KOMPUTER TƏLIM PROQRAMLARINDA REALLAġDIRILAN TƏLIM USLUBLARI Muasir TMPT-lər aşağıda göstərilən təlim üsullarını və ya onların məcmusunu reallaşdıra
bilməliidir: uzlaşdırılmış fəaliyyət, öyrədən və öyrənənin musahibəsi, izahlı təlim və konsultativ
(məsləhətci) təlim. Göstərilən təlim üsullarının mahiyyətinə baxaq:
Uzlaşdırılmış fəaliyyət zamanı həlli bir necə şagirdin iştirak etdiyi qruplarla reallaşdırılan
murəkkəb (umumi) məsələnin qoyuluşu ilə başlayır. Bu zaman qruplarda hər bir öyrənən oz
xususiləşdirilmiş rolunu alır. Məsələnin həlli prosesində qarşıya qoyulmuş məqsədə tez və
optimal catmağa yonəldilmiş öyrənənlərin fəaliyyətlərinin uzlaşdırılmasının vacibliyi qoyulur.
Bu yanaşma adətən layihəli təlim və işguzar oyunlarla reallaşdırılır ki, bunun da ən yaxşı
variantları İKT vasitələrinin tətbiqi ilə reallaşdırıla bilər
Öyrənən və öyrədənin musahibəsi prosesində təşəbbusu novbə ilə həm (məqsədi öyrənənin
biliklərindəki boşluğu muəyyənləşdirmək olan) öyrədən, həm də (biliklərini dərinləşdirmək ucun
sorğular formalaşdıran) öyrədən ələ alır. Bu cur təlim prosesində öyrənənin bilikləri elə dialoqun
gedişində analiz oluna bilər. Musahibənin İKT-də reallaşdırılması çox çətin və vaxt tələb edən
proses olsa da, onun reallaşdırılması mexaniki oyrənmədən fərqli olaraq öyrənənin biliklərini
daha dəqiq qiymətləndirməyə imkan verir. İzahedici təlimdə öyrənənə məsələ həllinin coxsaylı
numunələri təqdim olunur və son
nəticənin alınması prosesində biliklərin butun elementlərinin mənası izah edilir. Təlim prosesi
biliklərin ardıcıl canlandırılması prosesi kimi təqdim olunur. Yeni biliklərin əldə edilməsinin
vacibliyi öyrənən tərəfindən dərk edilməli və hər bir yeni bilik kvantı yeni imkanlarla muşaiyyət
olunmalıdır. Belə yanaşma fənn sahəsinə gorə daha sadə və ya artıq məlum olan anlayışları
terminlərə gorə acmaq ucun əks fəaliyyəti də nəzərdə tutur. İzahedici təlim öyrədənin böyük
zəhməti hesabına reallaşır ki, bu da həm öyrənənin, həm də öyrədənin tez yorulması ilə
müşahidə olunur. Odur ki, tədrisdə - təlim prosesində həmin prinsiplərlə işləyən komputer
proqramlarından istifadə olunması həm tədrisin təşkili baxımından, həm də öyrənənlərin
maraqlarının cəlb olunması baxımından yaxşı effektli nəticənin alınmasına gətirib çıxara bilər.