Azərbaycan Respublikası Səhiyyə Nazirinin
19 sentyabr 2012-ci il tarixli 70 nömrəli
əmri ilə təsdiq edilmişdir.
Həkim-parazitoloqun nümunəvi vəzifə
T Ə L İ M A T I
I. . Ümumi müddəalar
1. Bu vəzifə təlimatı həkim-parazitoloqun vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Həkim-parazitoloq vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir.
Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində ali tibb
təhsili olan və qanunvericiliklə müəyyən edilmiş qaydada “epidemiologiya” ixtisası
üzrə peşə hazırlığı keçmiş, ixtisası üzrə ən azı 2 il əmək stajına malik şəxs təyin
edilir.
3. Həkim-parazitoloq Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunur
və vəzifədən azad edilir.
4. Həkim-parazitoloq bilavasitə şöbə müdirinəin tabeliyində fəaliyyət
göstərməklə, tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.
5. Həkim-parazitoloq aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək məcəlləsinin və
Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını;
5.2. səhiyyə müəssisələrinin, o cümlədən dövlət sanitariya-epidemioloji
xidmətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.3. sosial gigiyenanın əsaslarını, səhiyyənin və sanitariya-epidemioloji
xidmətin təşkilini;
5.4. səhiyyə müəssisələrinin, o cümlədən dövlət sanitariya-epidemioloji
xidmətin fəaliyyətini, tənzimləyən normativ hüquqi aktları;
sanitariya qanunvericiliyini, sanitariya epidemioloji xidmətin fəaliyyətinin
hüquqi əsaslarını;
5.5. sanitariya-epidemioloji xidmətin işinin planlaşdırılması prinsiplərini, forma
və metodlarını;
5.6. təşkilati-sərəncamçı sənədləri, kargüzarlıq qaydalarını;
5.7. laboratoriyaların işinin təşkili; tədqiqatın gigiyenik, fizioloji, klinik, fiziki,
kimyəvi, statistik, laborator və instrumental metodlarını;
5.8. epidemiologiyanın ümumi qanun və meyarlarını, yoluxucu xəstəliklərin
bioekoloji xarakteristikasını, epidemik prosesi və onun inkişafına təsir edən
faktorları;
5.9. epidemiya əleyhinə tədbirlər sistemini;
5.10. yoluxucu xəstəliklərin profilaktikası prinsiplərini və ardan qaldırılması
yollarını;
2
5.11. gigiyenik və sağlamlaşdırıcı tədbirlərin təşkili və aparılmasını;
5.12. cari sanitariya nəzarətinin mahiyyətini, təşkili və metodlarını;
5.13. mülki müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini;
5.14. sanitariya-maarifləndirmənin əsaslarını;
5.15. Parazitologiyanın mahiyyətini, parazitoloji xidmətin təşkilini, strukturunu,
vəzifələrini, parazitologiya üzrə hüquqi-normativ və təlimat-metodik sənədləri;
5.16. sənədlərin düzgün tərtibatını
5.17.parazitoloji xidmətin fəaliyyətinin planlaşdırılmasını və hesabatını, onun
fəaliyyətinə nəzarətin qayda və üsullarını;
5.18. kompyuter və digər müasir informasiya texnologiyaları vasitələri ilə
işləməyi;
5.19. daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik
texnikası və yanğına qarşı mühafizə qayda və normalarını bilməlidir.
II.Vəzifə öhdəlikləri
6. Həkim-parazitoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir
profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə edilməklə
parazitar və transmissiv xəstəlikli xəstələrə ixtisaslaşdırılmış tibbi yardım
göstərilməsinə və belə xəstəlik ocaqlarında profilaktik tədbirlərin aparılmasına nəzarət
edir
7. Müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq parazitar və
transmissiv xəstəlikli xəstələrin müalicəsinin aparılması taktikasının müəyyən
edirlməsində; pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik
edirlməsində və əlavə müayinə metodlarının tətbiqində iştirak edir.
8. Parazitar və transmissiv xəstəliklərin qarşısının alınması və azaldılması üzrə
tədbirlərin keçirilməsini təşkil edir.
9. Tibb müəssisələri üçün parazitar və transmissiv xəstəliklərin profilaktikası
və onlarla mübarizə məsələləri üzrə informasiya-analitik materialları hazırlayır.
10. Müalicə-profilaktika və digər müəssisələr və idarələrlə birlikdə parazitar və
transmissiv xəstəliklərin yayılmasının qarşısının alınması və ləğv edilməsi üzrə
tədbirlər həyata keçirir.
11. Parazitar və transmissiv xəstəliklərin mənbələrinin aşkar olunması zamanı,
onların epidemioloji müayinəsini aparır və sağlamlaşdırılması üzrə işi təşkil edir.
12. Xidmət ərazisində tibb müəssisələrinin parazitar və transmissiv xəstəliklərin
profilaktikası üzrə işinə, eləcə də digər obyektlərdə sanitariya-gigiyenik, epidemiya
əleyhinə rejimə riayət edilməsinə, bu xəstəliklərin profilaktikasına aid tədbirlərin
yerinə yetirilməsinə metodik rəhbərlik və nəzarəti həyata keçirir (məktəbəqədər,
məktəb, yay uşaq sağlamlıq müəssisələri, sənaye müəssisələri, və s.).
13. Parazitar xəstəliklərin mikroskopik və immunoloji diaqnostikası üzrə
laborator xidmətin işinin keyfiyyətinə nəzarəti həyata keçirir.
14. Parazitar və transmissiv xəstəliklərin profilaktikası və onlarla mübarizə üzrə
tədbirlərin keyfiyyətinin təhlilini aparır.
15. Parazitar və transmissiv xəstəliklərin profilaktikası və onlarla mübarizə
üzrə işin kompleks planlarının layihələrini tərtib edir.
3
16. Parazitar və transmissiv xəstəliklərinin profilaktikası üçün dərman tələbatını
planlaşdırırlmasında iştirak edir, onların düzgün saxlanılması və istifadəsinə nəzarəti
həyata keçirir.
17. Parazitar və transmissiv xəstəliklərin aşkar edilməsinə, qeydiyatına və
hesabatına nəzarət edir, müvafiq sənədləşməni təmin edir.
18. Həkim və orta tibb işçilərinin parazitar xəstəliklərin epidemiologiyası,
profilaktikası və laborator diaqnostikası biliklərin artırılmasına köməklik göstərir.
19. Sanitariya qaydalarına, gigiyena normativlərinə riayət edilməsinə,
epidemiya əleyhinə (profilaktik) tədbirlərin təşkilini və aparılmasına nəzarəti həyata
keçirir.
20. Sanitariya-epidemioloji ekspertizanı, araşdırma, müayinə, tədqiqat, sınaq,
gigiyenik, parazitoloji və digər qiymətləndirmə növlərinin təşkil edilməsində iştirak
edir.
21. Sosial-gigiyenik monitorinqin aparılmasında iştirak edir.
22. Öz ixtisası üzrə sanitariya-epidemioloji rəylər verir.
23. Başqa bölmələrin mütəxəssislərinə öz ixtisası üzrə məsləhət yardımı
göstərir.
24. Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə
öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.
25. Cihaz və avadanlıqların istismarının düzgünlüyünə, orta və kiçik tibb heyəti
tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə
nəzarət edir.
26. İxtisasartırma üzrə məşğələlərin aparılmasında iştirak edir.
27. Tibbi və digər aidiyyati sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq
vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.
28. Sanitariya-maarifləndirmə işi aparır.
29. Həkim etikasının qayda və prinsiplərinə riayət edir.
30. Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, eləcə də öz peşə
fəaliyyəti üzrə normativ hüquqi aktları vaxtında icra edir.
31. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına,
sanitariya-epidemioloji rejimə riayət edir.
32.Mülki müdafiə işlərinin təşkilində və həyata keçirilməsində iştirak edir.
33. Mütəmadi olaraq öz ixtisasını artırır.
III.
Hüquqları
34. Həkim-parazitoloqun aşağıdakı hüquqları vardır:
34.1. Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi ilə verilmiş, özünə
aid olan səlahiyyətlərdən tam istifadə etmək;
34.2. dövlət sanitariya-epidemioloji nəzarətinin təkmilləşdirilməsi, özünün
əmək fəaliyyətinin təşkilinin və şəraitinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər
vermək;
34.3. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, göstərişlər vermək və onlardan dəqiq icra tələb etmək, həvəsləndirilmə və
tənbeh edilmə üzrə rəhbərliyə təkliflər vermək;
4
34.4. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri tələb etmək, əldə etmək və istifadə etmək;
34.5. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
34.6. qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə
təkmilləşdirmə kurslarından keçmək;
34.7. müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək;
34.8. müəyyən olunmuş qaydada ixtisas kateqoriyası almaq məqsədilə
attestasiyadan keçmək;
35. Həkim-parazitoloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq bütün əmək hüquqlarından istifadə edir.
IV.
Məsuliyyət
36. Həkim-parazitoloq aşağıdakılara görə məsuliyyət daşıyır:
36.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
36.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;
36.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına
riayət edilməsinə;
36.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər
xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
36.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
36.6. ona tabe işçilərin icra intizamına və vəzifə öhdəliklərinin yerinə
yetirilməsinə;
36.7. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə və müəssisədə olan digər
şəxslərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya
qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında
məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə görə
məsuliyyət daşıyır.
37. Həkim-parazitoloq əmək intizamının, qanunvericilik və normativ-hüquqi
aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, hərəkətin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.
Dostları ilə paylaş: |