təchizatı hər hansı bir müəyyən ərazinin, onun üzərindəki texnogenez mənbələrinin nəzarətindən əvvəl mümkün çirklənmələrin tədqiqi və proqnoz edilməsindən ötrü elmi-tədqiqat işləri aparılmalıdır (tərkibinə və həcmi konsentrasiyalarına görə).
Tədqiqatların nəticələri nəzarət xidmətlərinin çirkləndiricilərin tərkibinin analizi və konsentrasiyasını təyin edən texniki vasitələrlə komplektləşdirilməsi üçün əsas sayılır.
Müfəttiş xidmətləri ekoloji nəzarətin müxtəlif metod və vasitələrini tətbiq edirlər. Onların hamısı informativlik, dəqiqlik və həqiqilik meyarlarına görə eynidirlər.
Ətraf mühitin çirklənməsinə ekoanalitik nəzarətin texnoloji tsikl əməliyyatları və üsulları :
Mövcud şikayət,sənəd və ya müvafiq ərizələrin alınması ilə nəzarətə götürüləcək obyektin (çirklənməsinə mənbəyinin) aşkara çıxarılması;
 İlkin olaraq obyekti qısa fasilələrlə müşahidə etməklə,çirkləndirmə göstəricilərini tədqiq etməklə;həmçinin onun yerini,sərhəddini xarici uyğunsuzluğun əmələ gəlməsi və sonrakə tədqiqatların ərazisinin təyini (məsələn,çirkləndirici maddələrin nisbətən çox olduğu yerlərdə ilkin kəmiyyətin tədqiqatı və miqdarı,ölçmə ilı tərkibin və fiziki faktorlarla intensiv,qarşılıqlı təsirdə olan maddələrin çirkab sularında təyini);
 Nəzarət olunan obyektin informasiya modelinin formalaşdırılması ( məsələn,çirkab sularında) , nəzarət olunan çirkləndirici maddələrin tərkibinin qeydləri,onlara təsir edən fiziki faktorlar,yerində asılı olaraq,ölçmənini etibarlığını və sərhəd hədlərinin təyini,nəzarət olunan obyektin dinamikası və tədqiqatın öyrənilməsində ekspertin planlaşdırılması (məsələn.planın tərtib olunması,yerlərdə çirkab sularında çirkləndirici maddələrin ölçmə qrafiki və yaxud laboratoriya analizi üçün nümunələrin götürülməsi);
 Nəzarət olunan obyektə uzunmüddətli (sistematik) müşahidə (məsələn,çirkab suarında) nümunənin götürülməsi və yaxud nümunə götürülmədən planlaşdırılmış göstəricinin çirkləndirici maddənin qatılığının fasiləsiz və diskret (öz istədiyi kimi) ölçülməsi və nəzarət olunan obyektin vəziyyətinin bütünlüklə qiymətləndirilməsi(normaların müqayisə edilməsi ilə və yaxud əvvəlcədən aparılmış ölçülərlə müşahidə olunan ölçülərin müqayisəsi);
 İnformasiya modeli əsasında nəzarət edilən obyektin vəziyyətinin dəyişməsinin proqnozlaşdırılması və təcrübi alınan emprik verilənlər təxmin edilən şərti xarici dəyişikliklər;
 Alınan informasiyaların müvafiq və başa düşüləcək formada emal edilməsi (işlənməsi) və onun tələbatçılara təqdim edilməsi (yoxlamanın nəticələrini hesabat şəklində,rəhbərlik və ya sifarişçiyə təqdim etməli).

Yüklə 17,66 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin