Abal abal dərviş, pulla bitər hər iş


yoxlar: gözlər) . uzaqlıq, ''bir''



Yüklə 1,3 Mb.
səhifə15/24
tarix28.12.2021
ölçüsü1,3 Mb.
#17074
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
yoxlar: gözlər) .

uzaqlıq, ''bir'' həsrət öldürür, ''başqa bir'' sevgi doğurur.

uzanır işi, usanır kişi.

uzlu olsun, üzlü yox. (uzlu: başarıqlı) .

uzlu, düzlü, duzlu: çıxarlı, doğru, dadlı.

uzun alıb ucuzluğa gedmə.

uzun boylu, dadlı sözlü, qıyma gözlü, ətli canlı bir igit.

uzun dil, yaşam güdəldər.

uzun qıssalınca, qıssanın canı çıxar (üzülər) .

uzun üz, uzun asdar.

uzun yol uzağa aparar.

uzun yolun, bu başında yalan danışan, o başında özüdə inanar.

ügey ananın, qaynamaz qazanı. (ügey ananın, qazanı ağır qaynar).

ümüşlə yaşıyan, acından ölər. (ümülə yaşıyan, acından ölər).

ümüt bir gəvəzə quşdur, haçan susdu, bil ölüm yaxlaşdı.

ümüt ilə keçinən, aclıqda ölər.

ümütlə yaşıyan, acından ölər.

ünü çıxınca, düdü çıxdı. (adı çıxınca, düdü, tüstüsü çıxdı).

ünü var, unu yox.

ürək ağrısından kef olmaz.

ürək baxmasa, gözdə görməz.

ürək coşsa, göz yaşar, baş ikisə, xoş yaşar (özgə işlərinə qarışmasa) .

ürək odu, başdan tüstülər.

ürək süsü, könül bəzəyi, ürək dişliyi (dincliyi) könül əğləyi (əğləncəsi) . (: sevgi).

ürək yapan üzüz olsun, düşman qıran biləyiz.

ürəkdə sözün varsa, ağzda dilin olsun.

ürəkdə varsa, biləkdə görünər.

ürəkdən gələn, ürəklərə yol tapar.

ürəyə göyçək, gözə göyçək.

ürəyi dil ilə yaran çox olur, onqaran (düzəldən) tap bu yaranı, hanı?.

ürəyi kor olanın, gözü görməz.

ürəyin bir olsunda, başın iki tut.

ürəyin daşlığı, başın boşluğundan yeğdir (yaxcıdır) .

üstə bax düşün, alta bax öğün.

üşüdüm üşüdüm, yerimə düşdüm (tərpəşdim yığışdım yerimə düşdüm) .

üşüyən üşüyənə baxıb qızışar.

üşüyənə ulduz, ot.

üz alma, asdar al.

üz altında, asdar yatar.

üz gedər, asdar çıxar.

üz verdin, asdar özü gedər.

üz verən, üzə qalar.

üz verən, üzsüz qalar.

üz verib, üzsüz qalma.

üz verisən asdar istir, yer salısan yatsı (


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin