qılış : iradə. - qılışlı kişi, görər işi, yaxcını pisi.
qılışlı kişi, görər işi, yaxcını pisi. (qılış: iradə).
qılışlı qorxağı, çomaxlı batır salar.
qılncla alınmayan, dadlı dillə alınar.
qılpın tutub, için buraxıb.
qılpsız qaşıq, qırıq çömçə. (işlərinin təməli tutarlı, doğru, düzgün olmayıb, əksikliyi, tərsliyi çox olan. yarım yamalaq nərsə, kimsə. qırıq, güvənilməz, aldavac kimsə).
qırağda yeyir, ortada sıçır, ortada yeyir, qırağda sıçır, .
qırağdan baxanın səggiz gözü olar.
qırağın demə, bezini de, anasın demə, qızını de.
qırdı kəndi, ucdan uca, nə igit qoydu nə qoca.
qırx il qıran olmuş, əcəli gələn ölmüş.
qırx quldur, bir lütü soya bilməz.
qırıx çömçə su saxlamaz, pay güdməklə, qarın doymaz.
qırmızı köynək, tez kec görünər.
qısanın əli çatmadı, ucada əğilmədi.
qış küləyi, qar gətirər.
qış qonağı od.
qış olmasa yaz olmaz, qar olmasa bar olmaz.
qışı qarlı, yazı barlı.
qışın dərdini yazda çək, yaş (həyat) dadını olanda.
qışın işi, yazın yemişi bol olur.
qışın ki yağlı əbbək, isti kürsü, yayın ki kərdi yanı, odlu tüstü.
qışın qarlı, yazın barlı.
qışın ocaq başı, yazın dağ başı.
qışın yorğanı, yayın ayranı.
qıtlıqda çox qıtma, sıxlıqda çox sıxma, bolluqda boş tutma (boş: şol) .
qıyı olmasaydı, dəniz olmazıdi.
qız alan qızara qızara gələr.
qız alsan, deyəcək, özün bilərsən, dul alsan, deyəcək, özüm bilərəm.
qız evi bir dəgirmandır, arıda gəlir, darıda gəlir.
qız girdəgə girər, əslidə onda bəllənər.
qız iyi, gül iyi.
qız kişi savı, yorıq bulmaz. (qız: qıs: qıt: paxıl. ). (paxılın adı sanı keçməz).
qız yükü, duz yükü.
qıza deyilir, gəlin dinlir.
qızda ağıl olsa, yeddi arın (eybin) gizlədir (örtər) .
qızı evdə tanı, iyidi çöldə.
qızı hamamda bəğənərlər. (qızı hamamdan gələndə bəğən).
qızıq qazıq (mıx) yol açar.
qızıl dil danışar, göy başın axmasına, yarılmasına yol açar.
qızıl döyəcəyi (çəkişi. toxmağı) gümüşdən olur.
qızıl gedsin, od qalsın, kişi gedsin, iş qalsın.
qızıl gül solur, tikanı qalır.
qızıl gül yer yaraşığı, doğru yoldaş, ər yaraşığı.
qızıl haçar, qapılar açar.
qızıl inək qaraqabaq gəlinə süt verməz.
qızıl qarışdı palçığa. palçıq mindi dəğərə. kişi atından düşdü. eşşək mindi yəhərə.
qızıl otda, kişi qında (zəhmətdə) bəllənür.
qızıl vardı, bir sözdü, qazıb tapma, min sözdü.
qızıl, gümüş əsgiməz (köhnəlməz) .
qızıl, iş can aparır, yaşıl, iş aparır.
qızıl, körükdə, ər, korluqda bəllənür.
qızıl, qızlığında, qızıldır.
qızıl, odla bəllənir, kişi işlə.
qızıl, palçıqdada parıldar.
qızıl, pas atmaz.
qızılbaş, qanına gedər.
qızılın əli olmasada, çox iş görər.
qızılın qiyməti, qıslığındadı (qıtlığındadı) .
qızın keçəli, daraq bəyənməz.
qızın tapdır, gəlin anlasın.
qoca ağac əyilməz.
qoca aslana, çaqqalda gülər.
qoca at yolun çaşmaz.
qoca bağbanın bağın, tikən çöp alır.
qoca gözüylə arvad al, gənc gözüylə, at.
qoca qırqı sıçançı, qoca oğru yalançı.
qoca qurd, yolun şaşmaz.
qocada güc olmasada, ağıl gərək.
qocadan demək gələr, iyiddən görmək.
qocal bağbanın bağın tikən çöp alır.
qocanın sözü var, gəncin gücü.
qocasın basan, qıyrılar, xocasın basan siyrilər (siyrilmək: silinmək. yoxlanmaq. yox olmaq) .
qocaya eşşək gərək, cavana arvad.
qoğduğun itin dalıca gedmə.
qonağ nəfəs kimidir, girib çıxmasa xəfələr.
qonağ umduğun yox, tapdığın yeyər.
qonaq az oturur, çox görür.
qonaq birinci gün güldü, ikinci gün küldü, üçüncü gün küllük (küllüyə atılmalıdır) .
qonana qədər qonaq utanar, qanandan sonra qonağçı.
qonşu dövlətli olsa kor qız ərə gedər.
qonşu ilə dosluq eləyib, çəpəri götürmə.
qonşu payıynan doyan, öz çörəyin, irgənə irgənə yeyər.
qonşu payıynan qarın doymaz, çüçə qızından arvad olmaz.
qonşuda qadın, qız görünər qonşuya. (qonşunun toyuğu qonşuya qaz görünər). (qonşunun dul arvadı, kişinin gözünə qız görünər).
qonşuda ocaq yanar, tüsdüsü bizdən çıxar. (qonşuda pişər, burda bürürər).
qonşunu, evi tikənəcən tap.
qonşunun dəğəri, köçəndən son, arvadın ki öləndən son, pulun dəğəri əldən çıxandan son bəllənir.
qonşunun itin qaşıyan, ısrınar (qapılar).
qonşunun payına uman qarnı dolu yatar, ac oyanar.
qonşusu yaxcı olanın, kor qızı evdə qalmaz.
qonşuya salan, yersiz qalar.
qonuşmaq işi, kişinin işi .
qordan qorkan, dəmirçi olmaz.
qorxağa min ölüm var, qormaza bir.
qorxağın ayağı altında, yer də əsər.
qorxağın gözü böyük, axmağın sözü böyük. (qorxağın gözü yekə, axmağın sözü yekə).
qorxaqla qorxaq, qoxmadan görüşür.
qorxan, qoşa görər.
qorxan, vurular.
qorxana qoç, qorxmaza quş görünür.
qorxanda ölür, qorxmayanda.
qorxma qışdan, yaz gəliri qabağdan.
qorxmayıb yaşıyan bir ölür, qorxub sürünən min ölür.
qorxmuş kişiye qoyun başı qoş görünür.
qorxu dağları, gözlür. (hələ olmasınlar, xətərlər qabaqdadır).
qorxu qaçırdar, ölüm yaxalar.
qorxu, ölümü tanıyırsa, ölüm qorxu tanımaz.
qorxudan, qorxunc nərsə yoxdur.
qorxulu gözdə, dağlarda titrəyər.
qorxursan, demə, dedin, qorxma.
qoş qılıc qına sığmaz.
qovağın közü olmaz.
qovı ər quyuya girsə, yel alır. {qovu (uğursuz: bəxsiz) ər quyuya girsə, yel alır}. ( qarabaxdı quyudada tufan tutur).
qovmaqda ərlikdi, qaçmaqda ərlik.
qovutlu ağızla, zırna çalınmaz.
qoyun börü (qurd) qoşulmaz, yem olmasa yol olmaz.
qoyun güdən, qurdu görər.
qoyun qurdun başındanda qorxar.
qoyun olsa, qurd tapılar.
qoyunun tozu qurd gözünə sürmədi.
qoz arıyan, ayı yuvasına girməz.
qoz beli qəbir düzəldər.
qoz qabığından çıxmış da, qabığın bəğənməmiş.
qudurmuşdan, dadanmış olur artıq (yaman).
qulağ çox eşitməklə uzanmaz.
qulağ duyur, gözü oyatır.
qulağ iki, göz iki, ağız tək, çox görüb, çox eşidib, az danışmaq gərək.
qulağ verən, söz oğurlar.
qulağdan qulağa, ağızdan ağıza söz gəzər.
qulağı açan dil olur, dilsiz qulağ kar olur.
qulağın birin kar tut.
qulağın burunca qopuzun, gizli sözlərin açır onun.
qulun qoluna bax yüklə.
quraq qaşıq ağza yaramaz, quru söz qulağa yaxışmaz.
qural buyumuş olandan bəri, ağız çatırsa aşa, baş daşa dəğir.
qurala uman qurulur, quralsız qalan cumulur. (qural: qanun) .
quranın yazısı bir, sözü birdi, yoran minbir.
qurbağa quruldamasa, patlar.
qurbət var kişi yerləşir, qurbət var içə yerləşir.
qurbətdə varlı olasın, yurdunda yoxsul yox.
qurbətə qız vermə itər gedər, dənizə daş atma, batar gedər.
qurd "acından" dağa dırmaşanmır, deyillər "toxluğundandır".
qurd ağıla girər, qarqa toy tutar. (qurd ağıla girər, quzqun toy tutar).
qurd balası, qurd olar.
qurd balasın bəsləsəndə, it olmaz.
qurd balasına, aclıq, ulamağı öğrədər.
qurd gəzən meşədən, tülkü, çaqqal çəkinər.
qurd göz yaşın tökər ki, qoyun yağış alda (altında) qalsın.
qurd kürkün dəğişər, özlüyün (xəsiyətin) yox.
qurd qının atsada, qılığın atmaz .
qurd qırar, doymaz, doyar, qıymaz (rəhm eləməz) .
qurd qocalanda, çaqqalla oyar (düşünər).
qurd qocalanda, itlərə gülünc olur.
qurd qonaq çağırsa, tülküynən, itlə ged.
qurd qorxusundan, iti çuvala qoyub.
qurd qoyunu gözdən qoymaz, könül düşünməkdən doymaz.
qurd qoyunu suçlu tutar.
qurd qulağından, tutulmaz.
qurd quylar, tülkü açar.
qurd nə qədər qoca olsada, genə gücü bir qoyuna çatar.
qurd oldun, boğazdan, igid oldun, əldən, tülkükü oldun, ayağdan yapış.
qurd öz aclığını itə bildirməz.
qurd öz gücünü bilseydi, dünyanı alt üst edərdi.
qurd özü üçün işlər, it çoban üçün.
qurd sümük gəmirməsə, dişləri qıcığar (qıcıyar).
qurd zumarı yoldadır (yola çıxmaqdadır).
qurda tikmək öyrət, yırtmaq ki, isidir ( peşəsidir).
qurddan soruşdular: - "nədən böylu boslusan". – söylədi: - öz işimi özüm görürəm (" mən azığı özüm tapıb, özüm yeyirəm").
qurdla xoca deyər - alaram, çoban deyər - vermərəm.
qurdla qoyun olmaz, qılıncla oyun.
qurdla quyruq yeyir, çobanla ağlayır.
qurdla yeyir, çobanla axdarır.
qurdla, xocanın dərisi, yeddi qoyun dərisindən qurulur.
qurdu hammı tanır, qurd hammını tanımır.
qurdu qurd ilə avlamazlar.
qurdu meşədən, aclıq çıxarır.
qurdun adı yamandır demirəm, baş kəsən tülküləriz var. (adı yavuz olur qurdun hamıdan, kəsər baş tülkülər var) .
qurdun ağzı yesədə qandır, yeməsədə. (qandır: aldır. qırmızıdır).
qurdun ağzın sən aşmadın ki, səndə bağlayasan.
qurdun andın yavuz qulaq eşidər. (yavuz qulaq: pəxmə).
qurdun gözü meşədə olur.
qurdun gücü boynunla dişindədir.
qurdun kim olduğun, qoyundan soruş.
qurdun qeyrəti gedsə, keçiyə ''aba'' deyir.
qurdun toxu olmaz, bir sürü yesə doymaz.
qurqusuz (qaydasız) oyun, qırar boyun.
qurralanan işi görmür, işi görən qurralansın.
qursağı gen olanın, çörəgi dar olar.
qurt qurda yaxın durar, it itə.
qurt qurdun dərisin sökməz.
qurtdan qorxan çobanın sürüsü artmaz.
qurtqa büzik bilməz, yerim dar deyir. (qarı oynayanmır, yerim dar dər).
qurtla dosluq edən, tülkü tələsinə düşər.
qurtla qoyun, olallar əl boyun.
qurtlu gözə, ox düşər.
quru ağac əğilməz, qurmış kiriş düğünməz {dartıq (dartılmış) ip düğün düşməz}.
quru çörək, xoş ürək.
quru qaşıq, ağız yırtar.
quru qatda yaş yanır.
quru süfrəyə, xoca dua oxumaz.
quru torba ilə tutulmaz at .
qurudan quruya bir şey bulaşmaz.
qurumuş ağac su dibindədə göyərməz.
qurumuş gölün sonası olmaz.
quruyan ağac əyilməz, çürüyən dəri gərilməz.
qussəni yeməkdən yaxcı şey yoxdu, çün ki yeməsən, o səni yeyər.
qusulan nərsə ortada qalmaz.
quş dimdiyindən, kişi dilindən ovlanar.
quş duzağa dəndən ilinür (ilişir) .
quş qanadından kira istəməz.
quş qanatla uçar, kişi diləklə.
quş qanatla, ər atla.
quş qanatsız, türk atsız olmaz.
quş qanatsız, türk atsız.
quş quşa, qoş qoşa.
quş nə əkir, nə biçir, toxda dolanır.
quş var əti yeyilmir, söz var uca deyilmir.
quşqusuz yaxınlaşma, yoxlamadan uzaqlaşma.
quşlar yuvanı, qoşa qurmuş.
quşların ən gözəli, arvaddır, oda yer üzündədir.
quşu quşla ovlarlar (tutarlar) .
quşu quşunan avlarlar. (quş quşunan avlanar) .
quşun sütü ağzında.
qutlu gün döğuşundan bəllidir. (qutlu gün, çağ doğuşundan bəlli) .
qutlu olsun bayquşa viranələr .
qutluya qoşa yağar.
qutsuz (bəxsiz) kişinin gözü açılmaz.
qutsuz quşun yuvası doğan yanında olur.
qutsuz quyuya girsə qum yağar, dəviyə minsə büvə çalar.
quvənməgin dostuna, , saman tıxar pustuna.
quyruğuynan yığır, başıynan çalır (ilan kimi) .
quyruq bulayana, əl qaldırma.
quyruq olub baş dalına düş, daş olub quyruğa düşmə.
quyu dibi daşıl (daşlı) olur, öksüz gözü yaşıl (yaşlı) olur, ata ana qoxulu, yar qoxusu başıl (daşqa) olur.
quyu qazdım qum çıxdı, gəlin aldım dul çıxdı.
quyu var, quyu var, quyu var dərinligi on quyu.
quyuda su var, it burnu dəğməz.
quyuda, balıq olmaz.
quyunu boyunca qaz, düşsən, boğulmuyasan.
quyunun, dibin görməyincə, ölçə bilməzsən.
quyuya düşən daşın səsi, qonşuda eşitilməz.
quyuya su tökməklə, quyu dolmaz.
quyuya tüpürmə, içməli olarsan.
quzeyda qar əksiməz, qoyda yağ.
lax yumurta batmaz.
lal arvadın kişisi, kor kişinin arvadı ol, .
lalın ürəyi, anasınada qaranlıqdır.
lalların düşmanı olmaz.
leyləyin gedişinə yox, gəlişinə baxarlar.
mal qara qoxlaşa qoxlaşa, kişi qonuşa qonuşa.
malın varlğı, könül saylığı, ağız yağlığı.
maşa ilə sən odu oynadarsan, oda düşdün o səni.
meşədən gətirilən it, dələyə hürməz.
meydansız at sürülməz, sınağsız ər bilinməz.
meymun balası ilkin yerirər, sondan iməklər.
meyvəsin yedə, ağacın sorma.
məclis araqlı, savaş yaraqlı (silahli) .
məclisə görə da'vamız, quyuya görə dolçamız.
məçid yıxılmış, mehrab yerində. (yaşlı olaraq, gözəl göstərişli olan).
məçidin yolu düzdü dalanı bürkük (əğri) .
mən eşşək olandan sonra, çubuk götürən çox olar.
mən gedirəm, yol gedsin, çılpaq gəlib boş gedsin. nə əkən var nə biçən, toxda gəlsə, ac gedsin. (kötü ürəklinin ölüm çağı dləyişi, munacatı).
mən xançı, sən yolçu. (qarşı qarşıyıq. sənlə mən tutmarıq).
mən ölürsəm yarə nə ?. yar ölürsə çarə nə ?.
mən yedim tanrı artırsın, süfrəni açan qaldırsın.
məndə şans hardaydı, göydən palan yağsa, quşqunu boynuma keçir.
mənə, inəklə dana, qadına, sürmə ilə xına.
məni alan alıb aldanır, satan satıb tullanır.
məni sevən itimi daşlamaz.
mənzil (qonaq) uzaq, eşşək çolaq.
mərdin gözü tox, namərdin gözü yox.
mığmığa nə boyda kiçik olsada, böyüklərə batar.
milçəyin balı, haylazın malı olmaz.
min atıda qovanda bir atı yəhərlərlər, min atıda qovanda.
min bilsəndə, bir bilənlə danış.
min daş qaşın olunca, bir ağıllı başın olsun.
min dilli elə danışar ki, adamınan qohum çıxar.
min illik yolda, bir addımla başlayır. (min illik yollar belə, ilkin addımla başlamış).
min işçi bir başçı. (min işçiyə bir başçı).
min kərə boya, min kərə bəzə, dünənki köhnədir, bu günkü təzə.
min qapıdan duz dadan, bir qapıda bənd olmaz.
min nəsihətdən, bir müsibət kəsərlidir. (çox öğrədir).
min ulduz var, bir ay.
minarənin başı göyə çatsada, dibi yerdədir.
mindin atın sağrısına, qatlaş yanın ağrısına.
minə dözmüşük, min birə nə qalır ki.
miyoldayan pişik sıçan tutmaz.
mutluluğ, şüşədir, tez sınar.
mutluluğu tapmaq, onu qorumaqdan qolaydır.
mutluluq, söz, iş, sevgi birləşəndədir.
müfdə eşşək, atdan yürük (yerik) olur, müfdə sirkə, baldan dadlı.
müfəttiş: dənəyici. tikşirivçi. taptişçi. bakılavçı. çarşı ağası. bazar başı.
müxənnəslər körən atda, igidlər yalın, yaya, altda.
müxənnəslər körən atda, igidlər yalın, yayaya, altda.
mükafat (ödünc) , mücazat (döyünc) , dövlətin iki gözüdür.
mükafat, mücazat, dövlətin iki gözüdür.
müsülmanlıqdan qoxu qalmadı, məçitdər qapandı.
namərdin çörəyi dizi üstə olur.
namus gedər dönməz geri, yoxdur onun bəlli yeri.
nazın çoxu, aşiq usandırır.
nece iti pıçağ olsa, öz sapın yonmaz (yontamaz).
necə manduz (qanmaz) ərsə, əş yaxcı, necə əğri olsa, yol yaxcı.
neylirəm boyu gözəli, istərəm xuyu gözəli.
nə başı var nə varı, burnun tutub yuxarı.
nə daxi çox qarlar, genə yaya qalmaz.
nə xəmirdir, nə fətir, nə toya yarar, nə yasa.
nə iğən yavuz ol, asıl, nə igən yavaş ol, basıl. (iğən: çox). (nə iğən yumuşaq ol basılasın, nə iğən yavuz ki asılasın).
nə ilə ölçüsən, o ilə ölçülərsən.
nə iman var şeytan apara, nə mal var divan apara.
nə irəli qaçmalı, nədə geri qalmalı.
nə itin yiyəsiyəm, nə gön yiyəsi.
nə keflinin ''ağıldan'' danışmağına güvən, nədə ağıllının ''səfehlikdən'' danışmağına inan.
nə oyanın unudu, nə buyanın dəni.
nə ölüyə hay verən, nə diriyə pay verəndi.
nə un olduq atda, nə kəpək üsdə.
nə yağın istədik, nə dağın.
nə yavuz ol asıl, nə yavaş ol basıl.
nə, irəli qaçmalı, nədə geri qalmalı.
nə, şaşqın ol basıl, nə daşqın ol asıl.
nəfs solundadır, ağıl sağında, hər birisi öz yasağında.
nəqədər uca olsada dağ, bizə bir yol tapılacağ.
nəyinlə ölçərsən, onlada ölçülərsən.
nisyə verən baqqal, bir ilə olar çaqqal.
noxud nə qədər atılıb düşsədə, tavanı patladanmaz.
nökər kimi işlə, ağa kimi dişlə.
o ki deyir: qorxmuram, yalançıdır. o ki deyir qorxuram: inanmazdı. o ki deyir inanmıram: qorxaxdı.
o qapını ki, genə açacaqsan, bərk çırpma.
o quş ki sən tutmusan, qanadın mən yolmuşam.
o nədi özü şirin ətacı, o arvaddı əti şirin özü acı.
oba yiyəsiz qalsa, doğuz təpəyə çıxar.
ocağ, başın sağ olsun, dövrə bərin ot olsun.
ocağı söndürən çox olar, yandıran az !.
ocağı yıxmış, körpünü qırmış.
ocağız odlu olsun, ürəyiz isdi.
ocaq keçər, külü qalar.
ocaq, içindən alışar.
ocaq, içindən tutuşar.
ocaqdan kül əsgik olmaz.
od açar, qızılı, iş bəllədər, kişini.
od deməklə ağız küyməz (yanmaz) , baxmağınan qarın doymaz.
od deməklə dil yanmaz.
od dumansız olmaz, yiğit günahsız.
od dumansız, yiğit çiğitsiz (qıyınsız. zəhmətsiz) olmaz. (od dumansız, yiğit günahsız olmaz) .
od düşəndə, yaşda yanar, quruda.
od düşəndə, yaşla quru birgə yanar. (od düşəndə, yaşda yanar, quruda yanar) .
od ilə od sönülməz. (çözülməz) .
od qavurur, yel savurur.
od qızıla dosd olsun, iş kişiyə.
od qızıla, iş kişiyə dosd olsun.
od olmasa, qızıl olmaz.
od olmasa, tüstü çıxmaz.
od olmazsa, qızıl yox, iş olmazsa, kişi yox.
od olub yandırıb ayırmaqdansa, palçıq olub yapışdırmaq yey.
od sulandı, iş yatışdı.
od tutanda, yaşda yanar, quruda.
od, alovla söndürülməz.
od, odla söndürülməz.
oda qoysan, qızıl, işə qoysan, kişi olan bəllənir.
oda yaxın hiss küyər, yengiyə yaxın qız küyər. {oda yaxın his tutar, gəlinə yaxın qız (ürəyi) yanar}.
oddan çıxdıq, alova düşdük.
oddan keçdik suya düşdük, sudan keçdik, oda düşdük.
oddan qoran (yanan) , tüstüdən qorxar.
oddan qorxan suya düşər.
odla qızıl tellənir, yoğla könül dillənir, işsiz kişi yellənir. (yoğ: yumşaqlıq. mərhəmət. ehsan. ) (yellənir: havaya gedir) .
odla qızıl yalanır, əməklə kişi. (yalanır: arıtlanır).
odlu dəmirin, iki başıda isti olur.
odsuz ev, qutsuz ev.
odsuz, qızıl olmaz, əməksiz kişi.
odu inandıran sudu. (odun imanı sudadır).
odu yağla söndürmə, dəli gördün dindirmə.
odun azı dosdur, çoxu düşman.
odun gətirənmiyən daşqanın özü, odunluq olar.
odun suda qurumaz.
odun tək yanmaz, yataq tək qızmaz.
odun yığdın, kim yaxa, mal qazandın, kim sapa (sapmaq: xərcləmək) .
odunçuyla kömürçü tutmaz. (odunçuyla kömürçününkü tutmaz). (odunçuyla kömürçü, xocayla qoca birbirin götürməz).
oğlanı yumuşa (işə) sal, ardınca sən var.
oğlu olmayan, yeddisin oğulluğa götürər.
oğlun yaman olsa - vurub tanrı. yaxcı olsa – verib tanrı.
oğru adam oğurluğu tez bilər.
oğru deməz gecədi, toyuqdusa cücədi, alar çapar, vurub qırar.
oğru elə bağırır, doğrunun bağrı çatlır.
oğru qalana yanar, mal yiyəsi gedənə.
oğru nə istər, qaranlıq gecə!.
oğru oğrudur, dosd olsun.
oğru oğrunu tanıyar.
oğru oğruya yoldaşdır.
oğru olan toxalmaz, doğru olan ac qalmaz.
oğru olsan, çalan ol, od olsan, yaxan ol, yalan olsan, qandıran.
oğru öz qapısın bağlayar.
oğru özgənin malın yeyər, özünün arın (namusun).
oğru yoldaş dalınca gəzər.
oğru, evə girdikdən sonra, qapıya açar salar.
oğru, oğrudan gizlənər.
oğrudan qorxan, mal yığmaz.
oğrudan oğruya pay düşər.
oğrunun cibi dolsada, gözü doymaz.
oğrunun işi doğrudan danışmaqdı.
oğrunun yavuzu (yamanı) söz oğurlayan.
oğrunun, ayı görməyə gözü olmaz.
oğruya qıyan, kərvanın qırar. (qıyan: yazığı gələn).
oğruya tay ubanma (gizlənmə) , görcək işdə yubanma. (görcək: lazim).
oğul gözsüz qalan, başlı başına gedər.
oğul ölümü göz tökər, qardaş ölümü bel bükər.
oğul ölümü, bükdü belimi.
oğuldan daha dadlıdır, yar əgər doğru ola.
oğurlayan qaçır, görən düşür həçələ. (oğurlayan qurtuldu, görəndi ki tutuldu).
oğurlayın yükülən (hamilə olan) açığda buzalar (bizovlar. balalar) .
oğurlayın yükülən (hamilə olan) , açıqda buzalar (bizovlar. balalar). {oğurlayın yükülən açğara doğar. (açğara: aşqara). }
oğurluqdan əl çəksəndə (əl üzərsәndə) , oğurluq adı qalar səndə.
oğurluqla yalançılıq, ekiz doğulmuşlar.
ox düz olar, yay əğri.
ox iti, göz iti, köz iti.
ox ovçunun, iş bilənin, diş yeyənin, geyim geyənindi.
oxşatmasan tapılmaz.
oxşayan sakalıvı, bir gün çənən qırarıdı. (saqqal qırxır, çənən qırır. saqqalıda qırx, çəninidə qır. oxşayar saqqal, çənən qırmaq üçün. səqqəl oxşandı, çənə qırıldı. çənə oxşandı, səqqəl qırıldı) .
oxu atıp yayı gizlədən, balıq tutan, suyu kirlədən.
oxun atmış yayın yasmış.
oxun gedər əlindən bir gün, yasılar yayın sənində.
oxuşuna yox, toxuşuna bax.
oxuyan tutan qaldı, toxuyan kişi aldı.
oxuyan yaxşı, oxuyandan toxuyan yaxşı.
olacağa nə çara, işlər qalıb haçara.
olamaz bir könüldə, iki canan, yaraşmaz ölkəyə iki sultan.
olan olacaq, köçən köçəcək. (iş olacağına varır. bir soruna, gərəyə aldırmadan, etgilənmədən, olan olur. sən eddiyivi ed, sonuc dəğişməyəcək. sən yapdığın yap, fələk öz işin işləyəcək).
olan yarma qaynadar, olmayan, əlin oynadar.
olanı xoş görən, umduğun yeyər.
olar yazaram, olmaz pozaram.
olmadıq yox, doyulmadıq çox deyilər.
olub bitən gözdən itər, işdən qalan, gözə girər.
olur olmaza inanma, əlindəkin çıxarma.
olur yadlu, duran yadlu yanında, ki yaş dahi yanar quru yanında .
on dil bir gözə dəğməz, on göz bir ələ.
on eşitməkdənsə, bir görmək yeğdir.
on görmüsən, önündə (sonunda) gör.
on gün qov, bir gün ov.
onda doğru deyir ki, yalan daha tükənmiş olur. (çox yalançı haqda söylənir).
onğarmaz (düzəldənməz) kimsə tanrı yazdığın, yazmaz kimsə o pozduğun.
onğulur süngü qılış yarası çox, onğulmağa dil yarası çarə yox .
onun bir kimsə yayın basamaz (onu meydanda kimsə basamaz).
onun dişi, qarnın içindədir.
orana bax, çivivi (mıxıvı) tax. (orana: nisbətə).
Dostları ilə paylaş: |