yazıq: suçlu. günahçı. (yanıq: məzlum).
yazılan çəkilir, əkilən biçilir.
yazın ayransız, qışın yorqansız olmasın.
yazın gözü yaydadır, yayın gözü güzdər, güzün gözü, əkəndə. (güz: payız) .
yazın şehi, qışın qarı yaşam (həyat) barı.
yazın uçmaq, qışın tamu yarağın gör. (yaz cənnətdi, qış cəhənnəm bunu bil yaraqlan)
yazın yağışı, yayın barışı (bar verməsi) .
yazıya düşdüyündən qaçınmaz.
yazmaz yanılmaz, yürüməz yozulmaz. (yazmaz yanılmaz, yürüməz yorulmaz).
ye, yedit, ayruğa (başqasına. yada) qoyma malın.
yeddi dərə qoxuların tülkü bilir.
yeddi lələ baxtığı çocuğun, gözü çıxmış.
yeddi oğul bir dədə yerin, yüz tülkü bir aslan yerin verməz.
yeddi ölçüb, bir biçiblər (kəsiblər) , yeddi deyib, bir eşidiblər.
yeddisindən yetmişinə dək. (uşaqlığından qocalığına dək).
yedik olsa, ər ağrımaz, içlik olsa, at yağrımaz. {başmaq olsa, ər inciməz, yəhərlik (yəhər altı keçə) olsa, at beli yaranlamaz}.
yedin duzun, duzluğun oğma (uşatma. sındırma) .
yedin duzunu duzluğunu oğma (uşatma, sındırma) .
yeğniyi yel alır, ağır yerində qalır. (
Dostları ilə paylaş: |