Abal abal dərviş, pulla bitər hər iş



Yüklə 1,3 Mb.
səhifə9/24
tarix28.12.2021
ölçüsü1,3 Mb.
#17074
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
sayın sayın: azar azar) .

sayqı sayana görədir, düzgü alana görə.

saylaqan qız, daza gedər. (saylaqan: incədən incəyə arıyan. seçən. qurdalayan).

sazsız söz olmaz, elsiz dil olmaz.

sel gedər qum qalar.

sel gücü, damcıdandır.

sevdiyin yük ağır gəlməz.

sevən adam kordu, sevilən korsaq (özün korluğa vuran) .

sevəni, söğmə, söğəni sevmə.

sevənin quluyam, sevməyənin sultanı.

sevgi ağına bozuna baxmaz, ac olan, dadına duzuna.

sevgi birdir, iki ürəyi qapsar.

sevgi gülü tuxumsuz, söğmə kolu tikansız. (sevgi gülün tuxumu yox, söğməyin tikanı yox).

sevgi ilə sevinc birgə yaranıb.

sevgi korluğun bacılığıdır.

sevgi qarnı doydurmaz.

sevgi qarnı doydurmur.

sevgi olmasaydı, kini tanıyan olmazdı.

sevgi, coşun çaydan, bərkiliyin dağdan, dərinliyin dənizdən alır.

sevgi, ölümdən güclüdür.

sevgi, şüşədir, tez sınar.

sevgidən, sevgi doğur, sevgisiz, ürəkli olur. (ürəkli: ürəyi qalmış). (sevgidən, sevgi doğar, sevgisiz, umacsız qalar) .

sevgilin gözü kor olur.

sevgilin gülü var, ciciyin, tikanı.

sevgini qorumaq, onu tapmaqdan çətindir.

sevgini sevən yaradır, sevgini sevməmək '' yara ''dır.

sevgini tapmaq, onu qorumaqdan qolaydır.

sevgiynən məhəbbət, yalançılar bazarında, alınar, satılar.

sevinc qorusan, onla ucalarsan, sevişli qocalsan, qoca deyil, cavansan.

sevinən, sevgisin yaşır, sevindirən, sevdiyin yaşatır.

sevmədiyin arpız, burnuvun dibində qoxur.

sevmək inanmaqdır, inanmaq istəmək.

sevməyi öğrən, sevimli böyü.

sevməyi, kordan öğrəş.

səfehdə susanda, ağıllı görünür.

səfeyə ağıl oğrətməkdənsə, ondan ağıl öğrən.

səggiz sığır bəsləmə, səmiz sığır bəslə.

sənə verdim bir öğüd, öz unuvu özün öğüt.

sənətinə kim xor baxar, boynuna torba taxar.

səni qaldıranda süpürgədi, endirən də dәstәsi.

səpəndə sandıraş olsa, ötgündə (biçində. xərməndə) , irtiş olmaz. (səpəndə sanış, biçəndə barış). (səpən gülüşü, biçənə qalmaz).

səpici (aşçı. dəriçi. dəbbağ) , sevdiyi dəriyi yerdən yerə endirər. (çırpır) .

səpilən dən yığılır, deyilən söz qaçınır. (atılan ox qayıtmaz).

səpilməyən toxum göğərməz.

sərçə səmirsədə, batman olmaz.

sərçə, yağış yağsa balasın, dolu yağsa öz başın qoruyur.

sərmaya: damızlıq. anamal. aramal.

səyasətdə düzlük, oğurluqda uğurluq olmaz.

sıçan bacanı gəzir, kişi açarı.

sıçan balası torba deşər.

sıçan görəndə pələngə dönən pişik, pələng görəndə, sıçana dönər.

sıçan keçər, yol salar.

siçan pişik qorxusundan kiçik qalır.

sıçan sığmaz ininə, qəlbir bağlar belinə.

sıçandan törən (törəyən) torba dələn olur.

silah sahibinə düşmandır.

sınığ baş, tanıq (şahid) götürməz.

sirr ucunu söz açar.

sirri birinə, sorağı ( sualı) mininə.

sirrivi dosdan qıy, dosduvu yağudan (düşmandan) .

sıyan (orucun qıran, yeyən) ki uğruya (xeyr edmək) pisin (şərri) sava, yeğ oruc tutandan ki dünya qova.

soğan acı olsada, sırfada öz yeri var.

soldan vurur, sağdan biçir.

son peşmanlıq assı (asar. fayda) edməz, kəsilən baş geri bitməz.

sonda gələn, qapını örtmüş.

sorayan yetər, soramayan itər.

soruşan dağlar aşar, soruşmayan düzdə çaşar.

soruşan taptı, soruşmayan itdi.

soruşan, dağı aşmış, soruşmayan, yolu çaşmış. (soruşan, dağlar aşar, soruşmayan, düzdə çaşar).

soruşdular: baxt istəyirsin, taxt. – söylədi: baxt olsa, taxt gələr.

soydum əkdim, soyundum əkdim, genə soyuna çəkdi.

soylu xoruz, yumurtada ötər.

soyuq dəmir döğülməz.

soyuq ildə taxıl cücərər, yağışlıqda, ot.

soyuq söz, ürəyə çatınca, buza dönər.

söğə söğə sevilən, sevə sevə söğər.

söğəndə sevgi ocağı arama, sevmiyən söğürsə, qınama.

söğmə tikanı, sevgi gülündən su içər, orax gəlsə, kollu güllü biçər.

söğmənin tikanı yox, sövmənin tükanı yox.

söğüt sulına, qayınğ qasına. (söğüd sulu, yumşaq yeri sevər. qan ağacı qas, bərk yeri).

sökərsə dan, sönər gecə. (dan sökdü, yandı gecə. örtük düşdü, dan söküldü. başlıq düşdü, baş göründü. taqqa düşdü, kəl göründü. ) .

söykəndiyin sevməyən, sevdiyinə söykənməz.

söylədiyin yapdıran, istədiyin qoparan.

söyləyən var, söylədəndə.

söz ağızdakən ləpədi, eşiyə çıxdı dəvədi.

söz ağızdaykən qulundur, çıxdısa, qulusan.

söz ağrısın ər çəkər, yük ağrısın nər çəkər.

söz bir olsa, kərən sındırar. (kərən: çox gur olan nərsə).

söz daşıyan, ara pozan.

söz dediyin, yaxcıda olur, yadlıda (pis) olur.

söz deyəndə usdadı, iş deyəndə xəsdədi.

söz dildən, oğul beldən, iş əldən.

söz quşdur, buraxsan uçub geder, geri dönməz.

söz quşdur, buraxsan uçub gedməz, xiddəyindən yapışar.

söz odur candan qopa, könlə sığa.

söz ola kəsə savaşı, söz ola bitirə başı. (söz ola baldan dadıl, söz ola ağıdan qatıl. - söz ola can dərmanı, söz ola bağır yarı. - söz ola qaymaqla bal, söz ola odla alav).

söz torbaya girməz.

söz var cana düzür (sınır) , söz var canı üzür.

söz var desən qatar, söz var deməsən yatar.

söz var iş bitirir, söz var baş itirir. (söz var iş bitirir, sözdə var ağıl itirir).

söz var söz var, birini dinləmək çətin, birin demək çətin.

söz verir, bez vermir.

söz, yiyəsi qınında, yiyəsi sözün qınında. (söz, deyənin dustağı, deyən sözün dustağı).

sözə süçünsə bulun barır. (sözə şirnəşən, əsir düşür).

sözlə pilov pişsə, dənicən yağ məndən.

sözlə sap, istədiyin yerə dartılır.

sözlü kişi yaxcıda olur, yatlıda olur.

sözsüz, ev olmaz. çalqısız, toy olmaz.

sözü boşla, işi yoxla.

sözü daşınan çəkməzlər, ipinən ölçməzlər.

sözü de anlayana, dedin demədin nə fərqi var qulağa pambıq tıxana.

sözü olana dil ver, söz eşidənə qulaq.

sözün acısı yandırar, acı istiyot daddırar. (dadlandırar) .

sözün damarı olar, çəkdikcə, uzanar.

sözün düzün, yalançıdan öğrən.

sözün qısası, ipin uzunu (öğüdün qısası, ipin uzunu) .

sözün qıssası qızıldır, ortası gümüş, uzunu koluş.

sözün sonu yoxdur, duyqunun dibi. (duyqu: oyu. düşünmə. fikir. xiyal) .

sözün verdin, işin yap, qaşıq oydun, sapın yap.

sözün yaxcısın dimmiyəndən öğrən, sırrın gözəlin demiyəndən.

sözün yaxşısı qısa olur, ipin yaxşısı uzun.

sözünən quş, qanatlı doğulur.

sözüvü de, işivi tut.

su axar-axar yolun tapar.

su altda gömişən, başında yığar. (su ayağında atılan, su başında yığılar).

su başdan aşmasın, durum kökdən pozulmasın.

su bulandırmaqla, balığ tutulmaz.

su çiçiyin, söz böyüyündü.

su çuxura yığışar.

su çuxurda durar, pul qıtmırda.

su dibində yaşlanan, su üzünə daşlanar.

su doğranmaz.

su gedər, daş qalar, vəsmə gedər qaş qalar.

su gəlməzdən toğan tut. (


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin