çatdırılması daha çox materialın həcmindən və internet şəbəkənin sürətindən aslı olur. Elektron
poçt xidməti internet şəbəkənin dəstəkləndiyi müxtəlif üsullarla – peyk antennaları, kabellər,
radio-rele stansiyaları və s. bu tipli yayım vasitələrinin köməyi ilə həyata keçirilə bilər. Elektron
poçt xidmətinin didaktik xüsusiyyətlərinə aşağıdakılar aid edilə bilər:
-
Bilavasitə kompüterin özündə hazırlanmış və ya fayl şəklində kompüterin yaddaşında
saxlanılan informasiyanın mübadilə imkanları;
Elektron poçt vasitəsilə qəbul olunmuş informasiyanını kompüterin yaddaşına yazılması,
onun üzərində redaktə işlərinin aparılması imkanları və həmən informasiyanın digər E-
ünvanlara göndərilməsi imkanlarının olması;
-
Daxil olan informasiyanın kompüterin monitorunda birbaşa canlandırılması imkanlarının
olması;
Elektron poçt xidməti didaktika baxımından virtual tədris qruplarının yaradılmasına və bu qrup
üzvləri ilə asinxron informasiya mübadiləsinin aparılmasına geniş imkanlar açır.
Elektron poçt vasitəsilə iri həçmli faylları, məlumatlar bazasını, elektron sənədləri ötürmək və
qəbul etmək mümkündür. Kompüterdə işləmək üçün bir neçə sadə komandanı bilən hər kəs
internetin bu ən populyar xidmətindən istifadə edə bilər. Həm öyrədənlər, həm də öyrənənlər
üçün Elektron poçt xidməti dərslərə daha yaxşı hazırlaşmağa, bu məqsədlə digər tədris
iştirakçıları ilə müzakirələr aparmağa və qərarlar verməyə, verilmiş qərarların icrasını nəzarətdə
saxlamağa, eyni zamanda FTP serverlərdə saxlanılan informasiyanın axtarılıb tapılmasına yaxşı
şərait yaradır. Elektron poçt xidmətininin köməyi ilə uzaq məsafədə yerləşən mühazirəçilərin
mühazirə mətnlərini əldə etmək, bu mühazirələrdə canlı olaraq iştirak etmək, seminar və
məğqələ dərslərinə qatılmaq və s. olar.
Dostları ilə paylaş: