ƏS-nin tərkibinə bir sıra işləri yerinə yetirən xidməti proqramlar daxildir. Bu proqramlar
kompyuterdən istifadəni və onun texniki xarakteristikalarını yaxşılaşdırır. Bu proqramlar kompyuterin
aparat hissəsinin işinə nəzarət etməyə, nasazlıqları aşkarlamağa, onların harada baş verdiyini
müəyyənləşdirməyə, ƏS-nin nüvəsinə müraciət etməyə, proqramların xarici yaddaş qurğularından
(disklərdən və viçesterdən) əməli yaddaşa yükləməyə, iş zamanı səhvləri düzəltməyə, proqram modulları
arasında əlaqə yaratmağa, diskləri formatlaşdırmağa və s. imkan verir.
Xidməti proqramlara aşağıdakılar aiddir:
-antiviruslar;
-interfeys proqramları;
-fayl, kataloq və qovluqlarla işləmə proqramları;
-arxivləşdirmə proqramları;
- proqram örtükləri;
- qurğuların iş qabliyyətini yoxlayan proqramlar;
-qurğuları idarə edən proqramlar- drayverlər;
-köməkçi proqramlar.
Xidməti proqramlar aşağıdakı köməkçi funksiyaları yerinə yetirə bilir:
-kompyuteri diaqnostika edərək, nasazlıqları aşkar edir və imkan daxilində onları aradan qaldırır;
-arxivləşdirmə proqramları faylları sıxaraq həcmlərini kiçildir (ARJ, ZİP, WINZIP, WINRAR);
-antivirus proqramlar kompyuterin viruslarla yoluxmasının qarşısını alır və əmələ gələn virusları
arada götürür (NOD32, Антивирус Касперского və s.).
Dostları ilə paylaş: