Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının


Telekonferensiya və videotelefon xidmətləri



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə22/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   18   19   20   21   22   23   24   25   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

Telekonferensiya və videotelefon xidmətləri 
Bu vasitələr öyrədən və öyrənənlərlə canlı ikitərəfli əlaqənin yaradılmasını təmin edir. Bu zaman 
iştirakçıların sayı çox olsa da, eyni vaxtda yalnız iki istifadəçi və ya istifadəçi qrupu arasında 
qarşılıqlı informasiya mübadiləsi aparıla bilər. Digər iştirakçılar onlar üçün imkan yaradılana 
qədər yalnız müşahidəçi rolunda olurlar. Bu, həm də onu göstərir ki, telekonferensiya və 
videotelefon xidmətləri mütləq vahid mərkəz ətrafında yaradılır və bu mərkəz tərəfindən də idarə 
olunur. Bu növ xidmətin təşkili üçün nəzərdə tutulan aparat və proqram təminatı 
özünəməxsusluğu ilə fərqlənsə də, əsasən elektron konferensiaların aparat və proqram təminatı 
ilə üst-üstə düşür. Telekonferensiya və videotelefon xidmətlərini digər internet xidmətlərindən 
fərqləndirən ən mühüm cəhət iştirakçılar tərəfindən ötürülən və qəbul edilən informasiyanın 
ölçüsünə məhdudiyyətlərin qoyulması və bu məhdudiyyətlərin də mübadilə materiallarının 
keyfiyyətinə təsir etməsidir.
Bu tip şəbəkə xidmətlərinin didaktik xüsusiyyətlərinə tədris məqsədli proqramlarla paralel , 
təsvirlərin, səsin, qrafik informasiyanın və s. real vaxt – bir seans ərzində istifadəçilərə 
çatdırılması imkanlarının geniş olmasıdır. Belə ki, sadalanan xüsusiyyətlər mühazirələrin, 
seminarların, məşqələ və məsləhət saatlarının canlı dinlənilməsi, yoxlama və imtahanların 
ənənəvi üsullara yaxın üsullarla keçirilməsi üçün yaxşı imkanlar açır.
Elektron kitabxanalar. 
Elektron kitabxana kitabların, müəssisə daxili əmr və sərəncamların, müxtəlif təlimat və 
göstərişlərin və s. çeşidlənmiş formada toplandığı, naviqasiya və axtarış sistemi ilə təmin 
olunmuş elektron sənədlərin saxlandığı məlumatlar bazasının idarəolunması sistemlərinə deyilir. 
Elektron kitabxana özündə həm də müxtəlif təyinatlı elektron məlumatları (kompüter 
proqramlarını, media və audio-video faylları və s.) saxlayan veb səhifə kimi də hazırlana bilər. 
Bu növ elektron bazalar həm universal, həm də ayrı-ayrı ixtisaslaşmış bazalar şəklində də 
yaradıla bilər. 
Elektron kitabxanaların yaradılması və onlardan geniş miqyaslı istifadənin təşkili əsasən təhsil 
müəssisələrinin nəzdində fəaliyyət göstərən ənənəvi kitabxana resurslarının işinin yeni tələblər 
əsasında qurulmasına yönəlir.
Elektron kitabxananın tətbiqi kitabxana resursları haqqında daha geniş, dəqiq və operativ 
məlunat alınması imkanlarını artırır. İstifadəçi elektron kitabxananın xidmətlərindən istifadə 
edərkən konkret sorğulara konkret cavablar alır və bu da ilk növbədə vaxt itkisinin qarşısının 
alınmasına kömək edir. Əgər elektron kitabxananın işi şəbəkədə və xüsusilə də qlobal şəbəkədə 
təşkil olunursa, onda bu səmərə dəfələrlə artmış olur. 
Elektron kitabxanadan istifadə tədris prosesinin səmərəli təşkilinə birmənalı olaraq geniş 
imkanlar açır, kitabxana üzrə avtomatlaşdırılmış axtarış və naviqasiya sistemlərinin 
imkanlarından istifadə etmək həm öyrənənlər, həm öyrədənlər, həm də tədris prosesinin bütün 
digər iştirakçıları üçün prosesin təşkilinə yaxşı şərait yaradır. 


Bu gün dünyanın ən böyük elektron kitabxanası Çin Xalq Respublikasında fəaliyyət göstərir. Bu 
kitabxana 12 milyon müxtəlif elektron sənəddən ibarət məlumatlar bazasını özündə cəmləşdirir. 
Kitabxanaya müraciət internet şəbəkəsi vasitəsilə aparılır. Kitabxananın ən maraqlı cəhəti burada 
pirat (oğurluq) vasitələrdən istifadə olunmamasıdır. Daha dəqiq desək, kitabanada müəllif 
hüquqlarının qorunmasına ən önəmli yer verilir


Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin