Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegiyasının 2013-cü il “03” oktyabr tarixli 08 nömrəli qərarı ilə təsdiq edilmişdir
Poçt göndərişlərinin izlənilməsi üzrə inzibati reqlament 1. Ümumi müddəalar 1.1. Elektron xidmətin adı: Poçt göndərişlərinin izlənilməsi.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəbəkəsindəqeydiyyatlı poçt göndərişlərinin keçid mərhələlərinin (qəbul, çeşidləmə, daşınma və çatdırılma) internet vasitəsilə izlənilməsindən ibarətdir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: - “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunu (3-cü maddə);
- Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanı (3.1-ci bənd);
- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” (15.14-cü bənd).
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - “Azərpoçt” MMC).
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.