Abal abal dərviş, pulla bitər hər iş


qaymaq bəkit. maya. - suyun qaymağı



Yüklə 1,3 Mb.
səhifə4/24
tarix28.12.2021
ölçüsü1,3 Mb.
#17074
1   2   3   4   5   6   7   8   9   ...   24
qaymaq bəkit. maya. - suyun qaymağı buz, şorun qaymağı duz.

qaynanaynan baldız əş (bir) doğublar.

qaynar çaylar, keçiksiz olmaz.

qaynar dərə keçitsiz olmaz.

qazan qaynar, ağıl oynar.

qazan vardır çömçə yox, çömçə vardır qazan yox.

qazan yuvarlanıb, qapağın bulmuş. (govduş yuvarlanıb, duvağın tapıb: iki arxadaş, iki qarı birbirinə uyğun).

qazan, od üsdə qoyarlar. (nədənsiz iş olarmı?).

qazana dəğərsin, qarası dəğər, yamana dəğərsin, bəlası.

qazançının ərki (ixtiyarı) var, qayda qulaq taxırsa. (qazançı qazanın qulpunu, istədiği yerə taxar).

qazanda olmasa, kömçədən küsmə.

qazanda pişirib, qapağında yemək. (yoxsulca yaşayıb, qanıqmaq).

qazanı başqanın, qayğısı başqadır.

qazi balası, bilirəm deyər, bəy balası, alaram deyər.

qazma düşərsən, yaxma pişərsən.

qeyrətlinin ürəgi qaynar, qeyrətsizin ürəgi oynar.

qeyrətsizin dilin al, dilin verdi gözün al.

qəbri qazan bir olur basdıra min.

qədrimi, ölüm biləsən, gedim biləsən!.

qəfəsdə qalan quşun kefin, uçan quşdan sor.

qəhbə olan hardan bilir qıncı (kin. nifrət) nədir, sevgi nədir, hər gələni sevib gedər, hər gedəni söğüb gedər.

qəhbəyə öğüş yaramaz, yamana söğüş (öğüş: nəsihət. (söğüş: yaman) .

qəlbirlə su daşınmaz, başlı ağız, hər gələni danışmaz.

qələmin dili iki olsada, yazısı birdir.

qəm bağlayan yolları, gülüşlər açar.

qəm səni yeyər, sən qəmi yeyincə.

qərə yel, quru yel.

qərib it, quyruğun qısıb gəzər.

qərib kor olur.

qərib ölkədə kefə dolan, doğma yurdunda qussədən ölər.

qəribin boynu uzun, dili qıssa olar.

qəribin əzanın, kimsə dinləməz.

qəribin yalımı (üzü) alçaq olur.

qıfın gen başından girən, dar başından çıxar.

qığılcım, tüstüləməz.

qılavuzsuz, quş uçmaz. (qılavuzsuz: öndərsiz).

qılınc birini, dil bir ordunu kəsər.

qılınc vurmaq bilməyən özünə ilişdirir.

qılıncı düşmana vurmasan ''ağzı'' kəsər özüvü, ''ucu'' deşər gözüvi.

qılını bilən qızıl geyər. yapını bilən yaşıl geyər. (xoşa gəlmək istəyən qırmızı geyər. iş yapmaq istəyən, yaşıl geyər).


- qılnu bilsən qızıl gey, yaranu bilsən yaşıl gey. (qırcanmağa qırmızı, can almağa, göy qurşan) .


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin