Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə16/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   12   13   14   15   16   17   18   19   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

Məsləhətci təlim öyrənənin təlim muhitində daha fəal fəaliyyətini nəzərdə tutur. Bu təlim 
muhitində ona oyrənilən fənn sahəsinin acan məsələləri təqdim olunur və tədqiqat ucun imkan 
verilir. İKT avadanlığının bu prosesə müdaxiləsi öyrənənin fəaliyyətinin (doğru və ya yanlış) 
nəticələrini daha tez qaytara bilər. Bu zaman sistem mənaca asılı olan anlayışlar verə bilər və ya 
intellektual komponentlərin olduğu halda öyrənəni məsələnin həllinə yonəldə bilər. Bu rejim bir 
qayda olaraq, istifadəcinin ozu tərəfindən tələb olunur, sistem isə, istifadəcinin əsasəsən sistemin 
suallarına cavab verdiyi təlimatlı (muəllimli) təlimdə olduğundan fərqli olaraq daha passiv rol 
oynayır. Bununla da, sistem sorğu sistemində muraciətin təmin olunduğu "elektron 
ensiklopediya"ya oxşar bir materiala cevrilir. Uyğun təlimatlı təlim yardımı təlim muhitlərinin 
vacib komponenti olur, həm konseptual, həm də əməli biliklərdən istifadə etmək, həmcinin təlim 
materialını təqdim etmək oyrənmə rejimlərini (izah etmə, bilikləri mohkəmləndirmə, 
diaqnostika, təkrarlama, tədqiqat və s.) təşkil etmək ucun vasitələrdən ibarət olmalıdır. 
Proqram-aparat vasitələrinin, komputerlərin təlim prosesində istifadə edilməsi təcrubəsinin və 
təlim prosesinin təşkilinin muasir mərhələsində TMPT-ləri aşağıdakı kimi sinifləndirmək olar: 
komputer dərslikləri; fənnə-yonəlmiş muhitlər (virtual reallıqlar, mikrodunyalar, modelləşdirici 
proqramlar, təlim paketləri); laboratoriya məşğələləri; trenajorlar; nəzarətci proqramlar; təlim 
məqsədli "soraq kitabları", məlumatllar bazası. 
 


ELEKTRON TƏDRIS VƏSAITLƏRI (ETV)
VƏ ONLARIN YARADILMASI PRĠNSĠPLƏRĠ 
 
Informasiya tədris resursları iki qrupa bolunur: bilavasitə öyrənənin komputerində olan 
informasiya (lokal komponent) və tədris mərkəzinin komputerlərində olan informasiya (şəbəkə 
komponenti). Informasiyanın yerləşdirilməsi usulundan asılı olaraq bu resursların yaradılması və 
istifadə texnologiyası muəyyən tələblərə cavab verməlidir. Lokal komponent cap məhsulundan, 
maqnit lentində olan audiovideoyazıdan və komputer yonumlu informasiya daşıyıcılarından 
ibarətdir. 
Tədrisdə istifadə edilən informasiya resurslarının iri həcmli olması muvafiq tutumlu 
informasiya daşıyıcısından istifadəni tələb edir. Bu səbəbdən multimediya kursları ucun 
CDROM texnologiyalarından istifadə edilir. Interaktiv mulitimediya kursu informasiya təsvirinin 
muxtəlif muhitlərini (mətn, statik və dinamik qrafika, audio-videotəsvir) sintez etməyə imkan 
verir, öyrənəni təlim prosesinin fəal iştirakcısına cevirir. Beləliklə, ETV-nin yaradılmasında 
ucuncu prinsip tədris materialının multimediya formada təqdimatıdır. 
Məlumdur ki, şəbəkə kurslarının texniki bazasını IKT təşkil edir. Telekommunikasiya 
texnologiyaları əsasən tədris materiallarının oturulməsi məqsədilə istifadə olunur. Internet 
resursu formasında tədris materialının yaradılması ucun muxtəlif HTML – redaktorlardan 
istifadə edilir. Bu HTML sənədini interaktiv edir və informasiyanı serverə oturməyə imkan 
yaradır. 
Tədris materialının Internet vasitəsilə təqdim edilməsi zamanı nəzərə almaq lazımdır ki, online 
rejimində serverlə əlaqə telekommunikasiya kanallarının keyfiyyətsizliyi ucbatından muəyyən 
texniki problemlər yarada bilər ki, bunlar da təlimin səmərəsini azalda bilər, və bu dünya təhsil 
sistemində çox geniş yayılmış, Internet təhsilə, elektron təhsilə, IKT-yə mənfi, qeyri-ciddi 
munasibət formalaşa bilər. Belə problemlərin yaranmaması ucun muəllim əvvəlcədən muəyyən 
qabaqlayıcı tədbirlər həyata kecirməlidir. Lokal komponent yaradılması ucun istifadə edilən 
proqramlaşdırma sistemləri, adətən multimediya kursda Internet resurslarına muraciət imkanları 
yaradır (muəyyən Internet unvanları qeyd edilməklə), nəticədə şəbəkə və lokal resurslar birləşir, 
vəhdət təşkil edir, muəyyən mənada vahid informasiya – təhsil muhiti (dar mənada) formalaşır. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin