Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan



Yüklə 32,12 Kb.
Pdf görüntüsü
tarix01.12.2016
ölçüsü32,12 Kb.
#561

 

Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan 

əsərlərinin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

30 dekabr 2007-ci il // Azərbaycan. - 2007.-31 dekabr. - №  295. - S. 1. 

 

 

 

 

 

Sərəncamın mətni 

 

 

DÜNYA ƏDƏBİYYATININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNİN AZƏRBAYCAN 

DİLİNDƏ NƏŞRİ NƏZƏRDƏ TUTULAN ƏSƏRLƏRİNİN SİYAHISININ TƏSDİQ EDİLMƏSİ 

HAQQINDA 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 

SƏRƏNCAMI 

 “Dünya  ədəbiyyatının  görkəmli  nümayəndələrinin əsərlərinin  Azərbaycan  dilində  nəşr  edilməsi 

haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli 2354 nömrəli Sərəncamına 

uyğun olaraq qərara alıram:  

1.  Dünya  ədəbiyyatının  görkəmli  nümayəndələrinin  əsərlərindən  ibarət  150  cildlik  “Dünya 

ədəbiyyatı kitabxanası”na daxil olunmuş əsərlərin siyahısı təsdiq edilsin (siyahı əlavə olunur).  

2. Azərbaycan Milli Elmlər Akademiyası bu Sərəncamın 1-ci bəndi ilə təsdiq olunmuş Siyahıya 

daxil  edilmiş  əsərlərin  tərcüməsi,  tərtibatı  və  çapa  hazırlanması  barədə  təkliflərini  bir  ay  müddətində 

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim etsin.  

3.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Sərəncamdan  irəli  gələn  məsələləri  həll 

etsin.  

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.  

 

İlham Əliyev  

Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı şəhəri, 30 dekabr 2007-ci il. 



 

Azərbaycan Respublikası Prezidentinin  

2007-ci il 30 dekabr tarixli sərəncamı ilə  

təsdiq edilmişdir 

 

 

 

 

 

“DÜNYA ƏDƏBIYYATI KİTABXANASI”NA  

DAXİL OLUNMUŞ ƏSƏRLƏRİN SIYAHISI 

 

I. Klassik dünya ədəbiyyatı  

 

1. Aleksandr Puşkin. Seçilmiş əsərləri  



2. Anton Çexov. Seçilmiş əsərləri  

3. Artur Konan Doyl. Əsərləri  

4. Cek London. “Martin İden”  

5. Con Milton. Seçilmiş əsərləri  

6. Conatan Svift. “Qulliverin səyahəti”  

7. Çarlz Dikkens. “Oliver Tvistin macəraları”  

8. Daniel Defo. “Robinzon Kruzo”  

9. Edqar Allan Po. Seçilmiş əsərləri  



10. Emil Zolya. Seçilmiş əsərləri  

11. Fenimor Kuper. Əsərləri  

12. Fransua Rable. “Qarqantua və Pantaqruel”  

13. Fridrix Şiller. Seçilmiş əsərləri  

14. Fyodor Dostoyevski. Seçilmiş əsərləri, I cild  

15. Fyodor Dostoyevski. Seçilmiş əsərləri, II cild  

16. Fyodor Dostoyevski. Seçilmiş əsərləri, III cild  

17. Gi de Mopassan. Seçilmiş əsərləri  

18. Henrix Heyne. Seçilmiş əsərləri  

19. Herman Melvil. Seçilmiş əsərləri  

20. Homer. “İliada”  

21. Homer. “Odisseya”  

22. Jül Vern. Seçilmiş əsərləri  

23. İohan Volfqanq Gete. Əsərləri  

24. Qustav Flober. Əsərləri  

25. Lev Tolstoy. Seçilmiş əsərləri, I cild  

26. Lev Tolstoy. Seçilmiş əsərləri, II cild  

27. Lev Tolstoy. Seçilmiş əsərləri, III cild  

28. Mark Tven. Seçilmiş əsərləri  

29. Mayn Rid. Seçilmiş əsərləri  

30. Migel de Servantes. “Lamançlı Don Kixot”  

31. Nikolay Qoqol. Seçilmiş əsərləri  

32. O’Henri. Seçilmiş əsərləri  

33. Onore de Balzak. Seçilmiş əsərləri  

34. Oskar Uayld. Seçilmiş əsərləri  

35. Prosper Merime. Seçilmiş əsərləri  

36. Redyard Kiplinq. Seçilmiş əsərləri  

37. Robert Stivenson. Seçilmiş əsərləri  

38. Sədi Şirazi. “Gülüstan”, “Bustan”  

39. Stendal. Seçilmiş əsərləri  

40. Valter Skott. Seçilmiş əsərləri  

41. Viktor Hüqo. Seçilmiş əsərləri, I cild  

42. Viktor Hüqo. Seçilmiş əsərləri, II cild  

43. Viktor Hüqo. Seçilmiş əsərləri, III cild  

44. Vilyam Şekspir. Seçilmiş əsərləri  

45. Yunus Əmrə. Əsərləri  

 

II. Müasir dünya ədəbiyyatı  

 

46. Akutaqava Rünoske. Seçilmiş əsərləri  



47. Aqata Kristi. Seçilmiş əsərləri  

48. Andre Morua. Seçilmiş əsərləri  

49. Andrey Platonov. Seçilmiş əsərləri  

50. Antuan Ekzüperi. Seçilmiş əsərləri  

51. Artur Miller. Seçilmiş əsərləri  

52. Ayzek Azimov. Seçilmiş əsərləri  

53. Bertolt Brext. Seçilmiş əsərləri  

54. Cerom Selincer. Seçilmiş əsərləri  

55. Con Apdayk. Seçilmiş əsərləri  

56. Con Faulz. Seçilmiş əsərləri  

57. Corc Oruel. Seçilmiş əsərləri  

58. Çingiz Aytmatov. Seçilmiş əsərləri  

59. Erix Mariya Remark. Seçilmiş əsərləri  

60. Ernest Seton-Tompson. Seçilmiş əsərləri  

61. Frans Kafka. Seçilmiş əsərləri  

62. Fransuaza Saqan. Seçilmiş əsərləri  

63. Frensis Skott Fitscerald. Seçilmiş əsərləri  


64. Fridrix Dürrenmatt. Seçilmiş əsərləri  

65. Henrix Mann. Seçilmiş əsərləri  

66. Herbert Uells. Seçilmiş əsərləri  

67. Xorxe Luis Borxes. Seçilmiş əsərləri  

68. Xulio Kortasar. Seçilmiş əsərləri  

69. Jorj Simenon. Seçilmiş əsərləri  

70. Jorji Amadu. Seçilmiş əsərləri  

71. Karlos Kastaneda. Seçilmiş əsərləri  

72. Leon Feyxtvanger. Seçilmiş əsərləri  

73. Marqaret Mitçell. “Küləklə sovrulanlar”  

74. Marsel Prust. Seçilmiş əsərləri  

75. Mixail Bulqakov. Seçilmiş əsərləri  

76. Nazim Hikmət. Seçilmiş əsərləri  

77. Nəcib Fazil Qısakürək. Seçilmiş əsərləri  

78. Paulo Koelye. Seçilmiş əsərləri  

79. Somerset Moem. Seçilmiş əsərləri  

80. Stanislav Lem. Seçilmiş əsərləri  

81. Stefan Sveyq. Seçilmiş əsərləri  

82. Stiven Kinq. Seçilmiş əsərləri  

83. Tomas Vulf. Seçilmiş əsərləri  

84. Umberto Eko. “Qızılgülün adı”  

85. Vladimir Nabokov. Seçilmiş əsərləri  

 

III. Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərləri  

 

86. Alber Kamyu. Seçilmiş əsərləri  



87. Aleksandr Soljenitsın. Seçilmiş əsərləri  

88. Bernard Şou. Seçilmiş əsərləri  

89. Boris Pasternak. Seçilmiş əsərləri  

90. Con Qolsuorsi. Seçilmiş əsərləri  

91. Con Maksvell Kutzee. Seçilmiş əsərləri  

92. Con Steynbek. Seçilmiş əsərləri  

93. Elfrida Yelinek. Seçilmiş əsərləri  

94. Elias Kanetti. Seçilmiş əsərləri  

95. Ernest Heminquey. Seçilmiş əsərləri  

96. Eyvind Yonson. Seçilmiş əsərləri  

97. Fransua Moriak. Seçilmiş əsərləri  

98. Günter Qrass. Seçilmiş əsərləri  

99. Harold Pinter. Əsərləri  

100. Henrix Böll. Seçilmiş əsərləri  

101. Herman Hesse. Seçilmiş əsərləri  

102. Jan-Pol Sartr. Seçilmiş əsərləri  

103. Joze Saramaqo. Seçilmiş əsərləri  

104. İvan Bunin. Seçilmiş əsərləri  

105. Kenzaburo Oe. Seçilmiş əsərləri  

106. Knut Hamsun. Seçilmiş əsərləri  

107. Qabriel Qarsia Markes. Seçilmiş əsərləri  

108. Lüis Sinkler. Seçilmiş əsərləri  

109. Migel Asturias. Seçilmiş əsərləri  

110. Mixail Şoloxov. Seçilmiş əsərləri  

111. Moris Meterlink. Seçilmiş əsərləri  

112. Nadin Qordimer. Seçilmiş əsərləri  

113. Nəcib Məhfuz. Seçilmiş əsərləri  

114. Orxan Pamuk. Seçilmiş əsərləri  

115. Per Lagerkvist. Seçilmiş əsərləri  

116. Rabindranat Taqor. Seçilmiş əsərləri  

117. Romen Rollan. Seçilmiş əsərləri  


118. Samuel Bekket. Seçilmiş əsərləri  

119. Sol Bellou. Seçilmiş əsərləri  

120. Tomas Eliot. Seçilmiş əsərləri  

121. Tomas Mann. “İosif və qardaşları”  

122. Toni Morrison. Seçilmiş əsərləri  

123. Uilyam Folkner. Seçilmiş əsərləri  

124. Uilyam Qoldinq. Seçilmiş əsərləri  

125. Yasunari Kavabata. Əsərləri  

 

IV. Dünya ədəbiyyatı üzrə antologiyalar  

 

126. Alman ədəbiyyatı antologiyası  



127. Amerika ədəbiyyatı antologiyası  

128. Antik ədəbiyyat antologiyası  

129. Dünya dramaturgiyası (antologiya), I cild  

130. Dünya dramaturgiyası (antologiya), II cild  

131. Dünya elmi-fantastik ədəbiyyatı antologiyası, I cild  

132. Dünya elmi-fantastik ədəbiyyatı antologiyası, II cild  

133. Fransız ədəbiyyatı antologiyası  

134. İngilis ədəbiyyatı antologiyası  

135. İspan ədəbiyyatı antologiyası  

136. İtalyan ədəbiyyatı antologiyası  

137. Qədim yunan-roma əfsanələri  

138. Latın Amerikası ədəbiyyatı antologiyası  

139. Dünya yazıçılarının nağılları  

140. Ərəb ədəbiyyatı antologiyası  

141. Rus nəsri antologiyası  

142. Rus şeiri antologiyası  

143. Skandinav ədəbiyyatı antologiyası  

144. Türk xalqları ədəbiyyatı antologiyası, I cild  

145. Türk xalqları ədəbiyyatı antologiyası, II cild  

146. Türk xalqları ədəbiyyatı antologiyası, III cild  

147. Yapon ədəbiyyatı antologiyası  

148. XX əsr dünya ədəbiyyatı antologiyası, I cild  

149. XX əsr dünya ədəbiyyatı antologiyası, II cild  

150. XX əsr dünya ədəbiyyatı antologiyası, III cild  



 

 

 



Yüklə 32,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin