Abal abal dərviş, pulla bitər hər iş



Yüklə 1,3 Mb.
səhifə6/24
tarix28.12.2021
ölçüsü1,3 Mb.
#17074
1   2   3   4   5   6   7   8   9   ...   24
oratın : örətin: dikə duran. ayağ üsdü. - ərincək örətin uyur, yatıp işsər. : təmbəl ayağda yuxlar, yataqda işləmək duyğusunda olur.

ordun varsa, yurdun var.

ortada yeyir, qırağda sıçır, qırağda yeyir, ortada sıçır.

ortağ, ərdən (adamdan) artıq almaz. (ortaq, ortağın gözləməlidi).

ortaq öküzdən tək bizov yeğdi.

ortalıq qazanı, qaynamaz.

oruc tutmayan adam, balası adın ''ramazan'' qoyar. (oruc tutmayan, oğluna 'rəməzan' deyər) .

orunla (ölçüynən) gəzən oynuyar gedər. oranasız gəzən oyunda gedər.

ot çoxsa (çox isə) , mal qara, ölü çoxsa, xoca kökəlir.

ot içindən tutuşar.

ot qalxar, su alçaqdan aşar.

ot olsa, haranı yandırar, su olsa belə, haranı söndürər. (çox göydən gedənə söylənir).

ot tütünsüz bolmas, yigit yazuğsuz (suçsuz).

ot, kök üstə bitər.

otaçı (həkim) öz sağlığın güdsə, kəsəllənər.

otu çək, külünə bax.

otuq ötüşlə uçmaz. (od püfləməklə sönməz).

otumağın başarmır, danışmasın nə bilir.

oturan tapır axdaran tapmaz. !?.

oturma gecə gündüz, yol al yol, yalan yoldaşə küyməmiş yürən ol.

oturma gecə gündüz, yol al yolk, yalan yoldaşa uyma, yolda ol.

oturma! yol eri yolda yaraşur.

oturmaqla varlanmaq olsaydı, sıçan hamıdan varlı olardı.

otursan təmbəllik basar, oxusan gözün açılar.

oturub boş verərsən, almağa durmalısan.

oturub ölməkdənsə, dur, yıxıl, öl !.

oturur gözədir dağdan yuvadan, ovada gördüyün yaddan yavadan.

ov həsrəti, alıncan, can həsrәti, verincan.

ov tapanmayan atından, vuranmayan oxundan küsər.

ov, gözün qurdudu.

ova, ulaya ulaya gedməzlər.

ovcuna osdurub daşşağına məs çəkir.

ovcuna osdurub daşşağına məs çəkmə. (ovcuna osdurub, daşşağına məs çəkir) .

ovçu axınçı, arsız gərək.

ovçu neçə al bilsə. azıq onca yol bilir.

ovçu ovunda, yolçu yolunda gərək.

ovçu ovunda, yolçu yolunda. (ovçu ovunda, yolçu yolunda gərək) .

ovçu, ovun izindədir.

ovçuya bir gözdə yetər.

ovu ıçqındın, quşu ıçqınma. (ovu qaçırdın (əldən verdin) , quşu qaçırma. əldən vermə) .

oynağan yorulmaz, yorulmasa oturmaz.

oynaq atın çulu yırtıq.

oynamaq bilməyən qız : yerim dar demiş, yerin genətmişlər, yenim dar demiş (yenim : ətək. don) .

oynaşa söykən ərsiz qal, qonşuya söykən şamsız qal.

oynaşdan ucuzu yoxdu, oda bəxtinədi.

ödünc (mükafat) , döyünc (mücazat) , dövlətin iki gözüdür.

öğrənmək baxmağınan olsaydı, it qəssab olardı.

öğrənməklə bir iş bitir, biri başlır.

öğrəşilən işlənilir, görünən yansıtılır.

öğrətmənə ikisi gərək, bir bilik, biri ürək.

öğüdün qısası, ipin uzunu (sözün qısası, ipin uzunu) .

öklənməmiş (düşünmədən) evlənən ev yıxar, öklənibsə evlənir, ev yığar.

öksüz oğlan göbəyini özü kəsər, birər birər əngəlləri aşıp keçər.

öküz ayağı olunca, bizov başı olmaq yeğ. ( xan ayağı olunca, öz başıvın başı ol) .

öküz böyüyüb dəvə olsa, dəvə böyüyüb dağ olar .

öküz öldü ortağ ayrıldı.

öküzdən süt çıxmaz, axmaxdan öğüt.

ölçü bilməz: ürək. dəniz. çay.

ölçü öz özünə ölçülməz. uşaq, öz özünə böyüməz, parça öz özünə biçiləz, yol yolağsız, yerilməz.

öldürənin anası unudar, ölənin yox.

ölecek (eceli gelen) sıçan pişiyin daşağın qaşır. (ölecəyi (əcəli) gelen sıçan, pişiyin daşağın qaşır).

öləcək qarqa, qırılmış dala qonar.

öləcəklə olacağa, qara yox. (qara: çarə) .

ölən sığır sütlü, ölən qadın qutlu olur. (qutlu: uğurlu) .

öləndə. hammı yalnızdı.

öləni boşla, gələni xoşla.

ölkə qıvamı, qılıncla qələmdəndir.

ölkə yağışdan çıxıp yağmıra düşüb. (heç nə dəğişməmiş).

ölmə eşşək, yonca çıxınca, sararma yoncam torba tikincə

ölməzi tanrı yaratmaz, qırılmazı, çanağçı.

ölmüş atın, nalı sökülər, dilsiz elin başı.

ölü aslan, çaqqal toparı.

ölü üstünə otaçı, ola bilməz can açı: ölüyə həkim gedsin, can çıxmışsa netsin (nə edsin) , .

ölüm ağlasanda gəlir, gülsəndə.

ölüm qorxu bilməz, .

ölüm soruşmamış gələr. (soruşmamış: xəbəsiz) .

ölümdən danışanda, güləndə olur, ağlayanda.

ölümdən güclü, sevgidir.

ölümdən, dəli qorxmaz. ölümü, səfeh saymaz, ölümə usuğ aldanmaz. (usuğ: ağılı) .

ölümə güvənən, dirliyin yaxşı yaşar.

ölümə hən deyən, bir kərə ölür, ölümdən qorxan, min kərə.

ölümü çatan buğa, baltadan qorxmaz.

ölümün gözü yox, görsün, sözü yox, söyləsin.

ölünün nəyinəki (sikinəki) dirilər halva yeyir.

ömrə tapı yoxdu. (tapı: qəbalə) . (ömrə qəbalə yoxdu).

ön ayağ izin, ard ayağ pozar.

ön ayağ izin, ard ayağ pozar.

öncə ovla sonra seç.

öncə sanış, sonra salış. (öncə düşün, sonra danış).

öndəkinin çaşını daldakı bilər. (öndə gedənin yalnışın, arxadaki görə bilir). (çaş: səhv) .

önün anlamayan, sonun danlar.

öpüşmək qonca ləplərlə, quçuşmaq incə bellərlə.

ördək balası üzgən olur.

ördəyini əsir gəlmə qazlıdan.




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin