Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegiyasının 2013-cü IL “03” oktyabr tarixli



Yüklə 15,84 Kb.
səhifə2/4
tarix08.12.2022
ölçüsü15,84 Kb.
#73072
1   2   3   4
poct-gonderishleri-reqlament

1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı vaxtı ilə müəyyən edilir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Poçt göndərişlərinin keçidi və cari statusu barədə məlumat əldə edilir.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər, dövlət orqanları.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
- https://www.e-gov.az
- http://www.mincom.gov.az/e-xidmetler/
- http://azerpost.az/?options=content&id=173
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- İnternet ünvanı: http://www.azerpost.az
- Elektron poçt: office@azerpost.az
- Telefon: (+99412) 493-56-00
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur. Xidmətin göstərilməsi üçün poçt göndərişinin unikal poçt identifikatorunu ((ştrix-kod nömrəsini) poçt şöbəsi tərəfindən poçt göndərişinin qəbuluna dair müştəriyə verilən qəbzdə göstərilir) müvafiq sahəyə daxil etmək tələb edilir.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra açılan səhifəyə poçt göndərişinin 13 simvoldan ibarət standart ştrix-kod nömrəsini daxil edir.
3.1.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən daxil edilən ştrix-kod nömrəsi düzgündürsə və axtarılan poçt göndərişinə dair məlumat sistemdə mövcuddursa sorğu qəbul edilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

Yüklə 15,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin