Abal abal dərviş, pulla bitər hər iş


yavlağ: çox). yavlağ sevgi, başı qandırar. (yavlağ



Yüklə 1,3 Mb.
səhifə22/24
tarix28.12.2021
ölçüsü1,3 Mb.
#17074
1   ...   16   17   18   19   20   21   22   23   24
yavlağ: çox).

yavlağ sevgi, başı qandırar. (yavlağ: çox). (qandırar: qana salar).

yavuz it, sürüyə qurt gətizir.

yavuz sananların üzü qararsın. (içi yatlıların bənzi sararsın).

yavuz sirkə küpünə ziyan eylər.

yavuz sirkə, küpünə ziyan eylər.

yavuzlar kürən atda, igidlər yalın, yaya, altda.

yavuzludan uz umma(uz: yaxcılıq) , duzlu sudan buz umma.

yay oğurluğu qışda deyilər.

yayağ, yükü ağuk (artuq) , yazığuq.

yayaq atı, çarığ, gücü, azığ. {yayanın (piyadanın) atı başmaqdır, gücü azığdır, yeməkdir}.

yayda ayransız, qışda yorqansız olma.

yayda bir gün boş qal, qışda on gün ac qal.

yayda ilandan qorxan, qışda çatıdan qorxar.

yayda oğurlayan, qışda boynuna alar.

yaydan çıxan, ox yanmaz (dönməz) . .

yayı kölgə xoş, qışda çuval boş. (yayda kölgə xoş, qışda çuval boş).

yayın bir günü, qışın yeddi günün yetirər.

yayın kölgə kovan, qışın qarnın oğar. (kovan: boş. işsiz. içsiz) .

yayın kölgəsin güdən, qışın qarına düşər.

yayın yanqısı qışa qalmaz.

yayınıb dağlara canavarlar, yeridilər savaşa canı varlar. (canlılar).

yaylıq örtən kişidənsə, papaq qoyan qadın yeğ (yaxşı).

yaz bir gülünən başlır, miniylə bitir.

yaz bitirir, yay yetirir, güz gətirir, qış itirir.

yaz gəlmədən, qar gedməyib, ot bitməz.

yaz gətirər, qış götürər.

yaz gününün yağışı, ər arvadın savaşı.

yaz yapan, qış qapan.

yaz yapıya bax, qış qapıya.

yaza çıxardı danasın, bəyənməz oldu anasın.

yazana baxma, yazdığına bax.

yazda ayrandan, qışda yorqandan olduq.

yazda çalan, qışda oynar. (çalan: oraq vuran).

yazda çalxan, güzdə yalğan, qışda yarğan.

yazda hərəkət, güzdə bərəkət.

yazda yatan, qışda üşüyər .

yazda yaz, qışda qıs. (yaz: açıl. çıx).

yazdı topraq açan, yapraq tökən, beli bükən qış olur.

yazı haxla, yemi saxla.

yazı varsa, azı yox. (yazıdan azı yox).

yazıq tutulmadı, yanıq tutuldu. (


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin