Uşaqlıq boynu eroziyası



Yüklə 9.84 Kb.

tarix25.03.2017
ölçüsü9.84 Kb.

Uşaqlıq boynu eroziyası

Yazan Administrator

  

Uşaqlıq boynu eroziyası qadın cinsiyyət üzvlərində, ən çox təsadüf edilən ginekoloji



xəstəliklərdən biridir.

      


Hərfi mənada ifadə etsək, eroziya – uşaqlıq boynunun selikli qişasının xoşxassəli

dəyişikliyindən ibarətdir.

  

Ancaq ilkin olaraq xoşxassəli olmasına baxmayaraq, uzun müddət mövcud olduğu halda və



müalicə olunmadığı təqdirdə, eroziya çox təhlükəli xəstəlik olan uşaqlıq boynunun xərçənginə

çevrilə bilər! Məhz buna görə də uşaqlıq boynunun eroziyasını vaxtında müalicə etmək lazımdır!

  

Uşaqlıq boynu eroziyası əksər hallarda özünü heç bir əlamətlə büruzə vermir və yalnız

ginekoloq tərəfindən profilaktik tibbi müayinə zamanı aşkar edilir. Bəzi hallarda eroziyası

olan qadınlarda cinsi əlaqə zamanı və ondan sonra qan qarışıqlı ifrazatın və ağrının olması,

cinsi yollardan ifrazatın artması və s. əlamətlər müşahidə edilə bilər. Bu əlamətlərdən hər hansı

birinin olduğu halda isə, ginekoloqa müraciət etmək vacib hesab edilir!

  

Uşaqlıq boynu eroziyasının inkişaf etməsinə müxtəlif infeksiyalar səbəb olur. Bu

infeksiyaların bəziləri qadın cinsi yollarında daimi olaraq yaşayır (stafilokoklar, streptokoklar və

s.), bəziləri buraya bağırsaqdan keçir (bağırsaq çöpləri), digərləri isə qadın cinsi əlaqə zamanı

(ureaplazma, mikoplazma, xlamidiyalar və s.) yoluxa bilir. Bütün bu infeksiyalar və mikroblar

üçün müvafiq münbit şərait yarandıqda (qadının immunitetinin zəifləməsi, hormonal

patologiyalar nəticəsində uşaqlıq boynu seliyinin tərkibinin pozulması, uşaqlıq yolunun

disbakteriozu, qadın cinsi orqanlarının iltihabi xəstəlikləri və s.), onlar sürətli şəkildə artaraq

sözün əsl mənasında uşaqlıq boynunun selikli qişasını “yeyirlər”. 



Digər halda, abortdan (süni uşaqsalma), doğuşdan, kobud cinsi əlaqələrdən sonra

uşaqlıq boynu zədələnir, onun selikli qişasında çatlar, zədələnmə sahələri əmələ gəlir ki,

 1 / 2


Uşaqlıq boynu eroziyası

Yazan Administrator



bu da sonradan həmin yerdə eroziyanın yaranmasına səbəb olur. 

  

Qadında uşaqlıq boynu eroziyası müəyyən edildikdən sonra həkim ona daha bir neçə müayinə



(infeksiyalara görə müayinə, uşaqlıq yolu ifrazatının disbakterioza görə əkilməsi və s.) təyin

edərək eroziyanın inkişaf etməsinin səbəbi müəyyən edir. Eroziyanın səbəbi müəyyən edilərək

aradan götürülməzsə, aparılan müalicədən sonra o yenidən yarana bilər.

  

Eroziyanın müalicə üsulunun seçilməsi xəstənin yaşından, eroziyanın ölçüsü və formasından,



eroziyanın yaranma səbəblərindən, yanaşı gedən xəstəliklərdən və s. asılı olaraq müəyyən

edilir. Cavan doğmamış qadınlarda eroziyanı xüsusi dərman preparatları ilə müalicə edirlər. Bu

ən sadə, ən ağrısız və ən qoruyucu müalicə üsulu olub, ancaq kiçik ölçülü eroziyaların

müalicəsində effektiv olur.

  

Bu üsuldan savayı, eroziya sahəsinin xüsusi aparatlar vasitəsi ilə maye azotla dondurulması,



lazerlə və ya elektriklə yandırılması (lazerokoaqulyasiya və elektrokoaqulyasiya) üsullarından

da istifadə edilir. Eroziyanın elektrokoaqulyasiya üsulu ilə müalicə olunması üsulunun,

gələcəkdə uşaq olmasını arzulayan qadınlarda tətbiq edilməsi məsləhət görülmür. Çünki bu

üsulla müalicədən sonra uşaqlıq boynunun selikli qişası daha dərin şəkildə zədələnir və uşaqlıq

boynunun özü isə deformasiyaya uğrayır. Bu isə gələcəkdə hamiləliyin daşınması zamanı

müxtəlif problemlərə səbəb ola bilər.



  

Gecikmiş hallarda, eroziya fonunda xərçəng xəstəliyinin ilkin əlamətləri meydana çıxarsa,



cərrahi müalicə üsulundan istifadə edilir.

 2 / 2





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə