yeltəmək: öğmək. tərifləmək).
yaxcının eddiyin görsin, pisin yatdığın. (yarqış. dua).
yaxcının özündən um, bilənin sözündən.
yaxcının sözü dilində, yamanın kini içində (ürəkdə).
yaxcıya yokuş (yapış) , yamandan üzüş.
yaxın dalaşsa, yadqa cem. (yaxınlar savaşsa, yabancılara yem olur).
yaxın ettiyin, uzqa (özgə) edəməz.
yaxın qonşuya, yaman söz demə.
yaxın olmaq soğudar, uzaq olmaq üzüdər (üzükmək: özləmək. həsrət çəkmək) .
yaxın olsan az ol ıraq olsan çox ol.
yaxındakı tüstü, kor elər.
yaxma pişərsən, qazma düşərsən.
yaxşı arvad ev qurar, yamanı uçurar.
yaxşı arvad, evin yarısıdır.
yaxşı gəlin gülümdü, yaman olsa ölümdu.
yaxşı gəlməyincə, yaman gedməsin.
yaxşı gördüyündən deyər, yaman verdiyindən.
yaxşı gün, dan ertədən bəllənir.
yaxşı gün, dost yığır, yaman gün, yoxlur.
yaxşı xəbər uzaq gedər, yaman ondanda uzaq.
yaxşı xəbər, yalansada xoş gəlir.
yaxşı qadın ömür balı, yaman qadın can azalı.
yaxşı qadın ömür balı, yaman qadın can çoralı (zuvalı).
yaxşı mal can qaraldır. (iyi mal can qurtarır).
yaxşı oldu savaşma, yaman oldu yanaşma.
yaxşı olur qızların hamısı, hardan çıxır arvadın pisi.
yaxşı sözə qulaq salqıl, tan ertəsi, oyaq bolqıl, yaxşılardan alqış alqıl, yaşın artıb, uluğ qalsın.
yaxşı yaman, keçdi karvan.
yaxşı yaman, keçər kərvan.
yaxşılarla vuruşma, yamanlarla duruşma.
yaxşılıq açan qapıya, sevgi qonar.
yaxşılıq ağac başında, tutmaq güc, yamanlıq ayağ altında, qaçmaq güc .
yaxşılıq bilməyən, yamanlıqdan qalmaz.
yaxşılıq qəribdir tanınmaz. {yaxşılıq uzqadır (özgədir) , tanınmaz}.
yaxşılıq yola atılmamış, qızıl yerə.
yaxşılıqı su altında gəmiş, üzündə dilə. (gəmiş: quyla).
yaxşını söz öldürər, yamanı çomaq.
yaxşını yada vermə, hayıfdır, yamanı yada vermə, ayıbdır.
yaxşının özü ölsə də, sözü ölməz. (iyi kişinin kəndisi ölürsə də, sözü ölməz).
yaxşıya gün yox, yamana ölüm.
yaxşıya özgə, yamana özümüzün ki demə.
yaxşıya yaxşı de, yaxşılığın artırsın, yamanada yaxşı de, yamanlığın qaytırsın. (
Dostları ilə paylaş: |