Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının


VB-nin iyerarxik strukturu. VB-nin Ģəbəkə strukturu



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə24/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   20   21   22   23   24   25   26   27   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

VB-nin iyerarxik strukturu. VB-nin Ģəbəkə strukturu
İyerarxik modellərdə bir qayda olaraq hər bir obyekt özündən yuxarı səviyyəli yalnız bir obyektə 
tabe olur. Şəbəkə modellərində isə ixtiyari bir obyekt bir neçə obyektə tabe ola bilər.
İyerarxiya modellərində müraciət bir qayda olaraq, obyektə edilcək mürəciət digər obyektə 
tabeçiliyi olmayan ən yuksək səviyyəli obyekdən təyata keçirilir. 
Şəbəkə modellərində obyektlərin quruluşu çox zaman xətti, bəzi hallarda isə iyerarxik olur. 
Nisbətən aşağı səviyyəli verilənlərın quruluşu özünəməxsus xüsusiyyətlərə və adlara malik olur. 
Verilənlərın relyasiya modelləri, nəzərdən keçirilən şəbəkə və iyerarxiya modellərindən fərqli 
olaraq, məlumatların quruluşunun sadəliyi, istifadəçi üçün əlverişli cədvəl formasında təqdim edilməsi və 
məlumatlara müraciətin münasibliyi ilə fərqlənir. 
Verilənlərın relyasiya modeli sadə iki ölçülü cədvəllərin məcmusundan ibarətdir. Relyasiya 
modelində bir-biri ilə əlaqədə olan cədvəl arasındakı əlaqələr cədvəl münasibətlərinin eyni atributlarının 
qiymətlərinin bərabərliyinə görə müəyyən edilir. 
Cədvəl münasibəti relyasiya modellərinin universal obyektidir. Onun sayəsində relyasiya 
modelini saxlayan müxtəlif məlumatlar bazasının idarəetmə sistemində verilənlərın işlənməsinin 
unifikasiyası mümkün olur. 
Relyasiya modelində cədvəl verilənlərın quruluşunun əsas növü hesab edilir, Onun quruluşu 
sütunların məcmusu ilə müəyyən edilir. Cədvəlin hər bir sətrində müvafiq sütuna uyğun yalnız bir qiymət 
olur. Cədvəldə iki eyni sətir ola bilməz və onların ümumi sayı məhdudlaşdırılmır. Sütun verilənlərın 
müəyyən bır elementinə uyğun gəlir və o verilənlərın sadə quruluşundan ibarətdir. 


Müəyyən predmet sahəsini əks etdirən, bir-biri ilə məntiqi qarşılıqlı əlaqədə olan, 
normalaşdırılmış munasibətlərin məcmusu relyasiya verilənlər bazasını formalaşdırır. Relyasiya verilənlər 
bazasının məntiqi təşkilinin təsviri onun quruluşunu müəyyən etməlidir. Burada cədvəlin tərkibinin 
müəyyən edilməsi və hər bir nisbətin quruluşunun təsvirinin verlməsi nəzərdə tutulur. 
Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya axınlarının səmərəli quruluşunun 
yaradılması onların idarəetmə sistemində qərarların qəbul edildiyi səviyyələrə uyğun təşkil olunmasından 
ibarətdir. Bu proseslərin yerinə yetirilməsində verilənlər bazasının idarəetmə sistemi mühüm rol oynayır. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin