Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə27/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   23   24   25   26   27   28   29   30   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

Lokal kompyuter Ģəbəkələri 
Lokal kompyuter şəbəkələri eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir 
müəssisə və s. daxilində) qurulan şəbəkədir. Bu şəbəkələrdə kompyuterlər arası maksimum məsafə 1-2 
km-dən çox olmur. Lokal kompyuter şəbəkələri müxtəlif topologiya (struktura) üzrə qurulurlar.
Şin topologiyası
Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompyuterlər 
paralel olaraq şinə qoşulurlar. ġin, kompyuterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya
paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. 


İnformasiya göndərmək istəyən kompyuter (şəbəkə adapteri) şinin boş olub- olmamasına (yəni 
şinlə digər kompyuterlərin informasiya göndərib- göndərməməsinə) nəzarət edir. Əgər şin boşdursa, 
kompyuter paketləri şinlə ötürür. Hər bir kompyuter şinlə ötürülən paketlərin ünvan hissəsinə baxır və 
ona ünvanlanmış paketləri özündə qeyd edir. 
Əgər iki kompyuter eyni zamanda paketləri şinə ötürərsə, bu zaman şində toqquşma olur. 
Toqquşmaya səbəb olan kompyuterlər qısa bir müddət ərzində informasiya göndərə bilmirlər.
Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır: 
- Hər hansı bir kompyuterin sıradan çıxması şəbəkənin işinə təsir etmir; 
- Şəbəkəyə yeni kompyuterlərin daxil edilməsi asandır; 
- Şəbəkə kartları (adapterləri) ucuzdur; 
Şin topologiyalı lokal şəbəkələrdə şinin (kabel sisteminin) etibarlılığı yüksək olmalıdır. 
Şin topologiyalı lokal şəbəkələr IEEE 802.3 standartı əsasında qurulurlar. Şin topologiyalı lokal 
şəbəkələrə nümunə olaraq Ethernet 10 BASE-2, 10 BASE-5 şəbəkələrini göstərmək olar. Burada 10 – 
şəbəkənin sürətini (Mbit/san) göstərir.
Halqavari topologiya
Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompyuter (işçi stansiya) bir-biri ilə halqavari
şəkildə, yəni birinci kompyuter ikinci ilə, ikinci kompyuter üçüncü ilə, üçüncü kompyuter dördüncü 
kompyuter ilə və s., sonuncu kompyuter isə birinci kompyuterlə birləşdirilir. Nəticədə halqavari 
topologiya əldə edilir. Bu topologiyalı şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə (məsələn, saat 
əqrəbi istiqamətində) bir kompyuterdən qonşu kompyuterə ötürülmək şərti ilə lazımi ünvana 
(kompyuterə) çatdırılır. Bu tip şəbəkələrdə əsasən marker prinsipindən istifadə edilir. Markeri əldə edən 
kompyuter məlumat göndərmək hüququna malik olur. Markeri əldə etmiş kompyuterin, digər 
kompyuterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə yerləşdirərək onu paket şəklinə 
çevirir, məlumatın gedəcəyi ünvanı və digər lazımi informasiyaları paketə qeyd edərək, qonşu 
kompyuterə göndərir. Paketi almış kompyuter, onun ünvan hissəsinə baxır və əgər paket ona 
ünvanlaşdırılmışsa, paketi özünə qeyd edir, əks halda paketi özündən sonrakı kompyuterə göndərir. Paket 
halqa ilə tam bir yol keçdikdən sonra paketi göndərmiş kompyuter onu halqadan çıxardır və yeni paketi 
(əgər göndərməyə məlumatı varsa) göndərir. Əgər göndərməyə paket yoxsa markeri bir sonrakı 
kompyuter göndərir. Bu tip şəbəkələrdə kompyuterlərdən biri həm də monitorinq funksiyasını həyata 
keçirir (şəbəkə işə qoşularkən markerin generasiya edilməsi, itən markerin bərpası və s.).
Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır: 

Hər bir kompyuter yalnız qonşu kompyuterlə birbaşa bağlıdır; 

Hər bir kompyuterin məlumat göndərə bilməsi üçün müəyyən zaman verilir. 
Halqavari topologiyalı lokal şəbəkələrin əsas çatışmayan cəhətləri aşağıdakılardır: 
— Hər bir kompyuter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir 
kompyuterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur; 


— Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır;
Halqavari topologiyalı lokal şəbəkələr IEEE 802.5 standartı əsasında qurulurlar. 
Halqavari topologiyalı lokal şəbəkələrə nümunə olaraq Token Ring şəbəkəsini göstərmək olar.

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin