3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən daxil edilən ştrix-kod nömrəsi düzgün olmadıqda və ya axtarılan poçt göndərişinə dair məlumat heç bir mərhələdə sistemə işlənilmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə bildiriş ekranda göstərilir.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən ştrix-kod nömrəsi düzgün daxil edildikdə və göndərişə dair məlumat sistemə işlənildikdə sorğu qəbul edilir.
3.3. Sorğunun icrası: 3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra axtarılan poçt göndərişinin qəbul məntəqəsindən çatdırılma məntəqəsinədək keçdiyi bütün mərhələləri özündə əks etdirən məlumatlar cədvəl şəklində ekranda göstərilir.
İnzibati əməliyyatın həyata keçirilməsinə və məlumatların düzgünlüyünə görə “Azərpoçt” MMC məsuliyyət daşıyır.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti: İstifadəçi maraqlandığı poçt göndərişinin ştrix-kod nömrəsini müvafiq sahəyə daxil edir və axtarış düyməsini vuraraq bu göndəriş barədə məlumat cədvəlini generasiya edir. Ştrix-kod nömrəsi düzgün olduqda və göndərişə dair məlumat sistemə işlənildikdə inzibati əməliyyat yerinə yetirilir.
Əməliyyatın yerinə yetirilmə müddəti istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemi tərəfindən emalı vaxtından asılıdır.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: İstifadəçi generasiya olunmuş cədvəldə onu maraqlandıran poçt göndərişinin qəbulundan çatdırılmasınadək olan keçid mərhələləri barədə tam məlumat əldə edir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yerinə yetirilməsinə nəzarəti “Azərpoçt” MMC həyata keçirir.
3.4.1. Nəzarət forması: Sorğu nəticəsində əldə edilmiş məlumatların tam və düzgün olmasına nəzarət test yoxlamaları yolu ilə “Azərpoçt” MMC-nin məsul əməkdaşları tərəfindən həyata keçirilir.