1
Kandavlizm
Şahin Böyükağa oğlu Əlibəyli
Candaulism
Shahin Boyukaga oglu Alibeyli
Кандавлизм
Шахин Боюкага оглы Алибейли
2
Giriş
«Mənimlə arvadım Olimpiya arasında olan mübarizə həyatım boyu apardığım
ən çətin müharibədir»
Makedoniyalı İsgəndərin atası Makedoniyalı İkinci Filipp
* * *
«Əgər arvadın səni söyürsə, buna normal bir şey kimi yanaş, hərgah tərifləməyə
başlayıbsa, dərhal onun günahının nədə olması barəsində fikirləş».
Bolqar yazıçısı, şair və dramaturqu, yumorist və aforist Veselin İvanov
Geirgiyev (1935–2013)
Alimlər qeyri-standart seksual münasibətləri «parafiliya»
1
termini ilə ifadə
edirlər. Parafiliyalı insanın qəlbinə girən arzular onu həmişə didib-dağıdır, lakin çıxıb
getmək istəmir. Belə arzular insana «xoş əzab» bəxş edir. Bu mənəvi əzabın özünəməxsus
«şirinliyi», «cəlbediciliyi» ucbatından insan həmin arzularının tükənməsini istəmir, bütün
ömrü boyu onları saxlamağa çalışır. Həzz verən, ləzzət bəxş edən bir şeydən ayrılmaq
insan üçün çətin olur. Parafiliyalardan əziyyət çəkən insanın həyatı məhz iztirab verən arzu
üzərində qurulur. Gümüş əsr rus şairi, akmeizm məktəbinin yaradıcısı, prozaik, tərcüməçi
və ədəbi tənqidçi Nikolay Stepanoviç Qumilyov
2
1920-ci ildə qələmə aldığı «Altıncı hiss»
şeirində «daim gizli arzusuyla əzab çəkir» misrasını sanki parafiliyalı insan üçün deyibmiş,
çünki belə insanın həyatı həqiqətən misrada deyilənlərə uyğun surətdə keçir.
Heç bir ailənin parafiliyadan sığırtalanmadığını əminliklə söyləmək olar. Bunun
səbəbi belə izah edilir ki, parafiliyanın ayrı-ayrı növləri çox müxtəlif inkişaf
mexanizmlərinə malik olur və istənilən yaşda təzahür edə bilir. Hətta ən müvəffəqiyyətli
nikah hesab edilən hallarda ər-arvaddan kimdəsə (çox vaxt birində, nadir hallarda hər
ikisində) parafiliya qeydə alına bilər. Zahirən xoşbəxt olmasına şübhə edilməyən ailələrdə
parafiliya olmasına inanmaq çətindir, ancaq firavan həyat sürən insanlar özləri bunu etiraf
etdikdə artıq deməyə söz tapılmır. Ömrünün ilk 30–35 ilini normal cinsi həyat sürmüş
insanın bundan sonra mübtəla olduğu parafilik meyldən başı açılmaya bilər. Təməli
uşaqlıq illərində qoyulmuş hər hansı parafiliya forması müvafiq situasiya yarandığı
təqdirdə artıq özünü gizlətməkdən qalır. Təsadüfi deyildir ki, ayrı-ayrı insanlara anonim
məsləhətlər verən mərkəzlərin mütəxəssisləri, xüsusən nikah-ailə məsləhətxanalarında
çalışan həkim-psixoloq (klinik psixoloq), psixiatr və seksoloqlar yardım almaqdan ötrü
onlara müraciət edən ər-arvadların problemlərini araşdırarkən bir çox hallarda mübahisənin
bir tərəfinin məhz parafilik tendensiyaya bağlı olduğunu aşkara çıxarırlar. Həqiqətən
parafiliyaların bir çox növləri ailə münasibətlərinə ciddi zərər verir, tərəflər arasında
inamsızlıq mühiti formalaşdırır, onları bir-birindən incik salır. Bu baxımdan kandavlizm
daha ciddi narahatlıq doğuran bir parafiliya formasıdır.
Seksual meylin pozulması formalarından biri kimi kandavlizm elə çox rast
gəlinməsə də, ancaq onun barəsində dürüst elmi məlumatların əldə olunması vacibdir.
Təkcə seksoloq və psixiatrlar deyil, eyni zamanda nevroloqlar, mama-ginekoloqlar,
3
androloqlar, ümumi praktika həkimləri, həmçinin qeyri-tibb ixtisasları üzrə çalışan
mütəxəssislər, xüsusən psixoloqlar, sosioloqlar, kulturoloqlar, hüquqşünaslar və başqaları
belə məlumatları əldə etməkdə maraqlıdırlar.
Oxuyacağınız monoqrafiyada kandavlizmdən geniş bəhs edilir. Monoqrafiya iki
fəsildən ibarətdir. Birinci fəsildə «kandavlizm» termininin definitiv-sinonimik səciyyəsi
açıqlanır və etimoloji-tarixi təhlili verilir. İkinci fəsildə kandavlizmin kandavlistin portreti,
kandavlizm formalarının təsnifatı və onların ayrı-ayrılıqda klinik mənzərəsi, etiologiyası və
patogenezi, diaqnostikası, müalicəsi və profilaktikası haqqında söhbət edilir. Aydın
olmayan, yaxud barəsində əlavə məlumat verilməsi lazım gələn sözlərin axırında qüvvət
şəklində yazılmış ərəb rəqəmləri monoqrafiyanın sonundakı «İzahlı qeydlər» bölməsinə
yönləndirmə məqsədini güdür.
Dünyada «Qurani-Kərim» kitabından savayı heç bir kitab nöqsanlardan xali
deyildir. Aydın məsələdir ki, kandavlizmdən bəhs edən monoqrafiya da nöqsansız ola
bilməz. Elə buna görə də monoqrafiya haqqında oxucuların tənqidi fikir və qeydləri,
həmçinin onun gələcəkdə təkmilləşdirilməsinə xidmət edə biləcək faydalı məsləhət və
göstərişləri bu sətirlərin müəllifi tərəfindən minnətdarlıq və səmimiyyətlə qarşılanacaqdır.
Birinci fəsil. «Kandavlizm» termininin definitiv-sinonimik səciyyəsi və
etimoloji-tarixi təhlili
§ 1.1. «Kandavlizm» termininin definitiv-sinonimik səciyyəsi
«Həqiqət nadir hallarda təmiz olur və heç vaxt birmənalı olmur».
İrland mənşəli ingilis filosofu, estet, yazıçı və şairi
Oskar Finqal Oflaerti Uills Uayld
(Oscar Fingal O’Flahertie Wills Wilde; 1854–1900)
* * *
Ofisdə yanaşı əyləşən iki yoldaşdan biri digərindən soruşur:
– Dünəndən yoldaşlardan kimsə mənim kompüterimdə bir qadının şəkillərini
saxlayıb, deyə bilməzsən, bu bədləkər kimdir?
– Bu mənim arvadımdır.
– A, sən allah bağışla, bilmədim, ağılsızlıq etdim.
– Yox, yox, qardaş, qəti narahat olma, başıboş mənəm, adama deyərlər, sənin
arvadının çılpaq şəkilləri mənim kompüterimdə nə gəzir ki, mən də onlara baxanda bu
bədheybətin kim olduğunu soruşuram?!
(Lətifə)
Bəzi hallarda individdə öz seksual partnyorunu çılpaq halda başqalarına
nümayiş etdirmək tələbatı yaranır. Belə bir qarşısıalınmaz tələbatın meydana çıxmasından
ibarət olan cinsi pozğunluğa çılpaq seksual partnyorun başqalarına nümayiş etdirilməsi
sindromu deyilir.
4
«Çılpaq seksual partnyorun başqalarına nümayiş etdirilməsi sindromu» termini
kifayət qədər aydın olmasına baxmayaraq çox uzundur və hər dəfə işləndikcə nitqdə istər-
istəməz çətinlik yaradır. Terminologiya tələblərinə əməl edərək bunu konsortonudelizm
(consortonudelismus) adlandırmaq olar. İngiliscə «ər», «arvad» anlamını özündə ehtiva
edən «consort» sözü latın mənşəlidir. Latınca consortium – iştirak etmə, qruplaşma, nude –
çılpaq, lüt, lüt-üryan, ism – qeyri-normallıq bildirən şəkilçidir.
Yaxın vaxtlara qədər çılpaq seksual partnyorun başqalarına nümayiş etdirilməsi
sindromunun yalnız kişi cinsli şəxslərə xas bir meyl pozğunluğu olduğu güman edilirdi.
Ancaq son illər ərzində aparılan müşahidələr artıq zərif cinsin nümayəndələrində də belə
meyl pozuntusunun olduğunu aşkara çıxarmışdır.
Pozğunluqdan əziyyət çəkən individin cinsindən asılı olaraq konsortonudelizm
iki növə ayrılır: 1) qadın konsortonudelizmi; 2) kişi konsortonudelizmi.
Bəzi hallarda qadın çılpaq halda olan seksual partnyorunu başqalarına nümayiş
etdirməkdən məmnunluq duyur, oyanma və təminolunma həddinə çatır. Buna qadının
çılpaq halda olan seksual partnyorunu başqalarına nümayiş etdirməsi sindromu deyilir.
Qadının çılpaq halda olan seksual partnyorunu nümayiş etdirməsi sindromu
araşdırılmamışdır və belə bir patologiya üçün hələlik münasib ad təklif olunmamışdır.
Odur ki, qadının çılpaq halda olan seksual partnyorunu başqalarına nümayiş etdirməsi
sindromu qısaca qadın konsortonudelizmi (consortonudelismus feminina) adlandırıla bilər.
Ona başqa sözlə feminin konsortonudelizmi də deyilməsi mümkündür. Latınca femininus
– qadına aid olan, qadına məxsus hesab edilən, qadınla bağlı olan, qadınla əlaqələndirilən
deməkdir. Qəbul edilmiş ənənəyə görə, qadın incə məxluq, zərif cins sayılır. Buna görə
qadının çılpaq halda olan seksual partnyorunu başqalarına nümayiş etdirməsi sindromunu
ibarəli olaraq «zəif konsortonudelizm» adlandıra bilərik.
Sindromun müşahidə edildiyi qadının seksual oriyentasiyasından asılı olaraq
feminin konsortonudelizminin özünün homoseksual və heteroseksual olmaqla iki variantı
ayırd edilir.
Nadir hallarda qadın çılpaq halda olan eyni cinsli seksual partnyorunu nümayiş
etdirməklə bundan cinsi həzz alır. Belə hadisə qadının çılpaq halda olan eyni cinsli seksual
partnyorunu nümayiş etdirməsi sindromu adlanır. Ona başqa sözlə qadının çılpaq halda
olan qadın cinsli seksual partnyorunu nümayiş etdirməsi sindromu, yaxud qısaca
homoseksual feminin konsortonudelizmi deyilir. Homoseksual feminin konsortonudelizmi
nadir hallarda rast gəlinir və tədqiqatçılar tərəfindən araşdırılmamışdır. Buna görə
ədəbiyyatda onun barəsində məlumat tapmaq mümkün deyildir.
Ayrı-ayrı hallarda qadın çılpaq halda olan kişi cinsli seksual partnyorunu
nümayiş etdirir və bundan cinsi oyanma və təminolunma həddinə çatır. Belə hadisə
qadının çılpaq halda olan əks cinsli seksual partnyorunu nümayiş etdirməsi sindromu
adlanır. Ona başqa sözlə qadının çılpaq halda olan kişi cinsli seksual partnyorunu nümayiş
etdirməsi sindromu, yaxud qısaca heteroseksual feminin konsortonudelizmi deyilir. Onu
«kandavlizmin tərsi olan hal» kimi təsəvvür etmək lazım gəlir. Bəziləri onun «qadın
kandavlizmi» adlandırılmasının mümkünlüyü barəsində tələsik qərar çıxara bilərlər. Ancaq
«qadın kandavlizmi» terminini heç bir vəchlə uğurlu və doğru hesab etmək olmaz. Çünki
«kandavlizm» termininin özü məhz kişilərdə müşahidə edilən pozğunluğu ifadə edir. Ola
5
bilsin ki, zahirən «qadın kandavlizmi» («kandavlizmin tərsi») kimi anlaşılan, ancaq
terminologiya prinsiplərinə riayət edərək «heteroseksual feminin konsortonudelizmi» adı
altında müzakirəyə çıxarılan bir hal üçün yaxın gələcəkdə daha münasib termin təklif
olunacaqdır. Sadəcə olaraq qadınlarda rast gəlinən, «qadın kandavlizmi» kimi başa
düşülən, «kandavlizmin tərsi» hesab edilən analoji meyl pozğunluğunu ifadə etmək üçün
hələlik
müvafiq
termin
təklif
olunmadığına görə «heteroseksual feminin
konsortonudelizmi» istilahını işlətməklə kifayətlənirik.
Heteroseksual feminin konsortonudelizminin mövcudluğu artıq heç kimdə
şübhə doğurmur. Belə ki, bəzi arvadlar öz kişilərinin geyim-keçiminə «əl gəzdirib» onları
başqalarına nümayiş etdirməkdən bir fəxarət duymağa başlamışlar. Burada qadın güc-bəla
ilə tapdığı sevimli həyat yoldaşını nəzərə çarpdırmaqla özünün ərə getməyə nail olduğunu
sübut etmək məqsədini güdür. Ərə getmiş qadın əslində qeyri-səmimi münasibət saxladığı,
qətiyyən ürəkdən sevmədiyi digər həmcinslərinin yanında öyünmək, lovğalanmaq
məqsədilə həmin addımı atır, belə demək mümkünsə, ərini onların gözlərinə soxmaq
istəyir, buna nail olduqda seksual məmnunluq keçirir. Sanki qadın kandaulezistik
hərəkətilə belə bir «yekəbaşa» rast olacağı günü həsrətlə gözləyən başqa həmcinslərini
«yandırıb-yaxmaq» istəyir [9].
Ehtimal etmək olar ki, qismətinə yaxşı, boylu-buxunlu, yaraşıqlı, qabiliyyətli
kişi düşəcəyinə heç vaxt ümid etməyən, bunu heç yuxusunda görməyən qız bəxtinin üzünə
gəlməsi səbəbindən belə bir şeyin mümkün olduğunu gördükdə sanki ərini hər kəsə
göstərməklə onun paxıllığını çəkən həmcinslərindən bu yolla bir qisas almağa çalışır.
Ancaq qadının öz seksual partnyorunu başqalarını nümayiş etdirməsi bütün
hallarda ona həzz bəxş edir, onun seksual duyğularını gücləndirir.
Bir çox hallarda kişi çılpaq halda olan seksual partnyorunu başqalarına
göstərməkdən, onu nümayiş etdirməkdən həzz duyur, cinsi oyanma və təminolunma
həddinə yetişir. Buna kişinin çılpaq halda olan seksual partnyorunu başqalarına nümayiş
etdirməsi sindromu deyilir. Kişinin çılpaq halda olan seksual partnyorunu başqalarına
nümayiş etdirməsi sindromu qısaca kişi konsortonudelizmi (consortonudelismus
masculina) adlanır. Ona başqa sözlə maskulin konsortonudelizmi deyilə bilər. Latınca
masculinus – kişiyə aid olan, kişiyə məxsus hesab edilən, kişi ilə bağlı olan, kişi ilə
əlaqələndirilən deməkdir. Qəbul edilmiş ənənəyə görə, kişi qüvvətli cins hesab edilir. Buna
görə kişinin çılpaq halda olan seksual partnyorunu başqalarına nümayiş etdirməsi
sindromunu ibarəli olaraq «qüvvətli konsortonudelizm» adlandıra bilərik.
Sindromun müşahidə edildiyi kişinin seksual oriyentasiyasından asılı olaraq
maskulin konsortonudelizminin özünün homoseksual və heteroseksual olmaqla iki variantı
ayırd edilir.
Yalnız bəzi hallarda kişi çılpaq halda olan eyni cinsli seksual partnyorunu
nümayiş etdirməklə bundan cinsi həzz duyur. Belə hadisə kişinin çılpaq halda olan eyni
cinsli seksual partnyorunu nümayiş etdirməsi sindromu adlanır. Ona başqa sözlə kişinin
çılpaq halda olan kişi cinsli seksual partnyorunu nümayiş etdirməsi sindromu, yaxud qısaca
homoseksual maskulin konsortonudelizmi deyilir.
Əksər hallarda kişi çılpaq halda olan qadın cinsli seksual partnyorunu nümayiş
etdirir və bundan xoş hisslər keçirir, cinsi oyanma və təminolunma həddinə çatır. Belə
6
hadisə kişinin çılpaq halda olan əks cinsli seksual partnyorunu nümayiş etdirməsi sindromu
adlanır. Ona başqa sözlə kişinin çılpaq halda olan qadın cinsli seksual partnyorunu
nümayiş etdirməsi sindromu, yaxud qısaca heteroseksual maskulin konsortonudelizmi
deyilir.
Heteroseksual maskulin konsortonudelizmi halını ifadə etmək üçün çox
münasib olan «kandavlizm» adlı bir eponimik termin vardır. Bəziləri «qadın kandavlizmi»
anlayışının analoqu kimi «kişi kandavlizmi» termininin işlənməsinin mümkünlüyünü iddia
edə bilər. Halbuki bir qədər əvvəl ərz etdiyimiz kimi, nə «qadın kandavlizmi» anlayışını,
nə də «kişi kandavlizmi» terminini heç bir vəchlə uğurlu və doğru hesab etmək olmaz.
Çünki «kandavlizm» termini onsuz da kişilərdə rast gəlinən pozğunluğu ifadə etmək üçün
təklif olunmuşdur. «Kandavlizm» sözünün qabağında «kişi» və «qadın» kəlmələrini
işlətmək üçün «yer yoxdur».
İndi kişilərdə müşahidə olunan heteroseksual konsortonudelizm (kandavlizm)
barəsində ətraflı məlumat verəcəyik.
Ərin öz arvadını, yaxud dərin emosional bağlı olduğu seksual partnyorunu
çılpaq halda digər kişilərə nümayiş etdirərək bundan cinsi oyanma və həzz əldə etməsinə
əsaslanan hadisəyə kandavlizm (candaulismus) deyilir.
«Kandavlizm» termininin ilk dəfə Avstriya-Almaniya psixiatrı, nevroloqu,
kriminalist, insan seksuallığını müfəssəl tədqiq etmiş mahir sənətkarlardan biri Rixard
Frayherr fon Krafft-Ebinq (Richard Freiherr von Krafft-Ebing)
3
tərəfindən 1886-cı ildə
«Seksual psixopatiya» («Psychopathia sexualis») əsərində [37; 38; 39] müəyyənləşdirildiyi
barəsində məlumat verilir. Həmin məlumata ingilis dilində olan mənbələrdə rast gəlinir
[20].
Arvadını, yaxud dərin emosional əlaqədə olduğu seksual partnyorunu lüt halda
digər kişilərə nümayiş etdirməkdən cinsi oyanma və təminolunma əldə edən ərə kandavlist
(candaulistus), yaxud kandaulezist (candaulesistus) deyilir. Ona həmçinin kandaulesist də
deyirlər.
Mövcud olan lüğət və dərsliklərdə kandavlizm barəsində yalnız qısa məlumat
əldə etmək mümkündür [9; 22; 25–26; 31–34; 40; 42; 44–45; 47–52; 55–56].
Kandavlizm intim sahədə elə bir pozğunluq formasıdır ki, kişi öz cinsi
partnyorunu (arvadını, məşuqəsini), yaxud onun açıq-saçıq surətini başqa adamlara
nümayiş etdirərək ətrafdakıların reaksiyalarını müşahidə edir. Arvadının çılpaq bədəninə
baxan başqa kişilərin ehtiraslandığına əmin olduqda ər seksual təminolunma anına çatır.
Pasiyent parlaq seksual oyanma keçirir [34, səh. 234]
Məşhur polyak həkim-seksoloqu, habilitasiya keçmiş doktor, Polşada
seksologiyanın pioneri Kazimej İmelinski (Kazimierz Imielinski)
4
1986-cı ildə
«Seksologiya və seksiatriya cizgiləri» kitabında kandavlizm və onun yaranma səbəbləri
barəsində məlumat vermişdir. Rus dilinə «Seksologiya və seksopatologiya» kimi tərcümə
edilən həmin kitabın çap olunmasından sonra «kandavlizm» termini öz yerini
möhkəmləndirməyə başladı [33].
Məşhur polyak psixiatrı, psixoterapevt və seksoloqu, habilitasiya olunmuş
doktor, professor, Polşa Seksologiya Cəmiyyətinin sədri, seks və seksuallıq haqqında çoxlu
sayda populyar kitabın, həmçinin sosiokultural seksologiya üzrə ilk əsərlərin müəllifi
7
Zbiqnev Lev-Staroviç (Zbigniew Lew-Starowicz)
5
1995-ci ildə rus dilinə tərcümə edilən
«Qeyri-tipik seks» (polyak dilində «Seks nietypowy») və başqa əsərlərində
«kandaulezizm» terminini işlətmişdir. Onun fikrincə, kandavlizm ərin həqiqi hisslə
bağlandığı öz seksual partnyoru olan qadını başqa kişilərə nümayiş etdirməklə bundan
cinsi həzz əldə etməsindən ibarətdir. Burada çox vaxt gizli deviasion motivləri yaxşıca
maskalayan, onları pərdələyən, üstünü ötrən, ört-basdır edən aktivlik formalarının
müxtəlifliyilə rastlaşırıq» [40, səh. 302].
Tibbi-bioloji və humanitar elmlər sahəsində məşhur alman mütəxəssisləri –
nevrologiya və psixiatriya professoru Likke Arezin (Lykke Aresin)
6
, seksoloq və sosioloq
Kurt Ştarke (Kurt Starke)
7
birlikdə 1996-cı ildə Münhendə «Erotika leksikonu» («Lexikon
der erotik») adlı bir ensiklopedik lüğət nəşr etdirmişlər. 2001-ci ildə Georgi Stepanoviç
Vasilçenkonun ümumi redaktəsi ilə Vadim Vasilyeviç Damye və Marianna Borisovna
Korçagina tərəfindən rus dilinə tərcümə edilən və «Erotika: leksikon» («Эротика:
лексикон») adı altında Moskvada «Respublika» nəşriyyatında işıq üzü görən həmin
kitabda «kandavlezizm» terminindən istifadə edilmiş və ona belə tərif verilmişdir:
«Kandavlezizm – kişinin öz füsunkar və cazibəli arvadını, yaxud sevgilisini çılpaq və
yaxud azca geyimli halda naməlum bir üçüncü şəxsə göstərərək onda şəhvət və qibtə
hisslərinin təzahür etməsinə səbəb olmasıdır» [22].
Arvadı çılpaq halda görən üçüncü şəxsdə həvəsin güclənməsi, şəhvət hissinin
şiddətlənməsi, onun ehtiraslanması, həmin adamda qibtə hissinin formalaşması və belə bir
qadınla cinsi yaxınlıqda olmaqdan ibarət şiddətli arzusunun meydana çıxması ərin
qarşısına qoyduğu məqsədinə yetişdiyinə dəlalət edir.
Elmi ədəbiyyatda «kandavlizm» termininin sinonimi kimi aşağıdakı
anlayışlardan istifadə ediulir:
– kandaulesizm (candaulesismus);
– kandaulezizm (candaulesismus);
– kandaulizm (candaulismus);
– kandavlesizm (candaulesismus);
– kandavlezizm (candaulesismus);
– mirsilizm (myrsilismus»).
Bundan başqa, kandavlizm öz-özlüyündə ayrıca bir sindromdur. Odur ki,
«kandavlizm» termininin sinonimi kimi aşağıdakı «nozoloji» anlayışlardan da istifadə
edilir:
– kandavlizm simptomokompleksi;
– kandavlizm sindromu.
Daha bir vacib məsələni qeyd edək ki, «kandaulezizm», «kandavlizm» və digər
oxşar terminlərin mahiyyətinin düzgün açıqlanmadığı, bəzən təhrif olunduğu hallarla
rastlaşırıq. Hətta bəzi nüfuzlu tədqiqatçıların əsərlərində belə xoşagəlməz halları müşahidə
etmək olar.
Məşhur rus seksoloqları Vasili İvanoviç Zdravomıslov, Zosya Yefimovna
Anisimova və Sergey Sergeyeviç Libix tərəfindən 1985-ci ildə ərsəyə gətirilən
«Funksional qadın seksopatologiyası» adlı kitabda «kandualezis» («kandualesismus»)
kimi bir termin işlədilmişdir. Müəlliflərin fikrincə, həmin termin yatmış çılpaq arvadını öz
8
dostlarına nümayiş etdirən padşah Kanduales fon Qugitsin (Kanduales von Gugits)
adından götürülmüşdür [31; 32].
Adları çəkilən müəlliflərin kifayət qədər nüfuzlu və ərsəyə gətirdikləri kitabın
olduqca zəngin, sanballı və qiymətli olması heç kimdə şübhə doğurmur. Ancaq təqdim
edilən məlumatda bir neçə şübhəli məqam diqqəti cəlb edir. Birincisi, «kandualezis»
termini kifayət qədər fərqli görünür. Müraciət edilən başqa mənbələrin heç birində
«kandualezis» termininə rast gəlinmir. İlk əvvəl adama elə gəlir ki, burada sadəcə mətn
yığılarkən «u» və «a» hərflərinin yeri dəyişik salınmaqla bir mətbəə səhvinə yol verilib,
yəni «kandaulezis» yazmaq istənilib. İkincisi, padşahın yatmış çılpaq arvadını öz dostlarına
nümayiş etdirməsi bəyan olunmuşdur. Halbuki tarixi mənbələrdən əldə edilən məlumata
görə, padşah arvadı yatmış halda olarkən deyil, yatmağa hazırlaşarkən soyunduğu vaxt onu
dostuna göstərmişdir. Üçüncüsü, padşahın Kanduales fon Gugits (Kanduales von Gugits)
olduğu bildirilmişdir. Ancaq bu fikir tam aydın deyildir. Ümumiyyətlə, müxtəlif
mənbələrdə Kanduales fon Gugits adında bir hökmdar haqqında heç bir məlumat
verilməmişdir. Yalnız bir yerdə ona rast gəlinmişdir. Belə ki, qeyd edilən kitabın açıq-aşkar
təsiri altında olan rus filosofu və jurnalisti, fəlsəfə elmləri namizədi, seksologiya üzrə
müxtəlif lüğətlərin tərtibçisi Aleksandr Vasilyeviç Sosnovski 1994-cü ildə «Sənin
sağlamlığın» jurnalında dərc etdirdiyi «Seks leksikonu. Seksual terminlər lüğəti»ndə
«kandualezizm» terminini işlətmiş, həmin məfhumun dostları qarşısında öz gözəl arvadı ilə
öyünən əfsanəvi padşah Kandualez fon Gyugitsin adından götürüldüyünü yazmışdır [51].
Dördüncüsü, padşahın arvadını öz dostlarına göstərdiyi xatırlanmışdır. Lakin etibarlı
mənbələrin hamısında padşahın öz çılpaq arvadını yalnız bir dostuna göstərdiyi iddia edilir.
Beşincisi, «dostlarına» sözündən sonra mötərizədə «giges» sözü kiçik hərflə yazılmışdır.
Sanki «giges» sözü «dostlar» kimi anlaşılır, halbuki Giges arvadını çılpaq halda göstərən
hökmdarı öldürmüş bir şəxsin adıdır, yəni böyük hərflə yazılmalıdır.
Bir sözlə desək, kifayət qədər etibarlı hesab edilən bir mənbədə kiçik bir mövzu
içərisində şübhəli görünən, doğru olduğu başqa mənbələrlə təsdiqlənməyən, həmçinin
müəlliflərin adlı-sanlı olmaları səbəbindən inkar edilməsi mümkün olmayan bir neçə
məlumat eyni vaxtda yer almışdır.
Saytlardan birində yerləşdirilmiş sorğuluqda kandaulezizm barəsindəki
aşağıdakı fikir məşhur Belarus nevroloqu İvan Nikanoroviç Qorbaçın ayağına yazılmışdır:
«Kandaulezizm (candaulesismos; ehtimal ki, latınca caneo – boz olmaq, canavar olmaq,
qurd olmaq deməkdir, yaxud hind çarı Kandaulesin adından götürülmüşdür) – çılpaq
arvadını, yaxud məşuqəsini yad adamlara nümayiş etdirməklə səciyyələnən pozğun cinsi
davranışdır. Rəvayətə görə, hind çarı Kandaules dostu qarşısında belə bir hərəkət etmişdir»
[28].
Tamamilə fərqli yanaşma olduğundan bunun üzərində bir qədər dayanmalı
olacağıq. Hər şeydən öncə, terminin latınca «kandaulezizmos» («candaulesismos») şəklinə
salınması təəccüb doğurur. Halbuki belə hallarda «kandaulezizmus» («candaulesismus»)»
kimi yazılış daha doğru və etibarlı hesab edilir. Həmçinin «kandaulezizm» adının kökündə
«kan» («can») dayandığının güman edilməsi kifayət qədər riskli ehtimaldır. Söz yox ki,
latınca «caneo» sözü var, ancaq onunla kandaulezizm arasında bir bağlantı yaratmaq heç
inandırıcı görünmür. Yeri gəlmişkən, latınca «caneo» sözünün də hərfi tərcüməsi birmənalı
9
deyildir. Latınca canus – boz, ağ deməkdir, onun «it», «köpək» anlamında işlənən «canis»
sözü ilə eyni kökə malik olduğu şübhə doğurmur, görünür ki, burada canis – boz canavar,
boz qurd şəklinə düşür. Təsadüfi deyildir ki, «boz olmaq», «bozarmaq» dedikdə təkcə
rəngin boz olduğu, yaxud bozarmış, solğun, rəngsiz, ağarmış şəklə düşdüyü iddia edilmir,
eyni zamanda qurd olmaq, canavar olmaq, qurda çevrilmək, canavarlaşmaq kimi başa
düşülə bilir. Bundan başqa, «boz olmaq» ifadəsi hətta məcazi mənada avamsızlıqdan,
cahillikdən, elmsizlikdən, mədəniyyətsizlikdən irəli gələn hal olaraq anlaşılır. Həddən
ziyadə avam, cahil, elmsiz, mədəniyyətsiz adama boz adam deyilməsi buradan
qaynaqlanır. Məsələn, «filankəs boz adamdır» dedikdə barəsində danışılan şəxsin cahil,
mədəniyyətsiz olduğu, elminin çatmadığı, avam olması ucbatından primitiv hərəkətlərə yol
verə bildiyi anlaşılır, yaxud «üzünü bozartdı» dedikdə etiraz əlaməti olaraq sifətinin rəngini
tutqunlaşdırma, üzünü bozartma nəzərdə tutulur. Lakin latın mənşəli «caneo» feili «boz
olmaq», «bozarmaq», «boz görünmək», «solmaq», «ağarmaq», «saçı-saqqalı ağarmaq»,
«çallanmaq» kimi tərcümə edilir. Göründüyü kimi, heç bir halda kandaulezizmlə əlaqə,
«körpü» yaratmaq mümkün olmur. Göz önünə gətirilə bilən yeganə variant kandavlizmin
mədəniyyətsiz davranış olmasıdır. Ancaq belə bir məcazi məna hesabına terminologiyada
«körpü» yaradılması məntiqsiz görünür. Bundan başqa, iqtibas gətirilən yuxarıdakı fikirdə
Kandaulesin hind çarı kimi təqdim edilməsi diqqətdən yayınmır. Qeyd edilən fikrin İ. N.
Qorbaça mənsub olduğu isnad edilən saytda göstərilmişdir. Lakin İ. N. Qorbaçın bir neçə
məşhur sorğu kitabına müraciət etdikdə həmin fikrə rast gəlinməmişdir.
Belarus psixoloqu Sergey Yuryeviç Qolovin 1997-ci ildə tərtib etdiyi «Praktik
psixoloqun lüğəti»ndə [48], 2001-ci ildə yenidən işlədiyi və əlavələr etdiyi, lakin bu dəfə
«Psixoloq-praktikin lüğəti» [49] adını qoyduğu kitabında «kandavlizm» («kandaulezizm»)
terminlərini işlətmiş, Lidiya çarının adını Kandavl (Kandaules) kimi yazmış, çılpaq halda
olan arvadını öz sevimli dostu Gigə göstərdiyini bildirmişdir.
Məşhur psixoloqlar Boris Quryeviç Meşeryakov və Vladimir Petroviç
Zinçenkonun redaktorluğu ilə birinci dəfə 2004-cü ildə işıq üzü görən, 2009-cu ildə
genişləndirilərək artıq dördüncü dəfə nəşr edilən «Böyük psixoloji lüğət» adlı olduqca
dəyərli və zəngin məlumatlı kitabda Lidiya çarının adı Kandaulez kimi yazılmışdır [26].
Dostları ilə paylaş: |