Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının


Statik illüstrasiyaların hazırlanması



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə18/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   14   15   16   17   18   19   20   21   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

Statik illüstrasiyaların hazırlanması. 
 
Statik illustrasiya mətn tipli materialı muşayət edən şəkil, sxem, xəritə, fotoqrafiya və s. ola bilər. 
Bunlar tədris informasiyasının qavrayışını asanlaşdırır. Tədris yonumlu elektron vasitələrə 
statistik illustrasiyaların daxil edilməsi zərurəti onların metodik əhəmiyyətini artırır. Təlim 
prosesində əyanilikdən istifadə materialın qavrayışını, şagirdlərin yaradıcılığını yuksəltməyə, 
onların idrak fəallığını artırmağa şərait yaradır. 
 
Materialların vahid proqram kompleksində birləĢdirilməsi. 
 
Muəllif tərəfindən çeilmiş, elektron formaya cevrilmiş ilkin tədris informasiyası (mətn, qrafika, 
multimediya) muəllif ideyalarına uyğun olaraq interaktiv tədris kadrları formasında 
birləşməlidir. Belə tədris vəsaiti şagirdə oyrənmə tempini, materialların mənimsənilmə 
ardıcıllığını sərbəst muəyyən etməyə imkan verir. Kursun pedaqoji və texnoloji ssenarisinin 
hazırlanması ən muhum mərhələdir. 
 
 


DIDAKTIK XÜSUSIYYƏT VƏ FUNKSIYALAR ANLAYIġI 
Təhsil vasitələrinin didaktik xüsusiyyətləri dedikdə, həmin vasitələrin həm nəzəri, həm də 
praktik bilik və vərdişlərin öyrədilməsi üçün nəzərdə tutulan imkanları başa düşülür. Məsələn, 
kompüterin didaktik xüsusiyyəti dedikdə, onun özünü öyrətmək qabiliyyəti – yəni HELP 
(SPRAVOÇNİK/KÖMƏK) sisteminin imkanları başa düşülməlidir.
Təhsil vasitələrinin didaktik funksiyaları dedikdə, həmin vasitələrin tədrisdə təyinatı, onların 
təlim-tədris prosesində yeri və rolu başa düşülür. Didaktik funksiyalara daha çox tədris 
vasitələrinin periferik xüsusiyyətləri aid edilir. Kompüterin didaktik funksiyalarına onun HELP 
sistemini istifadəçiyə çatdırmaq üçün nəzərdə tutulan imkanları aid edilir. 
Qlobal internet şəbəkəsinin yaranması məlumatların yeni informasiya texnologiyalarının köməyi 
ilə toplanması, emal edilməsi, saxlanılması, ötürülməsi kimi funksiyaların daha da 
təkmilləşdirilməsinə səbəb olmaqla informasiya texnologiyalarının məsafədən qarşılıqlı əlaqə 
yaratmaq kimi aşağıda göstərilən böyük imkanlarının reallaşdırılmasına da şərait yaratdı: 

Təhsil prosesi iştirakçılarının (öyrənənlərin, elektron informasiya mənbələrinin və 
öyrədənlərin) arasında qarşılıqlı əlaqələrin yeni formalarda təşkilinə; 

Təhsil prosesi iştirakçılarının vaxt baxımından sərbəstləşməsinə və onların vaxtdan 
səmərəli istifadə imkanlarının genişlənməsinə (asinxron təhsil metodu) 
Kompüter şəbəkələrində tədrisin təşkilinin didaktik xüsusiyyətlərinə aşağıda göstərilən 
informasiya texnologiyalarının didaktik xüsusiyyətləri də aid edilir: 

Təhsil prosesində informasiya texnologiyalarından istifadə metodlarına əsaslanmaqla 
elektron təhsil materiallarının yaradılması; 

Təhsil prosesi iştirakçıları arasında uzaq məsafədən informasiya mübadiləsinin 
yaradılması; 
İnformasiya texnologiyalarının didaktik imkanları təhsil prosesində aşağıdakı təhsil alma 
imkanlarının yaranmasına kömək edir: 

Təhsil prosesinin uzaq məsafədən reallaşdırılması: bu zaman öyrədənlə öyrənən və ya 
öyrənənlər qrupu arasında ya elektron yazışmalar, ya da audio/video bağlantıların köməyi 
ilə təhsil yönümlü əlaqələr yaradıla bilər; 

Öyrədənlə öyrənən və ya öyrənənlər qrupu eyni vaxtda və vaxtından aslı olmayaraq uzaq 
məsafədə yerləşən tədris vasitələrindən istifadə etmək imkanları əldə edə bilər. 
Bu proseslər vaxt baxımından 2 rejimdə həyata keçirilə bilər: 
1. Bütün tədris iştirakçıları məsafədən və yerindən aslı olmayaraq eyni vaxtda kompüter 
arxasında aktiv vəziyyətdə (onlayn rejim) olmalıdırlar. Belə təhsil prosesi sinxron təhsil 
rejimi adlanır. 
2. Tədris prosesi iştirakçılarının eyni vaxtda aktiv rejimdə olmaları tələb olunmur. 
İştirakçılar tədris prosesini özləri üçün daha sərfəli vaxtda və səmərəli üsullarla həyata 
keçirirlər. Belə təhsil rejimi asinxron təhsil prosesi adlanır. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin