Bazar iqtisadiyyatı



Yüklə 16,15 Kb.
tarix27.10.2019
ölçüsü16,15 Kb.
#29443
bazar

Bazar iqtisadiyyatı — dünyada mövcud olan iqtisadi sistemlərdən ən geniş yayılmışıdır. Bazar iqtisadiyyatı məfhumundakı "bazar" iqtisadiyyatın bazar təbiətli olmasını bildirir. Bazar təbiətli olmaq o deməkdir ki, iqtisadiyyat bazar üçün işləyir, bazar mexanizmi və bazar qanunları ilə tənzim olunur. Tarixən bazar bazar iqtisadiyyatından əvvəl meydana gəlmişdir. İqtisadi mənada bazar, əmtəə istehsalının zəruri tərkib hissəsi, əmtəələrin satın alınması və satılması ilə əlaqədar olan sövdələşmələrin toplusudur. Başqa sözlə, bazar əmtəə istehsalına xas olan bütün qanun və kateqoriyalarla (rəqabət, tələb, təklif, konyuktura və s.) səciyyələnən, onları özündə birləşdirən iqtisadi anlayışdır. Beləliklə, bazarı aşağıdakı variantlarda göstərildiyi mənalarda səciyyələndirmək olar. Bazar: 1) Əmtəə istehsalı və tədavülü qanunları əsasın­da təşkil olunan mübadilə – əmtəə mübadiləsi – münasibətlərinin toplu­sudur; 2) Alıcı-larla satıcılar arasında qarşılıqlı fəaliyyət mexanizmi, tələblə təklif arasında nisbətin meydana çıxdığı «yerdir»; 3) Ölkə daxi­lin­də və ölkələr arasında istehsalçılarla istehlakçıları bir-birinə bağla­yan mübadilə dairəsidir; 4) Əmtəələrin satın alınması (P – Ə) və satıl­ması (Ə – P) ilə əlaqədar olan sövdələşmələrin toplusudur.

Bazar ilk dəfə xırda əmtəə istehsalı şəraitində gündəlik tələbat məhsullarının reallaşdırıldığı sadə formada meydana gəlmişdir. İqtisadi inkişafın sonrakı mərhələlərində əmtəə tədavülü dairəsi görünməmiş də­rəcədə genişlənmiş və bunun nəticəsində istehlak malları və investisiya əmtəələrinin, iş qüvvəsinin, qiymətli kağızların və xarici valyutaların, elmi-texniki tədqiqatların alınıb-satılması ilə məşğul olan bazarlar sistemi meydana gəlmiş və inkişaf etmişdir. Bütün bunlara əsasən ba­zarın quruluşunun aşağıdakı kimi olduğunu demək olar: 1) İşçi qüvvəsi bazarı; 2) Maliyyə bazarı (ssuda – borc kapitalları bazarı); 3) İnves­tisiya əmtəələri bazarı; 4) İstehlakçılar bazarı; 5) Xidmətlər bazarı; 6) Tex­nologiya bazarı; 7) İntellektual mülkiyyət ünsünləri bazarı.

Ərazi hüdudları – coğrafi mövqeyinə görə bazarlar yerli (bölgə, şəhər, kənd), daxili (mil­li), xarici (beynəlxalq) bazarlara ayrılır.

Bazar üstünlükləri:
1) Ehtiyatları, cəmiyyətə daha çox lazım olan əmtəələrin isteh­sa­lına yönəltdiyi üçün onların səmərəli bölüşdürülməsinə təsir edir:
2) Mövcud olan məhdud miqdarda ehtiyatlardan daha çox məh­sul istehsal etməklə maksimum iqtisadi səmərə əldə edilməsinə im­kan verir. 3)İnformasiyaların məhdudluğu şəraitində belə, özünün səmə­rə­li fəaliyyət göstərməsini təmin edir. 4) Çeviklik, dəyişən şəraitə uyğunlaşma qabiliyyəti formalaş­dı­rır. Məsələn, keçən əsrin 70-ci illərində enerji daşıyıcılarının qiymətləri artdıqda, bazar, ona qarşı alternativ enerji mənbələrinin axtarılıb tapıl­ma­sı, ehtiyatlara qənaətedici texnologiyanın tətbiqi və enerji resursla­rı­na qənaət rejiminin həyata keçirilməsinə səbəb olmuşdur;
5)Elmi-texniki tədqiqatların nəticələrindən optimal istifadə olun­masına şərait yaradır. Belə ki, əmtəə istehsalçıları daha çox mənfə­ət əldə etmək məqsədilə yeni əmtəələr yaradır, ən yeni texnologiya­lar­dan istifadə edir. 6) Çoxsaylı müxtəlif tələbatları ödəmək qabiliyyəti, əmtəə və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, qeyri-tarazlıq hallarının da­ha tez təshih edilməsi üçün şərait yaradır.

Lakin bunlarla yanaşı, bazarın çatışmazlıq­la­rı da vardır. Belə ki, bazar:


1) Təkrar istehsalı mümkün olmayan ehtiyatların saxlanıl­ma­sı­nı təmin edə bilmir;


2) Ətraf mühitin qorunmasının iqtisadi mexanizminə malik de­yildir. Odur ki, sahibkarları ekoloji baxımdan müxtəlif növ «təmiz» istehsalatların yaradılmasına vəsait qoymağa yalnız qanunvericilik akt­ları məcbur edir;
3) Bütün insanlara məxsus olan – məsələn, okeanların balıq sər­vəti – ehtiyatlardan istifadə olunmasını tənzimləmək iqtidarında de­yildir;
4) Qəbul edilən qərarların mümkün olan mənfi nəticələrini nə­zə­rə ala bilmir. Məsələn, 1948-ci ildə Isveç kimyaçısı P. Müller kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı mübarizə vasitəsi kimi DDT pes­di­sidinin kəşfinə görə Nobel mükafatı almış, lakin 1960-cı ildə onun tərkibində can­lı orqanizmin konstrukturlarına təsir göstərən güclü zəhər olduğu aşkar edilmişdir;
5) İnsanların əmək və gəlir əldə etmək hüquqlarına təminat vermir. Ona görə də hər bir fərd özünün maddi vəziyyətini dəyiş-dirmək üçün qərarlar qəbul etməlidir. P. Samuelsonun fikrincə bazar sistemi qeyri-bərabərliyi təkrar istehsal edir.
6) Fundamental elmi-tədqiqatların aparılmasını təmin etmir;
7) Sosial baxımdan bazar, cəmiyyət üçün zəruri olan əmtəə­lə­rin istehsalına deyil, daha çox imkanı, pulu olanların tələbatının ödənilməsinə is­ti­qamətləndirilmişdir.
Yüklə 16,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin