səhvləri aşkarlayıb ona çatdırmaq və s. üçün lazımdır.
Proqram təminatı kompyuter istifadəçisinin
araşdırdığı problem və məsələlərin həllini təşkil edən proqramlar yığımıdır.
Proqram təminatına daxil olan proqramlar üç kateqoriyaya bölünürlər:
1.
Sistem proqramları- bu proqramalar həmişə işə hazır vəziyyətdə olub yaddaşda saxlanılırlar.
Onların əsas vəzifəsi kompyuterin qurğuları və aparat hissəsi ilə iş prosesində istifadə edilən digər
proqramlar arasında əlaqə yaratmaqdır (məsələn BİOS proqramı);
2.
Qeyri-rezident (adi) proqramlar - ən geniş yayılmış kateqoriyalı proqramlardır. Bu proqramlar
vasitəsilə istənilən növ məsələni kompyuterdə həll etmək mümkündür. Bu proqramlar işlərini bitirdikdən
sonra əməli yaddaş boşaldılaraq idarəetmə digər proqramlara verilir;
3.
Rezident proqramlar - Belə proqramlar adi proqramlardan fərqli olaraq idarəetməni digər
proqramlara ötürdükdə əməli yaddaşdan silinmirlər və onlar proqramların icrası qurtardıqdan sonra
idarəetməni öz üzərinə götürürlər.
Kompyuterdə istifadə olunan
proqram təminatı funksional təyinatına görə də üç qrupa bölünürlər:
1.İdarəetmə və müxtəlif köməkçi funksiyaları yerinə yetirən sistem proqram təminatı. Məsələn,
informasiyanın surətinin çıxarılması, kompyuterdə qurğunun işçi vəziyyətdə olmasının yoxlanması və s.
2.Kompyuterdə yeni proqramların yaradılmasını təmin edən proqramlaşdırma sistemləri və ya
instrumental sistemlər;
3.İstifadəçinin müəyyən işlərini həyata keçirən tətbiqi proqramlar, Məsələn, mətn redaktorları, şəkil
və qrafiklərin çəkilməsi və s.
Dostları ilə paylaş: