gözəsindən: gözündən. sərçeşmədən).
suyu inək içir yağ verir, ilan içir ağı.
suyu pambıqdan, od qorumur, pambığı oddan, su qorur.
suyun çağlamayanı, insanın söyləməyəni (yaman olur).
suyun dənizdən içən, bulağ tanımaz.
suyun gəmişdiyi (gizlətdiyi) , üzə çıxar.
suyun imanın (su imanın) odda gör.
suyun qaymağı buz, şorun qaymağı duz ( qaymaq: bəkit. maya. ) .
suyunan odun arası, inamdır (imandır) .
süd ilə gələn sümüklə çıxar.
sümük içində, ilik güvənər (sevinər. hər nə doğma yerində eyidir) .
sümüklə dəri, yeməklə diri.
sümüksüz dil, sümük sındırar.
sümüyü itdən əsir gəmə.
sümüyün iliyi, kişinin biliyi.
sünbülün boşu, dik dayanır.
süpürgənin qiyməti az olsada, evin asdanasın kəsər.
sür ged deməmişlər, gör keç demişlər.
sürü axsağını gizlər.
sürüdən ayır, toruva (tələvə) çağır.
sürünüb qalmaqdansa, diz üsdə yaşamaqdansa, ayağ üsdə ölmək yeğ.
sütdən ağzı yanan, yoğurdu püflər içər.
sütədə quşqu ilə baxsan, al (qan) görərsin.
sütlə girən qanla yaşar, gəmiklə çıxar. (sütlə girən, sümüklə çıxar).
sәhәr gedər naxıra, axşam gələr axıra.
şaşqın oldun basılarsan, daşqın oldun asılarsan.
şaşmayan atıcı olmaz, yanılmaz bilgəc.
şeh güzgünü pasladar, .
şeh keçirməz, səs ötürməz.
şeytan ilə buğda əkən, samanın alır.
şeytan şəhli olar, dönük (xain) xoflu.
şeytanın yoldaşlığı, dar ağacında bitər.
şeytanla qabax əkənin, qabax başında patlar.
şeytanla ortaq olan, buğda əkər, saman biçər.
şəgg edib, inanc gətirənə, dos de, inanıb, şəgg edənə yox de.
şimşəyi görən, bulutuda görüb.
şirin dilin, qoruyan sözün olsun.
şirin dişə dosdu, acı qarına.
şirin yalandansa acı gerçək yeğ.
şunğarla dəvə ovlanmaz.
şüşə sındıqca itiləşir, diş, pıçaq, işləndikcə kortlaşır.
tabutçu öldü, tabut tapılmadı.
tabutun özgə çiynində görməyən, ölümünə inanmaz.
taxda qabı od üstünə, bir kərə qoyarlar.
taxda pıçaq kimi olma, nə kəsə biləsən, nə satıla biləsən.
taxıl atda sıçan ölməz, sümük atda it.
taxıl kəpəksiz olmaz.
taxılı, əkən bilir, daşqanı, çəkən.
taqqa düşdü, kəl göründü (başlıq düşdü, baş göründü. sökərsə dan, sönər gecə. dan sökdü, yandı gecə. örtük düşdü, dan söküldü. ) .
tamahkarlıq baş yarar.
tamu qapısın açar tavar. { para tamı (cəhənnəm) qapısınada güc gələr}.
tanımadığın düz yoldan, tanıdığın dolama yol düz olar.
tanışlıq qanun deyil, qanun kimi zorludur.
tanışmayan iki köpəh, qurdu görcək tanışır.
tanrı ağacı kişidi, onu ulatmaq onun işidir.
tanrı bilir, bəndə görür.
tanrı qaldırdığın kim basa bilər, həq quran yayı kim yasa bilər.
tanrı vara yox, ürəyə baxır.
tanrı verdi anı bizə qılavuz, ki doğru yolu anınla vararuz.
tanrı verim deyərsə, yalvaca (peyğəmbərə) nə söz qalır.
tanrı verincə kimin oğlu deməz.
tanrı verirsə, el gətirir, sel gətirir, yel gətirir.
tanrı yarqısın başdan salsın, gözdən salmasın. (
Dostları ilə paylaş: |