Abal abal dərviş, pulla bitər hər iş



Yüklə 1,3 Mb.
səhifə8/24
tarix28.12.2021
ölçüsü1,3 Mb.
#17074
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
ötlük inci: dəlik mıncıq) .

ötnəmədən yetmədi, (əkinmədən biçmədi). (istəyən yetər, əkən biçər).

ötüşməsən barış olmaz, öcəşməsən yarış olmaz.

öyüdü ver alana, qalığında (artığ) qalana.

öz atın öz pişiyin, xoş gəlir.

öz atına qulluqdan qalan, yaya qalar. (yaya: piyada). (öz atına qulluqdan qalan, qalar. )

öz başındakın buraxıb, başqa başa inanma.

öz çöryivi özgə süfrəsində yemə.

öz kölgən dah dala, dah qabağa düşər.

öz kölgəsindən qorxan, oğruya yem olar.

öz küllüyü, hər xoruza gül gəlir.

öz ossurağına şıllaq atan, özgəsinin poxuna batar.

öz yağında qal, öz yağınla piş.

özgə ağzına baxan, ac qalar.

özgə atna (atına) minən, tez düşər.

özgə gözlə qız alma, gecə gözlə bez alma.

özgənin dərdinə, dözməyə navar.

özgənin əlinə baxsan, əli bağlı qalarsan.

özgüyə çonğur (cola) qazan, özü düşər.

özgüyə gülmə qıl zinhar, sənədə gülənlər olar.

özü duzlu, bəxdi buzlu.

özü ellər mələyi, evi tülkü dələyi.

özü üçün yatır başqalar üçün yuxu görür.

özü üzsüz, sözü duzsuz. (üzsüz: çirkin).

özündən qaçan, tutsağa düşər.

özünlə yarış, özgəylə barış.

özüvü dəğiş, üzüvü yox, işivi dəğiş, sözüvü yox.

özüvü gözlə, ağlar gözdən, saxta sözdən.

özüvü tanı, özüvə sayın.

paxılın aşı pişməz, pişsədə, ocaqdan düşməz.

paxılın bağı göyərməz.

palçığdan toz çıxmaz.

pambığı oddan, su qorur, suyu pambıqdan, od qorumur.

pambıq ilə baş kəsir, iğnə ilə gor dəlir.

para ilə, inamın, kimdə olduğu bilinməz.

paranın üzü açıqdır.

pəxmələr olmasaydı, zirəklər acından ölərdi.

pələngə ət yeməyi, doşana ot yeməyi öyrətməzllər.

pıçaq necə iti ərsə (olsa) , öz sapın yonmaz.

pıçaq yarar, iz qoyar, dil yarası köz qoyar.

pıçaq, sapının vecinə nə, kəsir, kəsmir, ona nə.

pinti arvada, kor ər gərək.

pis at ümüt pozar, pis arvad qonaq qovar.

pis xəbər, qar topası kimi böyüyər.

pis yaxcıya öykünməz, yaxcı pisə öykünər ( uyar) .

pis yönünü düşünməsən, yaxşı yönün görənməzsən.

pisə dedilər yaxcısan, sıçdı poxu qoydu, pox üstünə. yaxcıya dedilər yaxcısan, yağı qoydu yağ üstünə.

pisi goracan götür, yaxcını, yaxcı olanacan.

pisi öğmə, düzü döğmə. pisi sevmə, düzü sövmə.

pislik gördün bir yerdə, üzül ged, yaxcılıq gördün bir yerdə, süzül yet.

pislik görməyən yaxcılığdan nə bilir.

pislikləri quma yaz, yaxcılığları qayıya.

pişik bağlanan kəndiri, sıçan gəmirir.

pişik yağa dəğişməz (əli çatmaz) , deyər: - elin malı yaraşmaz.

pişik yerə öğrənər, it adama.

pişiyə elçi nə gərək .

pişiyi arabıya qoşsan, durub kürsüyə çəkər.

pişiyi çox sıxışdırma, pələngə dönər.

pişiyin dərdi, iti öldürməz.

pişiyin qanadı olsaydı, göydə quş qalmazdı.

pişiyin oynamağı, sıçana ölümdür. (pişiyə oyun, şıçana qıyın) .

pişmiş toyuğ qaqqıldamaz.

pitiyin bilən, qazığın bilər.

poxuva görə götün olsun, götüvə görə poxun yox.

porsuğu döydükcə, şişər.

pozuğu yazan, yazını pozan.

pul yığma, ərdəm ük, öcük yığma, yardam ük.
- para yığma, çıxar yığ. kin toplama, bağış yığ.

pulla dosluq olmaz, pulsuz düşmanlıq.

pullu evin bülbülü, yoxsul evin bayquşu.

pullusan qocalığa pul saxla, cəvansan qocalığa can saxla, savaşmısan barışmağa üz saxla.

pulluya bazar, pulsuza mazar.

pulluya bəli, pulsuza dəli deyərlər.

pulsuz olda, ürəksiz yox.

pulun çoxu yük olmaz, əğri bitən, düz olmaz.

pulun varsa dinclik, dilin varsa elçilik.

pulun, üzü olmaz.

rüşvət bizdə olduğundan (qədimdən) moddu.

sabanda sandırış olsa, örtgündə irtəş olmaz. (səpəndə {(əkində). (şuxumda) } (səpəndə düşünən, dərəndə üşünməz). (sabanda sayraşmayan, endirədə qınqırar).

sacı soyuq oanın, kündəsi, küt gedər.

saçarsan, biçərsən.

saçı soyuq olanın, kündəsi küt gedər.

sağ göz görür, sol göz inanmır.

sağ göz görür, sol göz yumur.

sağ olan baş börk tapır.

sağ tutur, sol vurur.

sağıcdan (həkimdən) sorma, (ağrını) çəkəndən sor.

sağır üçün iki kərə əzan oxunmaz.

sağlıq dilə çox yemə, ağalıq dilə çox demə. (sağlıq istərsən, çox yemə. sayqı istərsən çox demə).

sağlıq yolunun xəsdəsi olunca, sağ yolunan xəsdələn.

sağlıqda korluk yox.

sağsağan kəkliyə baxar, özündən çaşar.

sağsağanı aclıq yox, ac gözlülük qapdırır (təliyə qoyur) .

saxla gönü, gələr günü.

saxlanan borc böyüyüb, qapıdan keçməz.

saxsı qab yamaq (ulaş) götürməz.

saxsıçı, sınığ qabdan su içər.

sakın, sanma yeməz sofu soğanı, qabığın daha qomaz tapdığda anı.

saqqal ağarsada, qara könül ağarmaz.

saqqal başa qurban olsun.

saqqala inanc olmaz, güvənc olmaz.

saqqalın ağına baxıb, yaş verib, ağsaqqal deyib baş verib.

saqqallıya inandıq, inamdan qaldıq.

saqqızı daşdan olanın, çəlikdən dişi gərək.

sala sala iş bitməz, od olmasa aş pişməz.

saldıran itə salınma.

saman titrədən yeldə var, dağ oynadan küləkdə.

samanı yeyən, torbasın tikər.

samanı yeyib, torbanı deşib.

samanın qurusu, sınar, odun qurusu qırılar.

samanla sapanın qohumluğuna inanan, həm günün qazanar həm gecəsin.

sanına baxma, qanına bax kaçına baxma, içinə bax.

saplı iğnə gücün tapılır, çörək yapmadan yoğur yapılır.

sapsız balta suya batar, saplı balta buzu qırar.

sarı edik geymiş kocçu dizində, arzumanım qaldı ala gözündə.

sarılı söz, arıya köz. (sarılı: örtülü) .

sasağanla, sığırçın bir yuvada yaşamaz.

satalağnın, dili oynar, təpirçinin, götü oynar.

satmadan verən, sandığın almaz.

savaş vuruş, barışa yer qoy.

savaş, düzəltməz, endirir. (pozar) .

savaşan barışar, pox yemaq sözbaza qalar.

savaşan barışar, pox yemək, sözbaza qalar.

savaşanda barışığa üz saxla, varlanıbsan yoxsulluğa var saxla, gənclikdən qocalığa, güc saxla.

savaşda, iki yanda suçlu çıxır.

savaşın iyisi olmaz.

savaşlı yer, bolluqdan (bərəkətdən) yad qalır.

savaşmağa üz tap, barışmağa dil tap.

sayğı, birlik təməli, birlik dirlik təməli.

sayılı gün, sayılı pul, ötər tez, bitər tez.

sayın sayın gəliri, xarıltıyla gediri (para) . (


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin